- Bunları buyur və öyrət.
- Gənc olduğun üçün qoy heç kim sənə xor baxmasın. Amma sözdə, həyat tərzində, məhəbbətdə, imanda, paklıqda imanlılara nümunə ol.
- Mən gəlincə Müqəddəs Yazıları hamıya oxumaqla, nəsihət verməklə, təlim verməklə məşğul ol.
- Ağsaqqallar əllərini sənin üzərinə qoyanda sənə peyğəmbərlik sözü ilə verilən səndə olan ruhani ənama etinasızlıq etmə.
- Bunların hamısına səy göstərərək özünü həsr et ki, sənin inkişafın hamıya aşkar olsun.
|
- These things command and teach.
- Let no man despise thy youth; but be thou an example of the believers, in word, in conversation, in charity, in spirit, in faith, in purity.
- Till I come, give attendance to reading, to exhortation, to doctrine.
- Neglect not the gift that is in thee, which was given thee by prophecy, with the laying on of the hands of the presbytery.
- Meditate upon these things; give thyself wholly to them; that thy profiting may appear to all.
|