Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 28   qeri  
  -1   [font9]   +1  
Acts 4 [NIV:Azerbaycan]   
 
  1. The priests and the captain of the temple guard and the Sadducees came up to Peter and John while they were speaking to the people.
  2. They were greatly disturbed because the apostles were teaching the people and proclaiming in Jesus the resurrection of the dead.
  3. They seized Peter and John, and because it was evening, they put them in jail until the next day.
  4. But many who heard the message believed, and the number of men grew to about five thousand.
  5. The next day the rulers, elders and teachers of the law met in Jerusalem.
  1. Kahinlər, məbəd mühafizəçilərinin başçısı və sadukeylər xalqa vəz edən Peterlə Yəhyanın üstünə getdilər.
  2. Çünki bu həvarilərin xalqı öyrətməsinə, İsaya şamil edərək ölülər arasından dirilməni bəyan etməsinə qıcıqlandılar.
  3. Onları tutdular və axşam olduğu üçün sabahkı günə qədər zindanda saxladılar.
  4. Lakin onların sözünə qulaq asanlardan bir çoxu iman etdi. Beləliklə, iman edən kişilərin sayı beş minə qədər çatdı.
  5. Ertəsi gün Yəhudilərin rəhbərləri, ağsaqqalları və ilahiyyatçıları Yerusəlimə toplaşdılar.
 
 
  1. Annas the high priest was there, and so were Caiaphas, John, Alexander and the other men of the high priest's family.
  2. They had Peter and John brought before them and began to question them: "By what power or what name did you do this?"
  3. Then Peter, filled with the Holy Spirit, said to them: "Rulers and elders of the people!
  4. If we are being called to account today for an act of kindness shown to a cripple and are asked how he was healed,
  5. then know this, you and all the people of Israel: It is by the name of Jesus Christ of Nazareth, whom you crucified but whom God raised from the dead, that this man stands before you healed.
  1. Baş kahin Xanan, Qayafa, Yəhya, İsgəndər və baş kahinin nəslindən olanların hamısı orada idi.
  2. Peterlə Yəhyanı onların qarşısına gətirib soruşdular: «Siz bunu hansı qüvvə ilə, kimin adı ilə edirsiniz?»
  3. O zaman Peter Müqəddəs Ruhla dolub dedi: «Ey xalqın rəhbərləri və ağsaqqalları!
  4. Əgər bu gün biz bir xəstəyə etdiyimiz yaxşılığa və onun necə sağalmasına görə sorğu-suala çəkiliriksə,
  5. hamınız, bütün İsrail xalqı bilsin ki, bu adam sizin çarmıxa çəkdiyiniz, lakin Allahın ölülər arasından diriltdiyi Nazaretli İsa Məsihin adı ilə qarşınızda sağlam durub.
 
 
  1. He is " 'the stone you builders rejected, which has become the capstone.'
  2. Salvation is found in no one else, for there is no other name under heaven given to men by which we must be saved."
  3. When they saw the courage of Peter and John and realized that they were unschooled, ordinary men, they were astonished and they took note that these men had been with Jesus.
  4. But since they could see the man who had been healed standing there with them, there was nothing they could say.
  5. So they ordered them to withdraw from the Sanhedrin and then conferred together.
  1. Siz “bənnaların rədd etdiyi daş guşədaşı olan” həmin İsadır.
  2. Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq».
  3. Onlar Peter və Yəhyanın cəsarətini görəndə, onların savadsız, sadə insanlar olduğunu biləndə heyrətə düşdülər, amma tanıdılar ki, onlar İsa ilə birgə olmuşdular.
  4. Şəfa tapan adam Peter və Yəhya ilə birgə onların gözləri qarşısında durmuşdu, buna görə onların əleyhinə heç nə deyə bilmədilər.
  5. Ali Şuranın üzvləri onlara bayıra çıxmağı əmr edəndən sonra aralarında müzakirəyə başlayıb
 
 
  1. "What are we going to do with these men?" they asked. "Everybody living in Jerusalem knows they have done an outstanding miracle, and we cannot deny it.
  2. But to stop this thing from spreading any further among the people, we must warn these men to speak no longer to anyone in this name."
  3. Then they called them in again and commanded them not to speak or teach at all in the name of Jesus.
  4. But Peter and John replied, "Judge for yourselves whether it is right in God's sight to obey you rather than God.
  5. For we cannot help speaking about what we have seen and heard."
  1. dedilər: «Bu adamlara nə edək? Bütün Yerusəlim əhalisinə aydın olub ki, bu adamların əli ilə əhəmiyyətli bir əlamət göstərilib və biz bunu dana bilmərik.
  2. Amma bu xəbərin xalq arasında daha çox yayılmasının qarşısını almaq üçün onlara hədə-qorxu gələk ki, bundan sonra bu Adı çəkib heç kimə heç nə deməsinlər».
  3. Beləcə onları çağırıb əmr verdilər ki, İsanın adını bəyan etmək və bu adla hər hansı bir təlim öyrətmək qadağandır.
  4. Lakin Peterlə Yəhya cavab verib dedilər: «Özünüz qərar verin, Allaha deyil, sizə qulaq asmaq Allahın gözündə nə qədər doğrudur?
  5. Axı eşidib-gördüklərimizi deməyə bilmərik».
 
 
  1. After further threats they let them go. They could not decide how to punish them, because all the people were praising God for what had happened.
  2. For the man who was miraculously healed was over forty years old.
  3. On their release, Peter and John went back to their own people and reported all that the chief priests and elders had said to them.
  4. When they heard this, they raised their voices together in prayer to God. "Sovereign Lord," they said, "you made the heaven and the earth and the sea, and everything in them.
  5. You spoke by the Holy Spirit through the mouth of your servant, our father David: " 'Why do the nations rage and the peoples plot in vain?
  1. Ali Şuranın üzvləri onlara cəza vermək üçün imkan tapa bilmədiklərinə görə onları bir daha hədələyəndən sonra azadlığa buraxdılar. Çünki bütün xalq baş verən hadisəyə görə Allahı izzətləndirdi.
  2. Bu əlamət vasitəsilə sağalan adamın qırxdan artıq yaşı var idi.
  3. Azadlığa buraxılan Peter və Yəhya öz yoldaşlarının yanına gəlib başçı kahinlərlə ağsaqqalların sözlərini onlara çatdırdılar.
  4. Yoldaşları bunu eşidərkən bir nəfər kimi Allaha nida etdilər: «Ey Pərvərdigarımız, yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan Sənsən.
  5. Müqəddəs Ruh vasitəsilə Öz qulun atamız Davudun dili ilə belə dedin: “Nə üçün millətlər belə hirslənir, Ümmətlər boş şeylər düşünür?
 
 
  1. The kings of the earth take their stand and the rulers gather together against the Lord and against his Anointed One.'
  2. Indeed Herod and Pontius Pilate met together with the Gentiles and the people of Israel in this city to conspire against your holy servant Jesus, whom you anointed.
  3. They did what your power and will had decided beforehand should happen.
  4. Now, Lord, consider their threats and enable your servants to speak your word with great boldness.
  5. Stretch out your hand to heal and perform miraculous signs and wonders through the name of your holy servant Jesus."
  1. Dünya şahları yığışır, Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir”.
  2. Həqiqətən, Hirod və Ponti Pilat başqa millətlər və İsrail xalqı ilə birlikdə Sənin məsh etdiyin müqəddəs Qulun İsanın əleyhinə bu şəhərdə toplaşdı ki,
  3. Sənin əvvəldən qərar verdiyin, Sənin əlində və niyyətində olan şeyləri həyata keçirsin.
  4. İndi, ya Rəbb, onların etdikləri hədə-qorxuya bax! Biz qullarına güc ver ki, Sənin sözlərini tam cəsarətlə yayaq.
  5. Xəstələri sağaltmaq üçün əlini uzat və müqəddəs Qulun İsanın adı ilə əlamətlər və xariqələr göstər».
 
 
  1. After they prayed, the place where they were meeting was shaken. And they were all filled with the Holy Spirit and spoke the word of God boldly.
  2. All the believers were one in heart and mind. No one claimed that any of his possessions was his own, but they shared everything they had.
  3. With great power the apostles continued to testify to the resurrection of the Lord Jesus, and much grace was upon them all.
  4. There were no needy persons among them. For from time to time those who owned lands or houses sold them, brought the money from the sales
  5. and put it at the apostles' feet, and it was distributed to anyone as he had need.
  1. Onlar dualarını qurtaran kimi toplandıqları yer lərzəyə gəldi və onların hamısı Müqəddəs Ruhla dolub Allahın kəlamını cəsarətlə yaymağa başladı.
  2. İmanlıların hamısı canbir qəlbdə idi. Heç kim öz əmlakına «bu mənimdir» demir, bütün əmlaklarından birgə istifadə edirdi.
  3. Həvarilər Rəbb İsanın dirilməsi barədə böyük qüvvə ilə şəhadət edirdi və hamısının üzərinə bol-bol lütf ehsan olunurdu.
  4. Onların arasında heç kim yoxsul deyildi. Çünki onların arasında torpaq və ev sahibi olanlar mülkünü satıb pulunu gətirər,
  5. həvarilərin ixtiyarına verərdi. Bu da hər kəsə ehtiyacına görə paylanardı.
 
 
  1. Joseph, a Levite from Cyprus, whom the apostles called Barnabas (which means Son of Encouragement),
  2. sold a field he owned and brought the money and put it at the apostles' feet.
  1. Məsələn, Kiprdə anadan olan, həvarilərin Barnaba adlandırdığı (mənası «Təsəlli oğlu») Levili Yusif
  2. sahib olduğu torpaq sahəsini sataraq pulunu gətirib həvarilərin ixtiyarına verdi.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 28   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.