Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 19  20  21  22  23  24  25  26  27  28  29  30  . . . 34   qeri  
  -1   [font9]   +1  
QANUNUN TƏKRARI 25 [Azerbaycan:NASB]   
 
  1. İnsanlar arasında münaqişə olarsa, qoy onlar məhkəməyə getsinlər. Hakimlər bu işə baxıb haqlı adama bəraət, haqsıza isə cəza versinlər.
  2. Əgər təqsirkar adam kötəklənməyə layiqdirsə, qoy hakim onu yerə uzandırıb kötəyi günahının ağırlığına görə vurdursun.
  3. Təqsirkara qırx zərbədən artıq vurulmasın. Əgər qırxdan çox zərbə vursanız, soydaşınız göz önündə zəlil ola bilər.
  4. Xırman çəkən öküzün ağzını bağlama.
  5. Əgər qardaşlar bir yerdə yaşayırlarsa, onlardan biri ölərsə və ölənin oğlu olmazsa, dul qadın başqa ailədən olan bir adama ərə getməsin. Qaynı yanına gəlib onu arvad olaraq alsın və qayın-qəyyumluq vəzifəsini yerinə yetirsin.
  1. "If there is a dispute between men and they go to court, and the judges decide their case, and they justify the righteous and condemn the wicked,
  2. then it shall be if the wicked man deserves to be beaten, the judge shall then make him lie down and be beaten in his presence with the number of stripes according to his guilt.
  3. "He may beat him forty times but no more, so that he does not beat him with many more stripes than these and your brother is not degraded in your eyes.
  4. "You shall not muzzle the ox while he is threshing.
  5. "When brothers live together and one of them dies and has no son, the wife of the deceased shall not be married outside the family to a strange man. Her husband's brother shall go in to her and take her to himself as wife and perform the duty of a husband's brother to her.
 
 
  1. Qadının doğacağı ilk oğul mərhumun adını yaşatsın. Qoy İsraildə mərhumun adı batmasın.
  2. Kim mərhum qardaşının dul arvadını almaq istəməzsə, dul qadın darvazada yerləşən ağsaqqalların yanına getsin və belə desin: “Qaynım İsraildə qardaşının adını yaşatmaqdan imtina edir. Mənim üçün qayın-qəyyumluq vəzifəsini icra etmək istəmir”.
  3. Onda şəhər ağsaqqalları onun qaynını çağırıb danışacaqlar. Əgər o inad edib yenə də “onu almıram” desə,
  4. o zaman həmin qadın ağsaqqallar qarşısında gəlib qaynının çarığını çıxararaq üzünə tüpürsün və “qardaşının nəslini yaşatmayana belə edilir” desin.
  5. İsraildə onun nəsli “çarığı çıxarılanın nəsli” adlanacaq.
  1. "It shall be that the firstborn whom she bears shall assume the name of his dead brother, so that his name will not be blotted out from Israel.
  2. "But if the man does not desire to take his brother's wife, then his brother's wife shall go up to the gate to the elders and say, 'My husband's brother refuses to establish a name for his brother in Israel; he is not willing to perform the duty of a husband's brother to me.'
  3. "Then the elders of his city shall summon him and speak to him. And if he persists and says, 'I do not desire to take her,'
  4. then his brother's wife shall come to him in the sight of the elders, and pull his sandal off his foot and spit in his face; and she shall declare, 'Thus it is done to the man who does not build up his brother's house.'
  5. "In Israel his name shall be called, 'The house of him whose sandal is removed.'
 
 
  1. Əgər dalaşan iki kişinin arvadlarından hansısa ərini döyən kişinin əlindən qurtarmaq üçün gəlib əl uzatsa və o biri kişinin cinsiyyət üzvündən yapışsa,
  2. belə qadına rəhm etmədən onun əlini kəsin.
  3. Aldatmaq üçün torbanızda biri ağır, digəri yüngül çəkən iki cür çəki daşı olmasın.
  4. Evinizdə biri böyük, digəri kiçik ölçən iki cür ölçü əşyası olmasın.
  5. Çəki daşınız, ölçünüz düzgün və dəqiq olsun ki, Allahınız Rəbbin sizə verəcəyi torpaqda uzun ömür sürəsiniz.
  1. "If two men, a man and his countryman, are struggling together, and the wife of one comes near to deliver her husband from the hand of the one who is striking him, and puts out her hand and seizes his genitals,
  2. then you shall cut off her hand; you shall not show pity.
  3. "You shall not have in your bag differing weights, a large and a small.
  4. "You shall not have in your house differing measures, a large and a small.
  5. "You shall have a full and just weight; you shall have a full and just measure, that your days may be prolonged in the land which the LORD your God gives you.
 
 
  1. Çünki Allahınız Rəbb belə pis işlər görən və haqsızlıq edənlərə nifrət edir.
  2. Misirdən çıxanda Amaleqlilərin yolda sizə nə etdiyini yada salın.
  3. Siz yorulub əldən düşərkən onlar yolda sizə hücum etdilər, arxada qalan bütün gücsüzləri qırdılar, Allahdan qorxmadılar.
  4. Allahınız Rəbb mülk etmək üçün irs olaraq sizə verəcəyi torpaqda və ətrafınızda olan düşmənlərin hamısından qurtarıb rahatlıq verəndə səma altından Amaleqlilərin xatirəsini silin və bunu unutmayın.
  1. "For everyone who does these things, everyone who acts unjustly is an abomination to the LORD your God.
  2. "Remember what Amalek did to you along the way when you came out from Egypt,
  3. how he met you along the way and attacked among you all the stragglers at your rear when you were faint and weary; and he did not fear God.
  4. "Therefore it shall come about when the LORD your God has given you rest from all your surrounding enemies, in the land which the LORD your God gives you as an inheritance to possess, you shall blot out the memory of Amalek from under heaven; you must not forget.
 
   
  irəli  1  . . . 19  20  21  22  23  24  25  26  27  28  29  30  . . . 34   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.