- Sonra istiqaməti dəyişib Başana yollandıq. Başan padşahı Oq bütün ordusu ilə bərabər Edreidə bizimlə döyüşə çıxdı.
- Rəbb mənə dedi: “Ondan qorxma, çünki Mən onu, bütün xalqını və torpağını sənə təslim edirəm. Xeşbonda yaşayan Emorluların padşahı Sixonun başına gətirdiyini onun da başına gətir”.
- Allahımız Rəbb Başan padşahı Oqu və bütün ordusunu bizə təslim etdi. Biz də kimsəni sağ buraxmadan hamısını qırıb
- bütün şəhərlərini aldıq, almadığımız bir şəhər belə, qalmadı. Aldığımız şəhərlərin sayı altmış idi. Bu yerlər Başanda Oqun ölkəsi olan bütün Arqov diyarını təşkil edirdi.
- Şəhərlərin hamısının darvazaları cəftəli idi və hündür divarlarla əhatə olunmuşdu. Bundan əlavə, çoxlu divarsız kəndlər də var idi.
|
- "Then we turned and went up the road to Bashan, and Og, king of Bashan, with all his people came out to meet us in battle at Edrei.
- "But the LORD said to me, 'Do not fear him, for I have delivered him and all his people and his land into your hand; and you shall do to him just as you did to Sihon king of the Amorites, who lived at Heshbon.'
- "So the LORD our God delivered Og also, king of Bashan, with all his people into our hand, and we smote them until no survivor was left.
- "We captured all his cities at that time; there was not a city which we did not take from them: sixty cities, all the region of Argob, the kingdom of Og in Bashan.
- "All these were cities fortified with high walls, gates and bars, besides a great many unwalled towns.
|