|
- Elə buna görə ürəklərinizi sünnət edin ki, bir daha dikbaş olmayasınız.
- Çünki Allahınız Rəbb allahların Allahı, hökmranların Hökmranıdır. O tərəfkeşlik etməyən, rüşvət almayan, böyük, qüdrətli, zəhmli Allahdır.
- O, yetimin və dul qadının haqqını qoruyur. Qəribi sevir, ona çörək və paltar verir.
- Siz də qəribi sevin, çünki özünüz də Misir ölkəsində qərib idiniz.
- Allahınız Rəbdən qorxun, Ona sitayiş edərək sadiq qalın və yalnız Onun adı ilə and için.
|
|