Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 17  18  19  20  21  22  23  24  25  26  27  28  . . . 34   qeri  
  -1   [font9]   +1  
Deuteronomy 23 [NIV:Azerbaycan]   
 
  1. No one who has been emasculated by crushing or cutting may enter the assembly of the LORD.
  2. No one born of a forbidden marriage nor any of his descendants may enter the assembly of the LORD, even down to the tenth generation.
  3. No Ammonite or Moabite or any of his descendants may enter the assembly of the LORD, even down to the tenth generation.
  4. For they did not come to meet you with bread and water on your way when you came out of Egypt, and they hired Balaam son of Beor from Pethor in Aram Naharaim to pronounce a curse on you.
  5. However, the LORD your God would not listen to Balaam but turned the curse into a blessing for you, because the LORD your God loves you.
  1. Cinsiyyət üzvü əzilmiş ya da kəsilmiş şəxs Rəbbin camaatı arasına daxil ola bilməz.
  2. Qeyri-qanuni doğulan şəxs Rəbbin camaatı arasına daxil ola bilməz. Onun övladları, hətta onuncu nəslə qədər olanı Rəbbin camaatı arasına daxil ola bilməz.
  3. Heç bir Ammonlu və yaxud Moavlı Rəbbin camaatı arasına daxil ola bilməz. Onların heç bir övladı, hətta onuncu nəslə qədər olanlar da Rəbbin camaatı arasına əsla daxil ola bilməz,
  4. çünki onlar Misirdən çıxdığınız zaman yolda sizi çörək və su ilə qarşılamadılar. Sizə lənət oxumaq üçün Aram-Naharayimdəki Petor şəhərindən Beor oğlu Bilamı muzdla tutdular.
  5. Lakin Allahınız Rəbb Bilamı dinləmək istəmədi. Ona görə də Allahınız Rəbb bu lənəti xeyir-duaya çevirdi, çünki O sizi sevir.
 
 
  1. Do not seek a treaty of friendship with them as long as you live.
  2. Do not abhor an Edomite, for he is your brother. Do not abhor an Egyptian, because you lived as an alien in his country.
  3. The third generation of children born to them may enter the assembly of the LORD.
  4. When you are encamped against your enemies, keep away from everything impure.
  5. If one of your men is unclean because of a nocturnal emission, he is to go outside the camp and stay there.
  1. Nə qədər ömrünüz varsa, onların xeyri və rifahı üçün çalışmayın.
  2. Edomlulara isə ikrahla yanaşmayın, çünki onlar sizin qohumlarınızdır. Misirlilərə də ikrahla yanaşmayın, çünki torpaqlarında qərib olmusunuz.
  3. Onlardan doğulanların üçüncü nəsli Rəbbin camaatı arasına daxil ola bilər.
  4. Düşmənlərinizlə döyüşmək üçün ordugah quranda özünüzü hər cür murdarlıqdan qoruyun.
  5. Əgər gecə yatarkən aranızda toxumu tökülən şəxs olarsa, o, ordugahdan kənara çıxsın və buraya daxil olmasın.
 
 
  1. But as evening approaches he is to wash himself, and at sunset he may return to the camp.
  2. Designate a place outside the camp where you can go to relieve yourself.
  3. As part of your equipment have something to dig with, and when you relieve yourself, dig a hole and cover up your excrement.
  4. For the LORD your God moves about in your camp to protect you and to deliver your enemies to you. Your camp must be holy, so that he will not see among you anything indecent and turn away from you.
  5. If a slave has taken refuge with you, do not hand him over to his master.
  1. Axşamadək yuyunsun və gün batandan sonra ordugaha qayıtsın.
  2. Ordugahınızdan kənarda ayaqyolu üçün yer təyin edin.
  3. Sursatınız arasında yer qazmaq üçün bel də olsun ki, ayaqyoluna gedəndə ifrazatın üstünü basdıra biləsiniz.
  4. Çünki sizi qurtarmaq və düşmənlərinizi sizə təslim etmək üçün ordugahınızın içində Allahınız Rəbb gedir. Ordugahınız müqəddəs olsun ki, Rəbb natəmiz bir şey görüb sizdən üz döndərməsin.
  5. Ağasının yanından sizin yanınıza qaçan qulu ağasına qaytarmayın.
 
 
  1. Let him live among you wherever he likes and in whatever town he chooses. Do not oppress him.
  2. No Israelite man or woman is to become a shrine prostitute.
  3. You must not bring the earnings of a female prostitute or of a male prostitute into the house of the LORD your God to pay any vow, because the LORD your God detests them both.
  4. Do not charge your brother interest, whether on money or food or anything else that may earn interest.
  5. You may charge a foreigner interest, but not a brother Israelite, so that the LORD your God may bless you in everything you put your hand to in the land you are entering to possess.
  1. Qoy öz seçdiyi yerdə, bəyəndiyi bir şəhərdə aranızda yaşasın. Ona əzab verməyin.
  2. İsrailli qadın və kişilər arasından heç kim məbəd fahişəliyi etməsin.
  3. Qadının və ya kişinin fahişəliklə qazandığı qazancı Allahınız Rəbbin məbədinə təqdim etməyin. Hər ikisi Allahınız Rəbbin gözündə iyrəncdir.
  4. Soydaşınıza pulu, ərzağı və yaxud da faiz gətirən başqa bir şeyi sələmlə borc verməyin.
  5. Yadellidənsə faiz ala bilərsiniz, amma soydaşlarınızdan almayın ki, Allahınız Rəbb mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda əl atdığınız hər işə xeyir-dua versin.
 
 
  1. If you make a vow to the LORD your God, do not be slow to pay it, for the LORD your God will certainly demand it of you and you will be guilty of sin.
  2. But if you refrain from making a vow, you will not be guilty.
  3. Whatever your lips utter you must be sure to do, because you made your vow freely to the LORD your God with your own mouth.
  4. If you enter your neighbor's vineyard, you may eat all the grapes you want, but do not put any in your basket.
  5. If you enter your neighbor's grainfield, you may pick kernels with your hands, but you must not put a sickle to his standing grain.
  1. Allahınız Rəbbə bir əhd təqdimi edəcəyinizi söyləyəndə gecikdirməyin, çünki Allahınız Rəbb mütləq bunu sizdən istəyəcək. Onu yerinə yetirməməyiniz günahdır.
  2. Amma əhd etməkdən çəkinirsinizsə, bu, günah deyil.
  3. Ağzınızdan çıxanı yerinə yetirməyə diqqət edin, çünki Allahınız Rəbbə əhd edərək ürəkdən təqdim etməlisiniz.
  4. Qonşunuzun bağına girəndə doyunca üzüm yeyə bilərsiniz, amma səbətinizə yığmayın.
  5. Qonşunuzun zəmisinə girəndə əlinizlə başaq yığa bilərsiniz, amma zəmiyə oraq vurmayın.
 
 
 
   
  irəli  1  . . . 17  18  19  20  21  22  23  24  25  26  27  28  . . . 34   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.