|
- Mən ağsaqqaldan həqiqətə görə sevdiyim seçilmiş xanıma və onun övladlarına salam! Yalnız mən deyil, həqiqəti dərk edənlərin hamısı sizi sevir.
- Çünki həqiqət daxilimizdə qalır və əbədi olaraq bizimlə olacaq.
- Ata Allahdan və Atanın Oğlu İsa Məsihdən olan lütf, mərhəmət, sülh də həqiqət və məhəbbət əsasında bizimlə olacaq.
- Sənin övladlarının arasında Atadan aldığımız əmrə uyğun olaraq həqiqətə görə həyat sürənlərə rast gələndə çox sevindim.
- Ey xanım, indi də səndən xahiş edirəm ki, bir-birimizi sevək. Sənə yazdığım yeni bir əmr deyil, əvvəldən bəri malik olduğumuz əmrdir.
|
|