|
- İmanı zəif olanı qəbul edin, amma onun fikirləri ilə mübahisəyə girişməyin.
- Biri inanır ki, hər şeyi yeyə bilər, amma imanı zəif olan yalnız tərəvəz yeyir.
- Yeyən yeməyənə xor baxmasın, yeməyən də yeyəni mühakimə etməsin. Çünki Allah onu qəbul edib.
- Sən kimsən ki, başqasının xidmətçisini mühakimə edirsən? O xidmətçini haqlı yaxud haqsız çıxarmaq ixtiyarı ağasına məxsusdur. Xidmətçi haqlı çıxacaq, çünki Rəbb onu haqlı çıxarmağa qadirdir.
- Kimsə bir günü o biri gündən üstün sayır, başqası isə hər günü eyni sayır. Qoy hər kəs öz fikrinə əmin olsun.
|
|