- Onların qarşısında dayananda nida edərək belə demişdim və yalnız bunda mənim haqsız olduğumu hesab edə bilərlər: “Bu gün mən ölülərin dirilməsi məsələsinə görə önünüzdə mühakimə olunuram”».
- İsa yolu barədə dəqiq məlumatı olan Feliks bu işi təxirə salıb dedi: «İşiniz barədə minbaşı Lisiya gələndən sonra qərarımı verəcəyəm».
- Oradakı yüzbaşıya əmr verdi ki, Paulu nəzarət altında saxlasın, lakin sərbəstlik versin və ona xidmət edən dostlarına maneçilik yaratmasın.
- Bir neçə gün keçəndən sonra vali Feliks Yəhudi arvadı Drusilla ilə birlikdə gəlib Paulu çağırtdırdı və onun Məsih İsaya olan imanından danışdıqlarına qulaq asdı.
- Paul salehlik, nəfsə hakim olma və gələcək mühakimədən söhbət edəndə Feliks qorxuya düşdü və dedi: «Bəsdir, indi get, imkan olanda yenə səni çağırtdıracağam».
|
- разве только то одно слово, которое громко произнес я, стоя между ними, что за [учение о] воскресении мертвых я ныне судим вами.
- Выслушав это, Феликс отсрочил [дело] их, сказав: рассмотрю ваше дело, когда придет тысяченачальник Лисий, и я обстоятельно узнаю об этом учении.
- А Павла приказал сотнику стеречь, но не стеснять его и не запрещать никому из его близких служить ему или приходить к нему.
- Через несколько дней Феликс, придя с Друзиллою, женою своею, Иудеянкою, призвал Павла, и слушал его о вере во Христа Иисуса.
- И как он говорил о правде, о воздержании и о будущем суде, то Феликс пришел в страх и отвечал: теперь пойди, а когда найду время, позову тебя.
|