Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6   qeri  
  -1   [font9]   +1  
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU 4 [Azerbaycan:NASB]   
 
  1. Ruh aydın şəkildə deyir ki, gələcəkdə bəziləri imandan dönəcək, aldadıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar.
  2. Bu təlimlər yalançıların ikiüzlülüyü ilə yayılır. Onların vicdanı sanki yanıq yarası kimi hissiyyatını itirmişdir.
  3. Bu yalançılar evlənməyi qadağan edir və bəzi yeməklərdən çəkindirirlər. Amma Allah bu yeməkləri iman edib həqiqəti dərk edənlərin şükürlə qəbul etməsi üçün yaradıb.
  4. Çünki Allahın yaratdığı hər şey yaxşıdır, şükürlə qəbul edilən heç bir şey rədd edilməməlidir.
  5. Çünki hər şey Allahın kəlamı və dua ilə təqdis olur.
  1. But the Spirit explicitly says that in later times some will fall away from the faith, paying attention to deceitful spirits and doctrines of demons,
  2. by means of the hypocrisy of liars seared in their own conscience as with a branding iron,
  3. men who forbid marriage and advocate abstaining from foods which God has created to be gratefully shared in by those who believe and know the truth.
  4. For everything created by God is good, and nothing is to be rejected if it is received with gratitude;
  5. for it is sanctified by means of the word of God and prayer.
 
 
  1. Bunları bacı-qardaşlara öyrətsən, imanın və əməl etdiyin yaxşı təlimatın sözləri ilə qidalanaraq Məsih İsanın yaxşı bir xidmətçisi olarsan.
  2. Allahsız, axmaq qoca qarı əfsanələrindən uzaq dur. Mömin olmaq üçün özünü yetişdir.
  3. Bədən məşqinin az faydası olur, möminlik isə hər şey üçün faydalıdır, çünki bunda indi və gələcək üçün həyat vədi var.
  4. Bu söz etibarlıdır və tamamilə qəbul olunmağa layiq sözdür.
  5. Ona görə də biz zəhmət çəkir və mübarizə aparırıq. Çünki ümidimizi bütün insanların, xüsusən iman edənlərin Xilaskarı, var olan Allaha bağlamışıq.
  1. In pointing out these things to the brethren, you will be a good servant of Christ Jesus, constantly nourished on the words of the faith and of the sound doctrine which you have been following.
  2. But have nothing to do with worldly fables fit only for old women On the other hand, discipline yourself for the purpose of godliness;
  3. for bodily discipline is only of little profit, but godliness is profitable for all things, since it holds promise for the present life and also for the life to come.
  4. It is a trustworthy statement deserving full acceptance.
  5. For it is for this we labor and strive, because we have fixed our hope on the living God, who is the Savior of all men, especially of believers.
 
 
  1. Bunları buyur və öyrət.
  2. Gənc olduğun üçün qoy heç kim sənə xor baxmasın. Amma sözdə, həyat tərzində, məhəbbətdə, imanda, paklıqda imanlılara nümunə ol.
  3. Mən gəlincə Müqəddəs Yazıları hamıya oxumaqla, nəsihət verməklə, təlim verməklə məşğul ol.
  4. Ağsaqqallar əllərini sənin üzərinə qoyanda sənə peyğəmbərlik sözü ilə verilən səndə olan ruhani ənama etinasızlıq etmə.
  5. Bunların hamısına səy göstərərək özünü həsr et ki, sənin inkişafın hamıya aşkar olsun.
  1. Prescribe and teach these things.
  2. Let no one look down on your youthfulness, but rather in speech, conduct, love, faith and purity, show yourself an example of those who believe.
  3. Until I come, give attention to the public reading of Scripture, to exhortation and teaching.
  4. Do not neglect the spiritual gift within you, which was bestowed on you through prophetic utterance with the laying on of hands by the presbytery.
  5. Take pains with these things; be absorbed in them, so that your progress will be evident to all.
 
 
  1. Özünə və verdiyin təlimə diqqətli ol. Bu işlərlə məşğul olmağa davam et. Çünki bunu etməklə həm özünü, həm də səni dinləyənləri xilas edəcəksən.
  1. Pay close attention to yourself and to your teaching; persevere in these things, for as you do this you will ensure salvation both for yourself and for those who hear you.
 
   
  irəli  1  2  3  4  5  6   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.