|
- Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq. Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar.
- Məhəbbət bizdə ona görə kamil oldu ki, qiyamət günündə cəsarətimiz olsun. Çünki Məsih necədirsə, biz də bu dünyada eləyik.
- Məhəbbətdə qorxu yoxdur, əksinə, kamil məhəbbət qorxunu qovar. Çünki qorxu cəzaya aiddir, qorxan insan məhəbbətdə kamil deyil.
- Biz sevirik, çünki öncə O bizi sevdi.
- Kim «mən Allahı sevirəm» deyir, amma öz qardaşına nifrət edirsə, yalançıdır. Axı gördüyü qardaşını sevməyən görmədiyi Allahı sevə bilməz.
|
|