Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5   qeri  
  -1   [font9]   +1  
YƏHYANIN BİRİNCİ MƏKTUBU 4 [Azerbaycan:NIV]   
 
  1. Ey sevimlilər, hər ruha inanmayın; ruhların Allahdan olub-olmadığını bilmək üçün onları sınaqdan keçirin. Çünki dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb.
  2. Allahın Ruhunu bundan tanıya bilərsiniz: İsa Məsihin cismən gəldiyini iqrar edən hər ruh Allahdandır,
  3. İsanı iqrar etməyən hər ruhsa Allahdan deyil. Bu, «Məsih əleyhdarı»nın ruhudur ki, bu ruhun gələcəyini eşitmisiniz və indi də artıq dünyadadır.
  4. Sizsə, ey övladlar, Allahdansınız və yalançı peyğəmbərlərə qalib gəlmisiniz. Çünki sizdə olan Ruh dünyada olandan üstündür.
  5. Onlar dünyadandır, buna görə də dünyəvi mövqedən danışırlar və dünya onlara qulaq asır.
  1. Dear friends, do not believe every spirit, but test the spirits to see whether they are from God, because many false prophets have gone out into the world.
  2. This is how you can recognize the Spirit of God: Every spirit that acknowledges that Jesus Christ has come in the flesh is from God,
  3. but every spirit that does not acknowledge Jesus is not from God. This is the spirit of the antichrist, which you have heard is coming and even now is already in the world.
  4. You, dear children, are from God and have overcome them, because the one who is in you is greater than the one who is in the world.
  5. They are from the world and therefore speak from the viewpoint of the world, and the world listens to them.
 
 
  1. Bizsə Allahdanıq. Allahı tanıyan bizə qulaq asır, Allahdan olmayansa bizə qulaq asmır. Həqiqət ruhunu və aldatma ruhunu bundan tanıyırıq.
  2. Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır.
  3. Sevməyən kəs Allahı tanımır, çünki Allah məhəbbətdir.
  4. Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq.
  5. Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.
  1. We are from God, and whoever knows God listens to us; but whoever is not from God does not listen to us. This is how we recognize the Spirit of truth and the spirit of falsehood.
  2. Dear friends, let us love one another, for love comes from God. Everyone who loves has been born of God and knows God.
  3. Whoever does not love does not know God, because God is love.
  4. This is how God showed his love among us: He sent his one and only Son into the world that we might live through him.
  5. This is love: not that we loved God, but that he loved us and sent his Son as an atoning sacrifice for our sins.
 
 
  1. Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək.
  2. Allahı heç kim heç zaman görməyib. Əgər biz bir-birimizi sevsək, Allah bizdə qalır və Onun məhəbbəti bizdə kamil olur.
  3. Bizim Onda, Onun da bizdə qaldığını bundan bilirik ki, O bizə Öz Ruhundan verib.
  4. Biz görüb şahidlik edirik ki, Ata Oğlunu dünyanın Xilaskarı olaraq göndərdi.
  5. Kim iqrar edir ki, İsa Allahın Oğludur, Allah onda, o da Allahda qalır.
  1. Dear friends, since God so loved us, we also ought to love one another.
  2. No one has ever seen God; but if we love one another, God lives in us and his love is made complete in us.
  3. We know that we live in him and he in us, because he has given us of his Spirit.
  4. And we have seen and testify that the Father has sent his Son to be the Savior of the world.
  5. If anyone acknowledges that Jesus is the Son of God, God lives in him and he in God.
 
 
  1. Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq. Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar.
  2. Məhəbbət bizdə ona görə kamil oldu ki, qiyamət günündə cəsarətimiz olsun. Çünki Məsih necədirsə, biz də bu dünyada eləyik.
  3. Məhəbbətdə qorxu yoxdur, əksinə, kamil məhəbbət qorxunu qovar. Çünki qorxu cəzaya aiddir, qorxan insan məhəbbətdə kamil deyil.
  4. Biz sevirik, çünki öncə O bizi sevdi.
  5. Kim «mən Allahı sevirəm» deyir, amma öz qardaşına nifrət edirsə, yalançıdır. Axı gördüyü qardaşını sevməyən görmədiyi Allahı sevə bilməz.
  1. And so we know and rely on the love God has for us. God is love. Whoever lives in love lives in God, and God in him.
  2. In this way, love is made complete among us so that we will have confidence on the day of judgment, because in this world we are like him.
  3. There is no fear in love. But perfect love drives out fear, because fear has to do with punishment. The one who fears is not made perfect in love.
  4. We love because he first loved us.
  5. If anyone says, "I love God," yet hates his brother, he is a liar. For anyone who does not love his brother, whom he has seen, cannot love God, whom he has not seen.
 
 
  1. Bizim Ondan aldığımız əmr budur ki, Allahı sevən gərək öz qardaşını da sevsin.
  1. And he has given us this command: Whoever loves God must also love his brother.
 
   
  irəli  1  2  3  4  5   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.