Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 9  10  11  12  13  14  15  16  17  18  19  20  . . . 34   qeri  
  -1   [font9]   +1  
QANUNUN TƏKRARI 15 [Azerbaycan:NIV]   
 
  1. Hər yeddi ilin sonunda sizə borclu olanları bağışlayın.
  2. Borcların bağışlanma işini belə edin: hər alacağı olan şəxs qonşusunun borcunu bağışlasın. Qonşusunu yaxud soydaşını borcunu geri qaytarmağa məcbur etməsin, çünki Rəbb tərəfindən borcların bağışlanma ili elan edilmişdir.
  3. Yadellilərdən borclarınızı geri ala bilərsiniz, lakin İsrailli soydaşlarınızın borclarını bağışlamalısınız.
  4. Onda aranızda kasıb olmaz. Əgər Allahınız Rəbbin sizə mülk olaraq almaq üçün verəcəyi torpaqda
  5. Onun sözünə tam itaət etsəniz, bu gün sizə buyurduğum əmrlərin hamısına diqqətlə əməl etsəniz,
  1. At the end of every seven years you must cancel debts.
  2. This is how it is to be done: Every creditor shall cancel the loan he has made to his fellow Israelite. He shall not require payment from his fellow Israelite or brother, because the LORD's time for canceling debts has been proclaimed.
  3. You may require payment from a foreigner, but you must cancel any debt your brother owes you.
  4. However, there should be no poor among you, for in the land the LORD your God is giving you to possess as your inheritance, he will richly bless you,
  5. if only you fully obey the LORD your God and are careful to follow all these commands I am giving you today.
 
 
  1. Allahınız Rəbb sizə vəd verdiyi kimi mütləq bərəkət verəcək. Siz bir çox millətlərə borc verəcək, lakin onlardan borc almayacaqsınız. Siz bir çox millətlərə hökmranlıq edəcəksiniz, onlar sizə hökmranlıq etməyəcək.
  2. Allahınız Rəbbin sizə verəcəyi torpağın hər hansı bir şəhərində yaşayan soydaşlarınızdan biri kasıbdırsa, daşürəkli olmayın. Kasıb soydaşınıza qarşı əliniz bağlı olmasın.
  3. Əksinə, əliaçıq olun, nəyə ehtiyacı varsa, ona lazımınca borc verin.
  4. Məbada “yeddinci il – borcların bağışlanma ili yaxındır” deyərək ürəyinizə pis fikirlər gətirəsiniz. Soydaşınız üçün xəsislik etməyin, ona kömək etməkdən boyun qaçırmayın. Yoxsa kasıb soydaşınız sizdən Rəbbə şikayət edər və günah qazanarsınız.
  5. Kasıba səxavətlə, könüllü surətdə yardım edin, çünki buna görə Allahınız Rəbb bütün əməyinizə, əl atdığınız hər işə bərəkət verəcək.
  1. For the LORD your God will bless you as he has promised, and you will lend to many nations but will borrow from none. You will rule over many nations but none will rule over you.
  2. If there is a poor man among your brothers in any of the towns of the land that the LORD your God is giving you, do not be hardhearted or tightfisted toward your poor brother.
  3. Rather be openhanded and freely lend him whatever he needs.
  4. Be careful not to harbor this wicked thought: "The seventh year, the year for canceling debts, is near," so that you do not show ill will toward your needy brother and give him nothing. He may then appeal to the LORD against you, and you will be found guilty of sin.
  5. Give generously to him and do so without a grudging heart; then because of this the LORD your God will bless you in all your work and in everything you put your hand to.
 
 
  1. Ölkədə həmişə kasıblar olacaq, buna görə mən sizə belə əmr edirəm: mütləq öz ölkənizdəki kasıb və möhtac soydaşınıza qarşı əliaçıq olun.
  2. Əgər İbrani soydaşlarınızdan bir kişi və yaxud qadın sizə qul kimi satılıbsa, bu qul altı il sizə qulluq edəndən sonra yeddinci il onu azad edin.
  3. Azad edərkən onları əliboş yola salmayın.
  4. Səxavət göstərib sürülərinizdən, taxılınızdan, şərabınızdan onlara verin. Allahınız Rəbb sizə necə bərəkət veribsə, siz də onlara elə verin.
  5. Misirdə kölə olduğunuzu, Allahınız Rəbbin sizi qurtardığını yada salın. Bu gün ona görə bu əmri verirəm.
  1. There will always be poor people in the land. Therefore I command you to be openhanded toward your brothers and toward the poor and needy in your land.
  2. If a fellow Hebrew, a man or a woman, sells himself to you and serves you six years, in the seventh year you must let him go free.
  3. And when you release him, do not send him away empty-handed.
  4. Supply him liberally from your flock, your threshing floor and your winepress. Give to him as the LORD your God has blessed you.
  5. Remember that you were slaves in Egypt and the LORD your God redeemed you. That is why I give you this command today.
 
 
  1. Əgər qulunuz sizi və külfətinizi sevirsə, sizinlə güzəranı xoşdursa və “sizdən ayrılmaq istəmirəm” deyirsə,
  2. onda bir biz götürüb qulunuzun qulağından keçirərək qapıya batırın. Bundan sonra o ömrü boyu qulunuz olaraq qalacaq. Qarabaşlarınızla da bu cür rəftar edin.
  3. Qullarınızı azad etmək sizə çətin gəlməsin. Sizə qulluq etdiyi altı il ərzində muzdlu işçidən ikiqat artıq iş görmüşdür. Sizə Allahınız Rəbb hər işdə bərəkət verəcək.
  4. Mal-qara və qoyun-keçilərinizin ilk doğulan balalarından hər erkək heyvanı Allahınız Rəbb üçün təqdis edin. Öküzlərinizin ilk balalarını işlətməyin, qoyun-keçilərinizin ilk balalarını qırxmayın.
  5. Siz ailələrinizlə birgə hər il Allahınız Rəbbin önündə, Onun seçəcəyi yerdə bu heyvanların ətini yeyin.
  1. But if your servant says to you, "I do not want to leave you," because he loves you and your family and is well off with you,
  2. then take an awl and push it through his ear lobe into the door, and he will become your servant for life. Do the same for your maidservant.
  3. Do not consider it a hardship to set your servant free, because his service to you these six years has been worth twice as much as that of a hired hand. And the LORD your God will bless you in everything you do.
  4. Set apart for the LORD your God every firstborn male of your herds and flocks. Do not put the firstborn of your oxen to work, and do not shear the firstborn of your sheep.
  5. Each year you and your family are to eat them in the presence of the LORD your God at the place he will choose.
 
 
  1. Bir heyvanın qüsuru varsa, axsaq yaxud kordursa, hansısa ciddi çatışmazlığı varsa, onu Allahınız Rəbbə qurban etməyin.
  2. Belə heyvanları kəsib şəhərlərinizdə yeyə bilərsiniz. Pak və yaxud murdar insan bu ətdən ceyran və ya maral əti yediyi kimi yeyə bilər.
  3. Qanını isə yeməyin, onu su kimi torpağa tökün.
  1. If an animal has a defect, is lame or blind, or has any serious flaw, you must not sacrifice it to the LORD your God.
  2. You are to eat it in your own towns. Both the ceremonially unclean and the clean may eat it, as if it were gazelle or deer.
  3. But you must not eat the blood; pour it out on the ground like water.
 
   
  irəli  1  . . . 9  10  11  12  13  14  15  16  17  18  19  20  . . . 34   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.