Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 34   qeri  
  -1   [font9]   +1  
QANUNUN TƏKRARI 2 [Azerbaycan:Russian]   
 
  1. Rəbbin mənə əmr etdiyi kimi qayıdıb Qırmızı dəniz yolu ilə səhraya köç etdik. Xeyli vaxt Seir dağlıq bölgəsini gəzib dolaşandan sonra
  2. Rəbb mənə belə dedi:
  3. “Bu dağlıq bölgəsini gəzib dolaşmağınız kifayətdir, indi şimala dönün.
  4. Xalqa belə əmr et: ‹Seirdə yaşayan qohumlarınız Esav övladlarının torpağından keçəcəksiniz. Onlar sizdən qorxacaqlar, buna görə çox diqqətli olun.
  5. Onlarla münaqişə yaratmayın, çünki torpaqlarından bir qarış da sizə verməyəcəyəm. Ona görə ki Mən mülk olaraq Seir dağlıq bölgəsini Esav nəslinə vermişəm.
  1. И обратились мы и отправились в пустыню к Чермному морю, как говорил мне Господь, и много времени ходили вокруг горы Сеира.
  2. И сказал мне Господь, говоря:
  3. полно вам ходить вокруг этой горы, обратитесь к северу;
  4. и народу дай повеление и скажи: вы будете проходить пределы братьев ваших, сынов Исавовых, живущих на Сеире, и они убоятся вас; но остерегайтесь
  5. начинать с ними войну, ибо Я не дам вам земли их ни на стопу ноги, потому что гору Сеир Я дал во владение Исаву;
 
 
  1. Onlardan yeməyi də, suyu da pulla alın, yeyib-içməyiniz qoy belə olsun›”.
  2. Çünki Allahınız Rəbb əlinizdə olan hər işə xeyir-dua verib. Belə böyük səhrada gəzib-dolaşdığınız zaman O sizi qorumuşdu. Bu qırx il ərzində sizinlə olan Allahınız Rəbbin sayəsində heç nəyə ehtiyacınız olmayıb.
  3. Biz Seir dağında yaşayan qohumlarımız Esav övladlarının torpağından, Elat və Esyon-Geverdən Arava yolundan burularaq Moav səhrası yolundan keçdik.
  4. Rəbb mənə dedi: “Moavlıları incitmə və onlarla döyüşə girmə. Mən onların torpağından mülk olaraq sizə heç nə verməyəcəyəm, çünki Ar ölkəsini mülk olaraq Lut övladlarına vermişəm”.
  5. Orada əvvəl Emlilər, Anaqlılar kimi ucaboy, güclü və çoxsaylı bir xalq yaşayırdı.
  1. пищу покупайте у них за серебро и ешьте; и воду покупайте у них за серебро и пейте;
  2. ибо Господь, Бог твой, благословил тебя во всяком деле рук твоих, покровительствовал [тебе] во время путешествия твоего по великой пустыне сей; вот, сорок лет Господь, Бог твой, с тобою; ты ни в чем не терпел недостатка.
  3. И шли мы мимо братьев наших, сынов Исавовых, живущих на Сеире, путем равнины, от Елафа и Ецион-Гавера, и поворотили, и шли к пустыне Моава.
  4. И сказал мне Господь: не вступай во вражду с Моавом и не начинай с ними войны; ибо Я не дам тебе ничего от земли его во владение, потому что Ар отдал Я во владение сынам Лотовым;
  5. прежде жили там Эмимы, народ великий, многочисленный и высокий, как [сыны] Енаковы,
 
 
  1. Onlar da Anaqlılar kimi Rafalılar sayılırdı, lakin Moavlılar onları Emlilər adlandırırdılar.
  2. Seirdə isə əvvəllər Xorlular yaşayırdı. Esav övladları onları qovdu, İsraillilərin Rəbbin mülk olaraq verdiyi torpağın əhalisinə etdiyi kimi qarşılarına çıxan Xorluları qırıb torpaqlarında məskən saldılar.
  3. Rəbb sözünə davam etdi: “İndi qalxıb Zered vadisini keçin”. Biz Zered vadisini keçdik.
  4. Qadeş-Barneadan köçdüyümüz vaxtdan Zered vadisini keçənədək otuz səkkiz il oldu. Rəbbin and içdiyi kimi düşərgədə olan o dövrdəki nəslin döyüşçülərindən heç biri sağ qalmamışdı.
  5. Onları ordugahdan yox edib qurtaranadək Rəbbin əli onlara qarşı oldu.
  1. и они считались между Рефаимами, как [сыны] Енаковы; Моавитяне же называют их Эмимами;
  2. а на Сеире жили прежде Хорреи; но сыны Исавовы прогнали их и истребили их от лица своего и поселились вместо их--так, как поступил Израиль с землею наследия своего, которую дал им Господь;
  3. итак встаньте и пройдите долину Заред. И прошли мы долину Заред.
  4. С тех пор, как мы пошли в Кадес-Варни и как прошли долину Заред, [минуло] тридцать восемь лет, и у нас перевелся из среды стана весь род ходящих на войну, как клялся им Господь;
  5. да и рука Господня была на них, чтоб истреблять их из среды стана, пока не вымерли.
 
 
  1. Xalqın bütün döyüş adamları ölüb-qurtarandan sonra
  2. Rəbb mənə belə dedi:
  3. “Siz bu gün Moav torpağında yerləşən Ardan keçəcəksiniz.
  4. Ammon övladlarına yaxınlaşanda onları incitməyin və münaqişə yaratmayın, çünki sizə Ammon övladlarının torpağından mülk olaraq heç nə verməyəcəyəm, ona görə ki oranı da Lut övladlarına vermişəm”.
  5. Ora da Rafalıların torpağı sayılırdı, əvvəllər orada Rafalılar yaşayırdı. Ammonlular onları Zamzumlular adlandırırdılar.
  1. Когда же перевелись все ходящие на войну и вымерли из среды народа,
  2. тогда сказал мне Господь, говоря:
  3. ты проходишь ныне мимо пределов Моава, мимо Ара,
  4. и приблизился к Аммонитянам; не вступай с ними во вражду, и не начинай с ними войны, ибо Я не дам тебе ничего от земли сынов Аммоновых во владение, потому что Я отдал ее во владение сынам Лотовым;
  5. и она считалась землею Рефаимов; прежде жили на ней Рефаимы; Аммонитяне же называют их Замзумимами;
 
 
  1. Onlar da Anaqlılar kimi ucaboy, güclü və çoxsaylı bir xalq idi. Rəbb onları Ammonluların qarşısından yox etmişdi. Ammonlular onları qovub yerlərində məskən salmışdılar.
  2. Rəbb Seirdə yaşayan Esav övladları üçün də həmin işi görərək Xorluları onların qarşısından yox etmişdi. Esav övladları Xorluları qıraraq yerlərində məskən saldılar və bu günə qədər orada yaşamaqdadırlar.
  3. Kaftordan çıxan Kaftorlular isə Qəzzəyə qədər kəndlərdə yaşayan Avvalıları qırdılar və onların yerində məskən saldılar.
  4. Rəbb dedi: “Qalxıb köç edin, Arnon vadisindən keçin. Bax Xeşbon padşahı Emorlu Sixonu və onun ölkəsini sizə təslim etdim. Özünüz üçün mülk olaraq oranı almağa başlayın. Onlarla döyüşə girin.
  5. Bu gündən Mən səma altında olan bütün xalqları sizə görə qorxu və vahiməyə salmağa başlayıram. Sizin sorağınızı eşidənlər qarşınızda titrəyib büzüşəcəklər”.
  1. народ великий, многочисленный и высокий, как [сыны] Енаковы, и истребил их Господь пред лицем их, и изгнали они их и поселились на месте их,
  2. как Он сделал для сынов Исавовых, живущих на Сеире, истребив пред лицем их Хорреев, и они изгнали их, и поселились на месте их, и [живут] до сего дня;
  3. и Аввеев, живших в селениях до самой Газы, Кафторимы, исшедшие из Кафтора, истребили и поселились на месте их.
  4. Встаньте, отправьтесь и перейдите поток Арнон; вот, Я предаю в руку твою Сигона, царя Есевонского, Аморреянина, и землю его; начинай овладевать ею, и веди с ним войну;
  5. с сего дня Я начну распространять страх и ужас пред тобою на народы под всем небом; те, которые услышат о тебе, вострепещут и ужаснутся тебя.
 
 
  1. Qedemot səhrasından Xeşbon padşahı Sixonun yanına sülh danışığı üçün qasidlər göndərdim və dedim:
  2. “Rica edirik, sənin torpağından keçmək üçün bizə izin verəsən. Yalnız yol keçəcəyik, oradan nə sağa, nə də sola dönəcəyik.
  3. Pulla bizə yemək satsanız, yeyəcəyik, su satsanız, içəcəyik. Bizə ölkəni piyada keçmək kifayətdir.
  4. Seirdə yaşayan Esav övladları və Arda yaşayan Moavlılar etdiyi kimi sən də izin ver ki, İordan çayından Allahımız Rəbbin bizə verdiyi torpağa keçək”.
  5. Lakin Xeşbon padşahı Sixon bizi torpağından keçməyə qoymadı. Çünki bugünkü kimi Allahınız Rəbb sizə təslim etmək üçün onu inadkar və daşürəkli etdi.
  1. И послал я послов из пустыни Кедемоф к Сигону, царю Есевонскому, с словами мирными, чтобы сказать:
  2. позволь пройти мне землею твоею; я пойду дорогою, не сойду ни направо, ни налево;
  3. пищу продавай мне за серебро, и я буду есть, и воду для питья давай мне за серебро, и я буду пить, только ногами моими пройду--
  4. так, как сделали мне сыны Исава, живущие на Сеире, и Моавитяне, живущие в Аре, доколе не перейду чрез Иордан в землю, которую Господь, Бог наш, дает нам.
  5. Но Сигон, царь Есевонский, не согласился позволить пройти нам через свою [землю], потому что Господь, Бог твой, ожесточил дух его и сердце его сделал упорным, чтобы предать его в руку твою, как [это видно] ныне.
 
 
  1. Rəbb mənə dedi: “Bax Sixonu və ölkəsini sənə təslim etməyə başlayıram. Oranı fəth edib irs olaraq almağa başla”.
  2. Sixon özü və bütün ordusu döyüşmək üçün Yahsada bizim qarşımıza çıxdı.
  3. Allahımız Rəbb onu bizə təslim etdi. Biz də Sixonu, övladlarını və bütün ordusunu qırdıq.
  4. O vaxt onun bütün şəhərlərini aldıq. Hər bir şəhəri kişi, qadın və uşaqlarla birlikdə tamamilə məhv etdik: kimsəni sağ qoymadıq.
  5. Heyvanlarını götürüb aldığımız şəhərləri talan etdik.
  1. И сказал мне Господь: вот, Я начинаю предавать тебе Сигона и землю его; начинай овладевать землею его.
  2. И Сигон со всем народом своим выступил против нас на сражение к Яаце;
  3. и предал его Господь, Бог наш, [в руки наши], и мы поразили его и сынов его и весь народ его,
  4. и взяли в то время все города его, и предали заклятию все города, мужчин и женщин и детей, не оставили никого в живых;
  5. только взяли мы себе в добычу скот их и захваченное во взятых нами городах.
 
 
  1. Arnon vadisinin kənarında Aroerdən və vadidə olan şəhərdən Gileadadək qarşımıza bizdən güclü bir şəhər çıxmadı. Allahımız Rəbb onların hamısını bizə təslim etdi.
  2. Lakin Ammonluların ölkəsinə, bütün Yabboq çayı kənarına və dağlıq bölgəsindəki şəhərlərə – Allahımız Rəbbin qadağan etdiyi heç yerə yaxınlaşmadıq.
  1. От Ароера, который на берегу потока Арнона, и от города, который на долине, до Галаада не было города, который был бы неприступен для нас: всё предал Господь, Бог наш, [в руки наши].
  2. Только к земле Аммонитян ты не подходил, ни к [местам лежащим] близ потока Иавока, ни к городам на горе, ни ко всему, к чему не повелел [нам] Господь, Бог наш.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 34   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.