- Siz, Levililər, aranızda yaşayan qəriblər Allahınız Rəbbin sizə və ailənizə verdiyi bütün yaxşı şeylər üçün sevinəcəksiniz.
- Üçüncü il onda bir hissəni təqdimetmə ilidir. Bütün məhsulunuzun onda birini bir yana yığın. Ayırma işini qurtarandan sonra onda bir hissəni Levililərə, qəriblərə, yetimlərə və dul qadınlara verin ki, şəhərlərinizdə onlar da yeyib-doysunlar.
- Sonra Allahınız Rəbbə deyin: “Mənə əmr etdiyin kimi Rəbb yolunda ayırdıqlarımı evdən çıxarıb Levililərə, qəriblərə, yetimlərə və dul qadınlara verdim. Əmrlərindən çıxmadım, heç birini yaddan çıxarmadım.
- Bu paydan yas tutarkən yemədim, onu evdən çıxaranda murdar deyildim və onu ölülərə təqdim etmədim. Allahım Rəbbin sözünə qulaq asdım. Mənə əmr etdiklərinin hamısını yerinə yetirdim.
- Ya Rəbb, indi müqəddəs məskənindən – göylərdən aşağıya bax. Xalqın İsrailə, atalarımıza etdiyin anda görə bizə verdiyin torpağa – süd və bal axan torpağa xeyir-dua ver”.
|
- и веселись о всех благах, которые Господь Бог твой дал тебе и дому твоему, ты и левит и пришелец, который будет у тебя.
- Когда ты отделишь все десятины произведений [земли] твоей в третий год, год десятин, и отдашь левиту, пришельцу, сироте и вдове, чтоб они ели в жилищах твоих и насыщались,
- тогда скажи пред Господом Богом твоим: я отобрал от дома [моего] святыню и отдал ее левиту, пришельцу, сироте и вдове, по всем повелениям Твоим, которые Ты заповедал мне: я не преступил заповедей Твоих и не забыл;
- я не ел от нее в печали моей, и не отделял ее в нечистоте, и не давал из нее для мертвого; я повиновался гласу Господа Бога моего, исполнил все, что Ты заповедал мне;
- призри от святого жилища Твоего, с небес, и благослови народ Твой, Израиля, и землю, которую Ты дал нам--так как Ты клялся отцам нашим [дать нам] землю, в которой течет молоко и мед.
|