|
- Başçı kahinlər də ilahiyyatçılarla birgə eyni şəkildə İsanı ələ salaraq bir-birlərinə deyirdilər: «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir!
- İsrailin Padşahı Məsih qoy indi çarmıxdan düşsün ki, biz də görüb iman edək». İsa ilə birlikdə çarmıxa çəkilənlər də Onu təhqir edirdilər.
- Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü.
- Doqquzuncu saatda İsa uca səslə nida edərək dedi: «Elohi, Elohi, lema şavaqtani?» Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir.
- Orada dayananların bəzisi bunu eşidərkən dedi: «Baxın, İlyası çağırır».
|
|