|
- Beləcə istər mən, istərsə də onlar bu cür vəz edirik; siz də belə iman etmisiniz.
- Əgər Məsih haqqında vəz olunursa ki, O, ölülər arasından dirildi, sizlərdən bəzisi ölülərin dirilməsinin olmadığını necə söyləyə bilər?
- Əgər ölülərin dirilməsi yoxdursa, Məsih də dirilməyib.
- Əgər Məsih dirilməyibsə, onda həm bizim vəzimiz puç, həm də sizin imanınız puçdur.
- Belə halda Allah barədə yalançı şahid olduğumuz da aşkara çıxacaq. Çünki biz Allah barədə şəhadət etdik ki, O, Məsihi diriltdi. Amma ölülər dirilməzsə, Allah Məsihi də diriltmədi.
|
|