Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 16   qeri  
  -1   [font9]   +1  
ROMALILARA MƏKTUBU 6 [Azerbaycan:NIV]   
 
  1. Bəs nə deyə bilərik? Günah işlətməyi davam etdirək ki, Allahın lütfü çoxalsın?
  2. Əsla! İndi ki biz günaha münasibətdə ölmüşük, artıq günah içində necə yaşaya bilərik?
  3. Məgər bilmirsiniz ki, biz hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən həmin vəftizlə Onun ölümü ilə birləşdik?
  4. Deməli, vəftiz olunub Onun ölümü ilə birləşməklə biz də Onunla birgə dəfn olunduq; belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi biz də həmin cür yeni həyat sürək.
  5. Əgər Onun ölümünə bənzər ölümdə Onunla bir olmuşuqsa, Onun dirilməsinə bənzər dirilmədə də Onunla bir olacağıq.
  1. What shall we say, then? Shall we go on sinning so that grace may increase?
  2. By no means! We died to sin; how can we live in it any longer?
  3. Or don't you know that all of us who were baptized into Christ Jesus were baptized into his death?
  4. We were therefore buried with him through baptism into death in order that, just as Christ was raised from the dead through the glory of the Father, we too may live a new life.
  5. If we have been united with him like this in his death, we will certainly also be united with him in his resurrection.
 
 
  1. Bunu bilirik ki, günahlı bədənin aradan qaldırılması üçün, daha günaha qul olmayaq deyə köhnə mənliyimiz Onunla birlikdə çarmıxa çəkildi.
  2. Çünki ölmüş adam günahdan azad olub.
  3. Əgər Məsihlə ölmüşüksə, Onunla yaşayacağımıza da inanırıq.
  4. Çünki bilirik ki, Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz.
  5. Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu, yaşadığı həyatı isə Allah üçün yaşayır.
  1. For we know that our old self was crucified with him so that the body of sin might be done away with, that we should no longer be slaves to sin--
  2. because anyone who has died has been freed from sin.
  3. Now if we died with Christ, we believe that we will also live with him.
  4. For we know that since Christ was raised from the dead, he cannot die again; death no longer has mastery over him.
  5. The death he died, he died to sin once for all; but the life he lives, he lives to God.
 
 
  1. Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın.
  2. Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz.
  3. Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq üçün günaha təslim etməyin; əksinə, özünüzü ölülər arasından dirilənlər kimi Allaha, bədəninizin üzvlərini də salehlik aləti olmaq üçün yenə Allaha təslim edin.
  4. Günah sizə hökmranlıq etməyəcək, ona görə ki siz Qanun altında deyil, lütf altındasınız.
  5. İndi nə edək? Qanun altında deyil, lütf altında olduğumuz üçün günah edəkmi? Əsla!
  1. In the same way, count yourselves dead to sin but alive to God in Christ Jesus.
  2. Therefore do not let sin reign in your mortal body so that you obey its evil desires.
  3. Do not offer the parts of your body to sin, as instruments of wickedness, but rather offer yourselves to God, as those who have been brought from death to life; and offer the parts of your body to him as instruments of righteousness.
  4. For sin shall not be your master, because you are not under law, but under grace.
  5. What then? Shall we sin because we are not under law but under grace? By no means!
 
 
  1. Məgər bilmirsiniz ki, itaətli qullar kimi özünüzü kimə təslim etsəniz, onun da qullarısınız? Ya ölümə aparan günahın ya da salehliyə aparan itaətin qulları ola bilərsiniz.
  2. Amma Allaha şükür olsun ki, əvvəllər günahın qulları olduğunuz halda özünüzü həsr etdiyiniz təlimin nümunəsinə ürəkdən itaət etdiniz.
  3. Beləcə günahdan azad olub salehliyin qulu oldunuz.
  4. Cismani təbiətinizin zəifliyi üzündən insanların düşündüyü kimi danışıram. Necə əvvəllər üzvlərinizi murdarlığa və Qanunu pozmaq üçün qanunsuzluğa qul kimi təslim etmişdiniz, eləcə də indi üzvlərinizi müqəddəs olmaq üçün salehliyə qul kimi təslim edin.
  5. Çünki siz günahın qulları olanda salehliyə əməl etməkdən azad idiniz.
  1. Don't you know that when you offer yourselves to someone to obey him as slaves, you are slaves to the one whom you obey--whether you are slaves to sin, which leads to death, or to obedience, which leads to righteousness?
  2. But thanks be to God that, though you used to be slaves to sin, you wholeheartedly obeyed the form of teaching to which you were entrusted.
  3. You have been set free from sin and have become slaves to righteousness.
  4. I put this in human terms because you are weak in your natural selves. Just as you used to offer the parts of your body in slavery to impurity and to ever-increasing wickedness, so now offer them in slavery to righteousness leading to holiness.
  5. When you were slaves to sin, you were free from the control of righteousness.
 
 
  1. Bəs o zaman nə bəhrə götürdünüz? İndi artıq o şeylərdən utanırsınız. Axı onların axırı ölümdür.
  2. Amma indi günahdan azad edilib Allaha qul olduğunuz üçün götürdüyünüz bəhrə sizi müqəddəsliyə aparır və bunun axırı da əbədi həyatdır.
  3. Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.
  1. What benefit did you reap at that time from the things you are now ashamed of? Those things result in death!
  2. But now that you have been set free from sin and have become slaves to God, the benefit you reap leads to holiness, and the result is eternal life.
  3. For the wages of sin is death, but the gift of God is eternal life in Christ Jesus our Lord.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 16   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.