|
- Qanını isə yeməyin, su kimi yerə tökün.
- Taxılınızın, təzə şərablarınızın, zeytun yağınızın onda bir hissəsini, mal-qara və qoyun-keçilərinizin ilk balalarını, əhd etdiklərinizin hamısını, könüllü təqdimlərinizi, qaldırma təqdimlərinizi yaşadığınız şəhərlərdə yeməyin.
- Siz, oğullarınız, qızlarınız, qul və qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər bunları Allahınız Rəbbin hüzurunda, Onun seçəcəyi yerdə yeyəcəksiniz. Allahınız Rəbbin hüzurunda hansı işə əl atsanız, sevinc tapacaqsınız.
- Ehtiyatlı olun! Bu torpaqda yaşadığınız müddətdə Levililərə etinasız yanaşmayın.
- Allahınız Rəbbin sizə vəd etdiyi kimi sərhədinizi genişləndirəndə ət yemək istəyərək “gəlin ət yeyək” desəniz, ürəyiniz istəyən qədər ət yeyə bilərsiniz.
|
|