Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 28   qeri  
  -1   [font9]   +1  
HƏVARİLƏRİN İŞLƏRİ 3 [Azerbaycan:NIV]   
 
  1. Bir gün Peterlə Yəhya doqquzuncu saatda, dua vaxtı məbədə gedirdilər.
  2. Bu zaman ayaqları anadangəlmə şikəst olan bir kişi məbədin Gözəl adlı qapısına gətirilirdi. Hər gün bu adamı ona görə oraya gətirərdilər ki, məbədə gəlib-gedənlərdən dilənərək nəzir alsın.
  3. O, məbədə girən Peterlə Yəhyanı görüb onlardan nəzir istədi.
  4. Peterlə Yəhya ona diqqətlə baxdı. Peter ona dedi: «Bizə bax».
  5. Bu kişi onlardan nə isə umaraq gözlərini onların üzünə dikdi.
  1. One day Peter and John were going up to the temple at the time of prayer--at three in the afternoon.
  2. Now a man crippled from birth was being carried to the temple gate called Beautiful, where he was put every day to beg from those going into the temple courts.
  3. When he saw Peter and John about to enter, he asked them for money.
  4. Peter looked straight at him, as did John. Then Peter said, "Look at us!"
  5. So the man gave them his attention, expecting to get something from them.
 
 
  1. Peter ona dedi: «Nə qızılım, nə də gümüşüm var ki, sənə verim. Nəyim varsa, sənə onu verirəm. Nazaretli İsa Məsihin adı ilə qalx, gəz».
  2. Sonra sağ əlindən tutub onu qaldırdı. Bu kişinin topuqları və ayaqları dərhal qüvvət aldı.
  3. Atılaraq ayağa qalxdı və yeriməyə başladı. Qaçıb tullana-tullana, Allaha həmd edərək onlarla bərabər məbədə girdi.
  4. Bütün xalq gördü ki, bu kişi yeriyir və Allaha həmd edir.
  5. Onun məbədin Gözəl qapısında oturub dilənən kişi olduğunu tanıyanda hamı ondakı dəyişikliyə mat qalıb heyrətə düşdü.
  1. Then Peter said, "Silver or gold I do not have, but what I have I give you. In the name of Jesus Christ of Nazareth, walk."
  2. Taking him by the right hand, he helped him up, and instantly the man's feet and ankles became strong.
  3. He jumped to his feet and began to walk. Then he went with them into the temple courts, walking and jumping, and praising God.
  4. When all the people saw him walking and praising God,
  5. they recognized him as the same man who used to sit begging at the temple gate called Beautiful, and they were filled with wonder and amazement at what had happened to him.
 
 
  1. Bu kişi Peterin və Yəhyanın əlindən yapışdı. Heyrətə düşən bütün xalq onlara tərəf, Süleymanın eyvanı adlanan yerə qaçdı.
  2. Bunu görən Peter xalqa nida etdi: «Ey İsraillilər, burada heyrətamiz nə var ki? Niyə gözlərinizi bizə dikib baxırsınız? Elə bil biz öz qüvvəmizlə, öz möminliyimizlə bu kişinin yeriməsinə səbəb olmuşuq.
  3. İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı, ata-babalarımızın Allahı Qulu İsanı izzətləndirib. Siz Onu sataraq Pilatın qarşısında rədd etdiniz. Pilat Onu azad etmək üçün qərar vermişdi,
  4. amma siz Müqəddəs və Saleh Olanı rədd edib bir qatilin azad edilməsini istədiniz.
  5. Siz Həyat Banisini öldürdünüz, amma Allah Onu ölülər arasından diriltdi. Biz bunun şahidləriyik.
  1. While the beggar held on to Peter and John, all the people were astonished and came running to them in the place called Solomon's Colonnade.
  2. When Peter saw this, he said to them: "Men of Israel, why does this surprise you? Why do you stare at us as if by our own power or godliness we had made this man walk?
  3. The God of Abraham, Isaac and Jacob, the God of our fathers, has glorified his servant Jesus. You handed him over to be killed, and you disowned him before Pilate, though he had decided to let him go.
  4. You disowned the Holy and Righteous One and asked that a murderer be released to you.
  5. You killed the author of life, but God raised him from the dead. We are witnesses of this.
 
 
  1. Gördüyünüz və tanıdığınız bu kişi İsanın adı sayəsində, Onun adına olan imanla sağaldı. İsa vasitəsilə olan imanla bu kişi hamınızın gözü qarşısında tam şəfa tapdı.
  2. İndi, ey qardaşlar, bilirəm ki, rəhbərləriniz kimi siz də bunu bilmədən etmisiniz.
  3. Amma Allah peyğəmbərlərin dili ilə Öz Məsihinin əzab çəkməsi barədə əvvəlcədən bəyan etdiyini yerinə yetirdi.
  4. Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün ki,
  5. Rəbbin hüzurunda rahatlıq vaxtı tapasınız və O da sizin üçün əvvəlcədən təyin olunan Məsihi, yəni İsanı göndərsin.
  1. By faith in the name of Jesus, this man whom you see and know was made strong. It is Jesus' name and the faith that comes through him that has given this complete healing to him, as you can all see.
  2. "Now, brothers, I know that you acted in ignorance, as did your leaders.
  3. But this is how God fulfilled what he had foretold through all the prophets, saying that his Christ would suffer.
  4. Repent, then, and turn to God, so that your sins may be wiped out, that times of refreshing may come from the Lord,
  5. and that he may send the Christ, who has been appointed for you--even Jesus.
 
 
  1. Çünki Allahın qədimdən bəri müqəddəs peyğəmbərlərinin dili ilə məlum etdiyi kimi hər şeyin yenidən hazırlanacağı vaxtacan İsanın səmada qalması lazımdır.
  2. Musa belə demişdi: “Allahınız Rəbb sizin üçün öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Sizə nə söyləyəcəksə, ona qulaq asın”.
  3. “Bu peyğəmbərə qulaq asmayan hər adam xalqı arasından ayrılıb məhv ediləcək”.
  4. Şamueldən başlayaraq bütün peyğəmbərlər bu günləri elan etdilər.
  5. Siz də peyğəmbərlərin varisləri, Allahın ata-babalarınızla kəsdiyi Əhdin varislərisiniz. Allah İbrahimə demişdi: “Yer üzünün bütün tayfaları sənin nəslin vasitəsilə xeyir-dua alacaq”.
  1. He must remain in heaven until the time comes for God to restore everything, as he promised long ago through his holy prophets.
  2. For Moses said, 'The Lord your God will raise up for you a prophet like me from among your own people; you must listen to everything he tells you.
  3. Anyone who does not listen to him will be completely cut off from among his people.'
  4. "Indeed, all the prophets from Samuel on, as many as have spoken, have foretold these days.
  5. And you are heirs of the prophets and of the covenant God made with your fathers. He said to Abraham, 'Through your offspring all peoples on earth will be blessed.'
 
 
  1. Allah hər birinizi pis əməllərinizdən döndərmək və xeyir-dua vermək üçün Öz Qulunu dirildərək əvvəlcə sizin yanınıza göndərdi».
  1. When God raised up his servant, he sent him first to you to bless you by turning each of you from your wicked ways."
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 28   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.