- Onlar da Anaqlılar kimi ucaboy, güclü və çoxsaylı bir xalq idi. Rəbb onları Ammonluların qarşısından yox etmişdi. Ammonlular onları qovub yerlərində məskən salmışdılar.
- Rəbb Seirdə yaşayan Esav övladları üçün də həmin işi görərək Xorluları onların qarşısından yox etmişdi. Esav övladları Xorluları qıraraq yerlərində məskən saldılar və bu günə qədər orada yaşamaqdadırlar.
- Kaftordan çıxan Kaftorlular isə Qəzzəyə qədər kəndlərdə yaşayan Avvalıları qırdılar və onların yerində məskən saldılar.
- Rəbb dedi: “Qalxıb köç edin, Arnon vadisindən keçin. Bax Xeşbon padşahı Emorlu Sixonu və onun ölkəsini sizə təslim etdim. Özünüz üçün mülk olaraq oranı almağa başlayın. Onlarla döyüşə girin.
- Bu gündən Mən səma altında olan bütün xalqları sizə görə qorxu və vahiməyə salmağa başlayıram. Sizin sorağınızı eşidənlər qarşınızda titrəyib büzüşəcəklər”.
|
- a people as great, numerous, and tall as the Anakim, but the LORD destroyed them before them. And they dispossessed them and settled in their place,
- just as He did for the sons of Esau, who live in Seir, when He destroyed the Horites from before them; they dispossessed them and settled in their place even to this day.
- And the Avvim, who lived in villages as far as Gaza, the Caphtorim who came from Caphtor, destroyed them and lived in their place.)
- 'Arise, set out, and pass through the valley of Arnon. Look! I have given Sihon the Amorite, king of Heshbon, and his land into your hand; begin to take possession and contend with him in battle.
- 'This day I will begin to put the dread and fear of you upon the peoples everywhere under the heavens, who, when they hear the report of you, will tremble and be in anguish because of you.'
|