|
- onda gənc qadını ata evinin qapısına çıxarsınlar. Şəhər sakinləri onu daşqalaq edib öldürsünlər, çünki ata evində zina etməklə İsraildə namussuzluq edib. Beləliklə, aranızdan pisliyi atın.
- Kim başqasının arvadı ilə yataqda tutulsa, o zaman o kişi və qadın – hər ikisi öldürülsün. Beləliklə, İsraildən pisliyi atın.
- Əgər bir qız kiməsə nişanlıdırsa, şəhərdə kimsə onu tapıb cinsi yaxınlıq etsə,
- o zaman onların ikisini də o şəhərin darvazasına çıxararaq daşqalaq edib öldürün. Şəhərdə olduğu halda qışqırmadığı üçün qızı, yaxınının nişanlısını ləyaqətsiz etdiyi üçün kişini öldürün. Beləliklə, İsraildən pisliyi atın.
- Əgər bir kişi nişanlı qıza çöldə rast gəlsə, onu zorlasa, onunla cinsi yaxınlıq etsə, o zaman yalnız onunla cinsi yaxınlıq edən kişi öldürülsün.
|
|