Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6   qeri  
  -1   [font9]   +1  
Galatians 5 [NASB:Azerbaycan]   
 
  1. It was for freedom that Christ set us free; therefore keep standing firm and do not be subject again to a yoke of slavery.
  2. Behold I, Paul, say to you that if you receive circumcision, Christ will be of no benefit to you.
  3. And I testify again to every man who receives circumcision, that he is under obligation to keep the whole Law.
  4. You have been severed from Christ, you who are seeking to be justified by law; you have fallen from grace.
  5. For we through the Spirit, by faith, are waiting for the hope of righteousness.
  1. Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun və yenidən köləlik boyunduruğuna tabe olmayın.
  2. Budur, mən Paul sizə deyirəm: əgər siz sünnət olunsanız, Məsih sizə heç bir fayda verməz.
  3. Sünnət olunan hər adama yenə şəhadət edirəm ki, elə bir adam bütün Qanuna əməl etməyə borcludur.
  4. Ey Qanun vasitəsilə saleh sayılmaq istəyənlər, siz Məsihdən ayrıldınız, Allahın lütfündən uzaq düşdünüz.
  5. Amma biz Ruh vasitəsilə imanla saleh sayılacağımıza ümid bağlayıb onu həvəslə gözləyirik.
 
 
  1. For in Christ Jesus neither circumcision nor uncircumcision means anything, but faith working through love.
  2. You were running well; who hindered you from obeying the truth?
  3. This persuasion did not come from Him who calls you.
  4. A little leaven leavens the whole lump of dough.
  5. I have confidence in you in the Lord that you will adopt no other view; but the one who is disturbing you will bear his judgment, whoever he is.
  1. Məsih İsada sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə məhəbbətlə fəal olan imandır.
  2. Yaxşı irəliləyirdiniz. Axı həqiqətə itaət etmə yolunuzu kim kəsdi?
  3. Belə inandırılmağınız sizi Çağıranın istəyi deyil.
  4. Azacıq maya bütün xəmiri acıdır.
  5. Mən Rəbdə sizə etimad edirəm ki, başqa cür düşünməyəsiniz. Sizi lərzəyə salansa, kim olursa olsun, öz cəzasını çəkəcək.
 
 
  1. But I, brethren, if I still preach circumcision, why am I still persecuted? Then the stumbling block of the cross has been abolished.
  2. I wish that those who are troubling you would even mutilate themselves.
  3. For you were called to freedom, brethren; only do not turn your freedom into an opportunity for the flesh, but through love serve one another.
  4. For the whole Law is fulfilled in one word, in the statement, "YOU SHALL LOVE YOUR NEIGHBOR AS YOURSELF."
  5. But if you bite and devour one another, take care that you are not consumed by one another.
  1. Amma, qardaşlar, əgər mən hələ də sünnəti vəz edirəmsə, nə üçün hələ də təqibə məruz qalıram? Elə olsaydı, onlara büdrəmə daşı olan çarmıx ləğv olunardı.
  2. Ah, kaş sizi çaşdıranlar özlərini axtalayaydılar!
  3. Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin.
  4. Bütün Qanun tək bir sözdə tamamlanır: «Qonşunu özün kimi sev».
  5. Əgər siz bir-birinizi didib-yeyirsinizsə, ehtiyatlı olun ki, bir-birinizi tələf etməyəsiniz.
 
 
  1. But I say, walk by the Spirit, and you will not carry out the desire of the flesh.
  2. For the flesh sets its desire against the Spirit, and the Spirit against the flesh; for these are in opposition to one another, so that you may not do the things that you please.
  3. But if you are led by the Spirit, you are not under the Law.
  4. Now the deeds of the flesh are evident, which are: immorality, impurity, sensuality,
  5. idolatry, sorcery, enmities, strife, jealousy, outbursts of anger, disputes, dissensions, factions,
  1. Mən bunu deyirəm: Müqəddəs Ruha görə həyat sürün, o zaman siz cismani təbiətin ehtirasını əsla icra etməzsiniz.
  2. Çünki cismani təbiət Ruha zidd və Ruh cismani təbiətə zidd olanı arzulayır. Onlar bir-birinə qarşı durur ki, siz istədiyinizi etməyəsiniz.
  3. Amma Müqəddəs Ruhun rəhbərliyi altında olsanız, siz Qanun altında deyilsiniz.
  4. Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi əxlaqsızlıq, murdarlıq, pozğunluq,
  5. bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, qısqanclıq, hiddət, özünü göstərmə, nifaq, təfriqələr,
 
 
  1. envying, drunkenness, carousing, and things like these, of which I forewarn you, just as I have forewarned you, that those who practice such things will not inherit the kingdom of God.
  2. But the fruit of the Spirit is love, joy, peace, patience, kindness, goodness, faithfulness,
  3. gentleness, self-control; against such things there is no law.
  4. Now those who belong to Christ Jesus have crucified the flesh with its passions and desires.
  5. If we live by the Spirit, let us also walk by the Spirit.
  1. paxıllıq, sərxoşluq, eyş-işrət və buna bənzər şeylərdir. Sizə əvvəllər xəbərdarlıq etdiyim kimi indi də xəbərdarlıq edirəm ki, bunları edənlər Allahın Padşahlığını irs almayacaqlar.
  2. Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət,
  3. həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur.
  4. Məsih İsaya məxsus olanlar isə öz həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər.
  5. Madam ki, biz Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək.
 
 
  1. Let us not become boastful, challenging one another, envying one another.
  1. Şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək.
 
   
  irəli  1  2  3  4  5  6   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.