Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5   qeri  
  -1   [font9]   +1  
YƏHYANIN BİRİNCİ MƏKTUBU 2 [Azerbaycan:NIV]   
 
  1. Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir.
  2. O bizim günahlarımıza görə – təkcə bizim günahlarımıza görə deyil, bütün dünyanın günahlarına görə kəffarə qurbanıdır.
  3. Onu tanıdığımızı bundan bilirik ki, Onun əmrlərinə riayət edirik.
  4. Kim «Onu tanıyıram» deyir, amma Onun əmrlərinə riayət etmirsə, yalançıdır və onun daxilində həqiqət yoxdur.
  5. Lakin kim Onun sözünə riayət edirsə, Allah məhəbbəti onda, həqiqətən, kamilliyə çatıb. Bundan bilirik ki, biz Allahdayıq.
  1. My dear children, I write this to you so that you will not sin. But if anybody does sin, we have one who speaks to the Father in our defense--Jesus Christ, the Righteous One.
  2. He is the atoning sacrifice for our sins, and not only for ours but also for the sins of the whole world.
  3. We know that we have come to know him if we obey his commands.
  4. The man who says, "I know him," but does not do what he commands is a liar, and the truth is not in him.
  5. But if anyone obeys his word, God's love is truly made complete in him. This is how we know we are in him:
 
 
  1. Kim Onda qaldığını deyirsə, İsa Məsihin həyat sürdüyü kimi həyat sürməlidir.
  2. Sevimlilər, sizə yeni əmr yazmıram, əvvəldən bəri malik olduğunuz qədim bir əmri yazıram; qədim əmr isə eşitdiyiniz sözdür.
  3. Yenə də sizə yeni bir əmr yazıram; bunun həqiqi olduğu Məsihdə və sizdə görünür. Çünki qaranlıq keçir və həqiqi nur artıq parlayır.
  4. Kim nurda olduğunu deyir, amma qardaşına nifrət edirsə, hələ də qaranlıqdadır.
  5. Qardaşını sevən nurda qalır və onda büdrəmə səbəbi yoxdur.
  1. Whoever claims to live in him must walk as Jesus did.
  2. Dear friends, I am not writing you a new command but an old one, which you have had since the beginning. This old command is the message you have heard.
  3. Yet I am writing you a new command; its truth is seen in him and you, because the darkness is passing and the true light is already shining.
  4. Anyone who claims to be in the light but hates his brother is still in the darkness.
  5. Whoever loves his brother lives in the light, and there is nothing in him to make him stumble.
 
 
  1. Amma qardaşına nifrət edən qaranlıqdadır. O, qaranlıqda gəzir və hara getdiyini bilmir, çünki qaranlıq onun gözlərini kor edib.
  2. Ey övladlar, sizə yazıram, çünki Onun adı naminə günahlarınız bağışlanıb.
  3. Ey atalar, sizə yazıram, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız. Ey gənclər, sizə yazıram, çünki şər olana qalib gəlmisiniz.
  4. Ey uşaqlar, sizə yazdım, çünki Atanı tanıyırsınız. Ey atalar, sizə yazdım, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız. Ey gənclər, sizə yazdım, çünki güclüsünüz, Allahın kəlamı sizdə qalır, şər olana da qalib gəlmisiniz.
  5. Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevirsə, onda Atadan olan məhəbbət yoxdur.
  1. But whoever hates his brother is in the darkness and walks around in the darkness; he does not know where he is going, because the darkness has blinded him.
  2. I write to you, dear children, because your sins have been forgiven on account of his name.
  3. I write to you, fathers, because you have known him who is from the beginning. I write to you, young men, because you have overcome the evil one. I write to you, dear children, because you have known the Father.
  4. I write to you, fathers, because you have known him who is from the beginning. I write to you, young men, because you are strong, and the word of God lives in you, and you have overcome the evil one.
  5. Do not love the world or anything in the world. If anyone loves the world, the love of the Father is not in him.
 
 
  1. Çünki dünyada olan hər şey – cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir.
  2. Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır.
  3. Ey uşaqlar, axır zamandır. Siz «Məsih əleyhdarı»nın gələcəyini eşitmisiniz, indi də çoxlu Məsih əleyhdarı meydana çıxıb. Bundan bilirik ki, axır zamandır.
  4. Onlar bizim aramızdan çıxdılar, amma bizə məxsus deyildilər. Əgər bizə məxsus olsaydılar, bizimlə qalardılar. Amma qalmadılar ki, heç birinin bizə məxsus olmadığı aşkara çıxsın.
  5. Lakin siz Müqəddəs Olandan bir məsh almısınız və hamınız biliklisiniz.
  1. For everything in the world--the cravings of sinful man, the lust of his eyes and the boasting of what he has and does--comes not from the Father but from the world.
  2. The world and its desires pass away, but the man who does the will of God lives forever.
  3. Dear children, this is the last hour; and as you have heard that the antichrist is coming, even now many antichrists have come. This is how we know it is the last hour.
  4. They went out from us, but they did not really belong to us. For if they had belonged to us, they would have remained with us; but their going showed that none of them belonged to us.
  5. But you have an anointing from the Holy One, and all of you know the truth.
 
 
  1. Mən sizə həqiqəti bilmədiyiniz üçün deyil, onu bildiyiniz üçün yazdım; siz bunu da bilirsiniz ki, heç bir yalanın həqiqətlə əlaqəsi yoxdur.
  2. Bəs yalançı kimdir? İsanın Məsih olduğunu inkar edən şəxs! O, Atanı və Oğulu inkar edən Məsih əleyhdarıdır.
  3. Oğulu inkar edən hər kəs Ataya da malik deyil, lakin Oğulu iqrar edən kəs Ataya da malikdir.
  4. Sizin əvvəldən bəri eşitdiyiniz söz qoy sizdə qalsın. Əgər əvvəldən bəri eşitdiyiniz söz sizdə qalsa, siz də Oğul və Atada qalarsınız.
  5. Onun bizə verdiyi vəd budur: əbədi həyat!
  1. I do not write to you because you do not know the truth, but because you do know it and because no lie comes from the truth.
  2. Who is the liar? It is the man who denies that Jesus is the Christ. Such a man is the antichrist--he denies the Father and the Son.
  3. No one who denies the Son has the Father; whoever acknowledges the Son has the Father also.
  4. See that what you have heard from the beginning remains in you. If it does, you also will remain in the Son and in the Father.
  5. And this is what he promised us--even eternal life.
 
 
  1. Bunları sizi aldatmaq istəyənlər barəsində yazıram.
  2. Sizə gəlincə, Ondan aldığınız məsh daxilinizdə qalır və kimsənin sizə təlim verməsinə ehtiyacınız yoxdur. Əksinə, Onun bu məshi sizə hər şey barədə təlim verir və bu, yalan deyil, həqiqətdir. Ona görə də sizə öyrətdiyi kimi Onda qalın.
  3. Beləliklə, ey övladlar, Onda qalın ki, O zahir olanda cəsarətimiz olsun, Onun zühuru zamanı önündə utanmayaq.
  4. Əgər Onun saleh olduğunu bilirsinizsə, həm də bilin ki, saleh iş görən hər kəs Ondan doğulub.
  1. I am writing these things to you about those who are trying to lead you astray.
  2. As for you, the anointing you received from him remains in you, and you do not need anyone to teach you. But as his anointing teaches you about all things and as that anointing is real, not counterfeit--just as it has taught you, remain in him.
  3. And now, dear children, continue in him, so that when he appears we may be confident and unashamed before him at his coming.
  4. If you know that he is righteous, you know that everyone who does what is right has been born of him.
 
   
  irəli  1  2  3  4  5   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.