Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6   qeri  
  -1   [font9]   +1  
QALATİYALILARA MƏKTUBU 4 [Azerbaycan:NASB]   
 
  1. Mən bunu deyirəm: varis hər şeyin sahibi olsa da, uşaqlıq vaxtında kölədən fərqlənmir.
  2. O, atasının təyin etdiyi vaxta qədər qəyyumların və idarəçilərin nəzarəti altındadır.
  3. Bunun kimi biz də ruhani tərəfdən uşaq ikən dünyanın ibtidai təlimlərinə kölə idik.
  4. Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki,
  5. Qanun altında olanları satın alsın və biz övladlığa götürülək.
  1. Now I say, as long as the heir is a child, he does not differ at all from a slave although he is owner of everything,
  2. but he is under guardians and managers until the date set by the father.
  3. So also we, while we were children, were held in bondage under the elemental things of the world.
  4. But when the fullness of the time came, God sent forth His Son, born of a woman, born under the Law,
  5. so that He might redeem those who were under the Law, that we might receive the adoption as sons.
 
 
  1. Övladlar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi.
  2. Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən.
  3. Əvvəllər Allahı tanımadığınız vaxt təbiətcə allah olmayanların kölələri idiniz.
  4. İndi isə siz Allahı tanıdınız, daha doğrusu, Allah tərəfindən tanındınız. Necə olur ki, təkrarən zəif və dəyərsiz olan ibtidai təlimlərə qayıdırsınız? Yenidən onların köləsimi olmaq istəyirsiniz?
  5. Xüsusi günlərə, aylara, mövsümlərə və illərə riayət edirsiniz!
  1. Because you are sons, God has sent forth the Spirit of His Son into our hearts, crying, "Abba! Father!"
  2. Therefore you are no longer a slave, but a son; and if a son, then an heir through God.
  3. However at that time, when you did not know God, you were slaves to those which by nature are no gods.
  4. But now that you have come to know God, or rather to be known by God, how is it that you turn back again to the weak and worthless elemental things, to which you desire to be enslaved all over again?
  5. You observe days and months and seasons and years.
 
 
  1. Sizin üçün qorxuram, bəlkə sizə görə boş yerə zəhmət çəkmişəm.
  2. Qardaşlar, sizə yalvarıram, mənim kimi olun, çünki mən də sizin kimi oldum. Siz mənə heç bir haqsızlıq etməmisiniz.
  3. Bildiyiniz kimi, mən Müjdəni ilk dəfə sizə cismən zəif olaraq vəz etmişdim.
  4. Cismani vəziyyətim sizin üçün çətin bir sınaq oldusa da, nə mənə xor baxdınız, nə də məni rədd etdiniz. Hətta məni, Allahın bir mələyini, Məsih İsanı qəbul edər kimi qəbul etdiniz.
  5. İndi o xoşbəxtliyiniz necə oldu? Sizin haqqınızda şəhadət edirəm ki, əgər mümkün olsaydı, gözlərinizi çıxardıb mənə verərdiniz.
  1. I fear for you, that perhaps I have labored over you in vain.
  2. I beg of you, brethren, become as I am, for I also have become as you are. You have done me no wrong;
  3. but you know that it was because of a bodily illness that I preached the gospel to you the first time;
  4. and that which was a trial to you in my bodily condition you did not despise or loathe, but you received me as an angel of God, as Christ Jesus Himself.
  5. Where then is that sense of blessing you had? For I bear you witness that, if possible, you would have plucked out your eyes and given them to me.
 
 
  1. Məgər sizə həqiqəti söylədiyim üçün sizin düşməniniz oldum?
  2. Onlar sizin qeyrətinizi çəkirlər, amma yaxşı niyyətlə deyil. Siz onların qeyrətini çəkəsiniz deyə sizi məndən ayırmaq istəyirlər.
  3. Yaxşı niyyətlə olarsa, qeyrətimi çəkməniz yaxşıdır, amma bu, yalnız yanınızda olduğum vaxt deyil, daimi olsun.
  4. Övladlarım! Məsihin surəti sizdə yaradılana qədər, sizlər üçün yenə doğuş ağrısı çəkirəm.
  5. İndi yanınızda olmaq və səsimi dəyişdirmək istəyirdim. Bu halınıza çaşıb-qalmışam.
  1. So have I become your enemy by telling you the truth?
  2. They eagerly seek you, not commendably, but they wish to shut you out so that you will seek them.
  3. But it is good always to be eagerly sought in a commendable manner, and not only when I am present with you.
  4. My children, with whom I am again in labor until Christ is formed in you--
  5. but I could wish to be present with you now and to change my tone, for I am perplexed about you.
 
 
  1. Ey Qanun altında yaşamaq istəyənlər, mənə deyin görüm, Qanunun nə dediyini eşitməmisinizmi?
  2. İbrahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyədən, o biri oğlu isə azad qadından doğulmuşdu.
  3. Cariyədən doğulan bəşəri arzusundan, azad qadından doğulan isə vədə görə doğulmuşdu.
  4. Burada bir məcaz var. Çünki bu qadınlar iki Əhdi təmsil edir. Biri Sina dağındandır, köləlik üçün uşaq doğur. Bu, Həcərdir.
  5. Həcər Ərəbistandakı Sina dağını təmsil edir və indiki Yerusəlimə bənzəyir. Çünki indiki Yerusəlim övladları ilə birlikdə köləlikdədir.
  1. Tell me, you who want to be under law, do you not listen to the law?
  2. For it is written that Abraham had two sons, one by the bondwoman and one by the free woman.
  3. But the son by the bondwoman was born according to the flesh, and the son by the free woman through the promise.
  4. This is allegorically speaking, for these women are two covenants: one proceeding from Mount Sinai bearing children who are to be slaves; she is Hagar.
  5. Now this Hagar is Mount Sinai in Arabia and corresponds to the present Jerusalem, for she is in slavery with her children.
 
 
  1. Səmavi Yerusəlim isə azaddır, o bizim anamızdır.
  2. Çünki yazılıb: «Şənlən, ey sonsuz, qısır qadın! Sevinclə mahnı oxu, qışqır, Ey doğuş ağrısı çəkməyən qadın! Çünki atılmış qadının övladları Ərli qadının övladlarından çoxdur».
  3. Sizsə, qardaşlar, İshaq kimi vədə görə doğulan övladlarsınız.
  4. Amma o zaman bəşər arzusundan doğulan şəxs Ruhun gücü ilə doğulan şəxsi necə təqib etdisə, indi də belədir.
  5. Bəs Müqəddəs Yazı nə deyir? «Cariyəni və onun oğlunu qov. Çünki cariyənin oğlu azad qadının oğlu ilə birgə varis olmayacaq».
  1. But the Jerusalem above is free; she is our mother.
  2. For it is written, "REJOICE, BARREN WOMAN WHO DOES NOT BEAR; BREAK FORTH AND SHOUT, YOU WHO ARE NOT IN LABOR; FOR MORE NUMEROUS ARE THE CHILDREN OF THE DESOLATE THAN OF THE ONE WHO HAS A HUSBAND."
  3. And you brethren, like Isaac, are children of promise.
  4. But as at that time he who was born according to the flesh persecuted him who was born according to the Spirit, so it is now also.
  5. But what does the Scripture say? "CAST OUT THE BONDWOMAN AND HER SON, FOR THE SON OF THE BONDWOMAN SHALL NOT BE AN HEIR WITH THE SON OF THE FREE WOMAN."
 
 
  1. Buna görə, qardaşlar, biz cariyənin deyil, azad qadının övladlarıyıq.
  1. So then, brethren, we are not children of a bondwoman, but of the free woman.
 
   
  irəli  1  2  3  4  5  6   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.