Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 16   qeri  
  -1   [font9]   +1  
ROMALILARA MƏKTUBU 3 [Azerbaycan:NIV]   
 
  1. Bəs Yəhudi olmağın nə üstünlüyü var? Sünnətin faydası nədir?
  2. Hər cəhətdən böyük üstünlüyü var. Hər şeydən əvvəl, Allahın sözləri Yəhudilərə əmanət edilib.
  3. Əgər onlardan bəzisi iman etmədisə, onda nə olacaq? Məgər onların imansızlığı Allahın sədaqətini ləğv edə bilər?
  4. Əsla! Bütün insanlar yalançı olsa da, Allah haqlıdır. Necə ki yazılıb: «Sən Öz sözlərində haqlı çıxacaqsan, Mühakimə etdiyin zaman qalib gələcəksən».
  5. Bəs bizim haqsızlığımız Allahın ədalətli olduğunu üzə çıxarırsa, onda nə deyə bilərik? İnsanların düşündüyü kimi soruşuram: Allah üzərimizə qəzəbini gətirən zaman haqsızdırmı?
  1. What advantage, then, is there in being a Jew, or what value is there in circumcision?
  2. Much in every way! First of all, they have been entrusted with the very words of God.
  3. What if some did not have faith? Will their lack of faith nullify God's faithfulness?
  4. Not at all! Let God be true, and every man a liar. As it is written: "So that you may be proved right when you speak and prevail when you judge."
  5. But if our unrighteousness brings out God's righteousness more clearly, what shall we say? That God is unjust in bringing his wrath on us? (I am using a human argument.)
 
 
  1. Əsla, haqlıdır! Bəs Allah dünyanı başqa cür necə mühakimə edə bilər?
  2. «Bəs mənim yalanım Allahın həqiqətini ucaldıb Ona izzət gətirirsə, nə üçün mən üstəlik bir günahkar kimi mühakimə olunmalıyam?» deyə soruşa bilərlər.
  3. Belə isə, «gəlin pislik edək ki, bundan yaxşılıq əmələ gəlsin» deyə bilərikmi? Bəzi adamlar bizə böhtan atıb söyləyir ki, biz belə öyrədirik. Belə söyləyənlər haqlı olaraq cəza alacaq.
  4. Bəs nə deyək? Biz Yəhudilərin üstünlüyü varmı? Əlbəttə, yox! Çünki biz artıq həm Yəhudiləri, həm də Yunanları təqsirləndirdik ki, onların hamısı günahın hökmü altındadır.
  5. Necə ki yazılıb: «Saleh olan yoxdur, Bir nəfər belə, yoxdur.
  1. Certainly not! If that were so, how could God judge the world?
  2. Someone might argue, "If my falsehood enhances God's truthfulness and so increases his glory, why am I still condemned as a sinner?"
  3. Why not say--as we are being slanderously reported as saying and as some claim that we say--"Let us do evil that good may result"? Their condemnation is deserved.
  4. What shall we conclude then? Are we any better? Not at all! We have already made the charge that Jews and Gentiles alike are all under sin.
  5. As it is written: "There is no one righteous, not even one;
 
 
  1. Dərk edən bir kəs yoxdur, Allahı axtaran yoxdur.
  2. Hamısı yoldan azıb, Onlardan fayda yoxdur. Bir nəfər də olsun Yaxşı iş görən yoxdur».
  3. «Boğazları açıq qəbirdir, Dilləri yalan danışır». «Dodaqlarında gürzə zəhəri var».
  4. «Ağızları lənət və acı sözlərlə doludur».
  5. «Ayaqları qan tökməyə tələsir,
  1. there is no one who understands, no one who seeks God.
  2. All have turned away, they have together become worthless; there is no one who does good, not even one."
  3. "Their throats are open graves; their tongues practice deceit." "The poison of vipers is on their lips."
  4. "Their mouths are full of cursing and bitterness."
  5. "Their feet are swift to shed blood;
 
 
  1. Yollarında viranəlik və fəlakət var,
  2. Əmin-amanlıq yolu nədir, bilmirlər».
  3. «Onların gözündə Allah qorxusu yoxdur».
  4. Biz bilirik ki, Qanunda deyilənlərin hamısı Qanunun hökmü altında olanlara aiddir; belə ki bütün dillər sussun və bütün dünya Allahın hökmünə məruz qalsın.
  5. Beləliklə, Qanuna əməl etməklə heç bir insan Allahın önündə saleh sayılmayacaq. Çünki Qanun vasitəsilə günah dərk olunur.
  1. ruin and misery mark their ways,
  2. and the way of peace they do not know."
  3. "There is no fear of God before their eyes."
  4. Now we know that whatever the law says, it says to those who are under the law, so that every mouth may be silenced and the whole world held accountable to God.
  5. Therefore no one will be declared righteous in his sight by observing the law; rather, through the law we become conscious of sin.
 
 
  1. Amma indi Qanuna bağlı olmayaraq Allahdan gələn salehlik zahir olub. Buna Qanun da, Peyğəmbərlərin yazıları da şəhadət edir.
  2. Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur.
  3. Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub
  4. və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır.
  5. Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu.
  1. But now a righteousness from God, apart from law, has been made known, to which the Law and the Prophets testify.
  2. This righteousness from God comes through faith in Jesus Christ to all who believe. There is no difference,
  3. for all have sinned and fall short of the glory of God,
  4. and are justified freely by his grace through the redemption that came by Christ Jesus.
  5. God presented him as a sacrifice of atonement, through faith in his blood. He did this to demonstrate his justice, because in his forbearance he had left the sins committed beforehand unpunished--
 
 
  1. Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın.
  2. Bəs biz nə ilə öyünə bilərik? Heç bir şeylə. Hansı ehkama əsaslana bilərik? Qanuna əməl etmək ehkamınamı? Xeyr, yalnız iman ehkamına!
  3. Çünki bu nəticəyə gəlirik ki, insan Qanuna əməl etməklə deyil, iman vasitəsilə saleh sayılır.
  4. Məgər Allah yalnız Yəhudilərin Allahıdır? Başqa millətlərin də Allahı deyilmi? Əlbəttə, başqa millətlərin də Allahıdır.
  5. Çünki yalnız bir Allah var və O, sünnətliləri imanla, sünnətsizləri də iman vasitəsilə saleh sayacaq.
  1. he did it to demonstrate his justice at the present time, so as to be just and the one who justifies those who have faith in Jesus.
  2. Where, then, is boasting? It is excluded. On what principle? On that of observing the law? No, but on that of faith.
  3. For we maintain that a man is justified by faith apart from observing the law.
  4. Is God the God of Jews only? Is he not the God of Gentiles too? Yes, of Gentiles too,
  5. since there is only one God, who will justify the circumcised by faith and the uncircumcised through that same faith.
 
 
  1. Onda biz iman vasitəsilə Qanunu ləğv edirikmi? Əsla! Əksinə, onu bir daha təsdiq edirik.
  1. Do we, then, nullify the law by this faith? Not at all! Rather, we uphold the law.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 16   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.