|
- Başqa bir yerdə: «Ey bütün millətlər, Rəbbə həmd edin! Ey bütün ümmətlər, Onu mədh edin!»
- Yeşaya da belə deyir: «Yesseyin Kökü gələcək, Millətlərə hökmran olmaq üçün ucalacaq, Millətlər Ona ümid bağlayacaq».
- Qoy ümid mənbəyi olan Allah iman edən sizləri hər cür şadlıq və sülhlə doldursun ki, Müqəddəs Ruhun qüdrəti ilə ümidlə dolub-daşasınız.
- Ey qardaşlarım, mən sizin barənizdə əminəm ki, siz yaxşılıqla dolu, hər cür biliklə kamilsiniz və bir-birinizə nəsihət verməyə qadirsiniz.
- Amma Allahın mənə bəxş etdiyi lütflə bəzi məsələləri sizə xatırlatmaq üçün bu sözləri cəsarətlə yazmışam.
|
|