Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 22   qeri  
  -1   [font9]   +1  
VƏHY 4 [Azerbaycan:NASB]   
 
  1. Bundan sonra gördüm ki, göyə açılmış bir qapı var. Əvvəlcə mənimlə danışdığını eşitdiyim, şeypura bənzər səs dedi: «Bura qalx. Bundan sonra baş verməli hadisələri sənə göstərəcəyəm».
  2. Elə o an mən Ruhun təsirinə düşdüm. Budur, göydə bir taxt qurulub, taxtda da Biri oturub.
  3. Oturanın görünüşü yəşəm və qırmızı əqiq daşına bənzəyirdi. Taxtın ətrafında da görünüşcə zümrüdə bənzəyən göy qurşağı var idi.
  4. Taxtın hər tərəfində daha iyirmi dörd taxt var idi və onların üstündə ağ paltar geyinmiş, başında qızıl tac olan iyirmi dörd ağsaqqal oturmuşdu.
  5. Taxtdan şimşək, uğultu və göy gurultusu çıxırdı. Taxtın önündə yeddi məşəl yanırdı; bunlar Allahın yeddi ruhudur.
  1. After these things I looked, and behold, a door standing open in heaven, and the first voice which I had heard, like the sound of a trumpet speaking with me, said, "Come up here, and I will show you what must take place after these things."
  2. Immediately I was in the Spirit; and behold, a throne was standing in heaven, and One sitting on the throne.
  3. And He who was sitting was like a jasper stone and a sardius in appearance; and there was a rainbow around the throne, like an emerald in appearance.
  4. Around the throne were twenty-four thrones; and upon the thrones I saw twenty-four elders sitting, clothed in white garments, and golden crowns on their heads.
  5. Out from the throne come flashes of lightning and sounds and peals of thunder And there were seven lamps of fire burning before the throne, which are the seven Spirits of God;
 
 
  1. Taxtın önündə sanki büllura bənzəyən şüşə dəniz var idi. Taxtın ətrafında, hər dörd yanında önü də, arxası da gözlərlə örtülmüş dörd canlı məxluq var idi.
  2. Birinci məxluq aslana, ikinci məxluq danaya, üçüncü məxluqun üzü insan üzünə, dördüncü məxluq da uçan qartala bənzəyirdi.
  3. Bu dörd məxluqdan hər birinin altı qanadı var idi; məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir: «Var Olmuş, Var Olan və Gəlməli Olan Külli-İxtiyar Rəbb Allah Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!»
  4. Canlı məxluqlar hər dəfə taxtda Oturana, əbədi Yaşayana izzət və şərəf verib şükür edəndə
  5. iyirmi dörd ağsaqqal taxtda Oturanın önündə yerə qapanıb əbədi Var Olana səcdə edir və taclarını taxtın önünə atıb deyirlər:
  1. and before the throne there was something like a sea of glass, like crystal; and in the center and around the throne, four living creatures full of eyes in front and behind.
  2. The first creature was like a lion, and the second creature like a calf, and the third creature had a face like that of a man, and the fourth creature was like a flying eagle.
  3. And the four living creatures, each one of them having six wings, are full of eyes around and within; and day and night they do not cease to say, "HOLY, HOLY, HOLY is THE LORD GOD, THE ALMIGHTY, WHO WAS AND WHO IS AND WHO IS TO COME."
  4. And when the living creatures give glory and honor and thanks to Him who sits on the throne, to Him who lives forever and ever,
  5. the twenty-four elders will fall down before Him who sits on the throne, and will worship Him who lives forever and ever, and will cast their crowns before the throne, saying,
 
 
  1. «Ey bizim Rəbbimiz və Allahımız! Sən izzət, şərəf və qüdrət almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın, Hər şey Sənin iradənlə var olub yarandı».
  1. "Worthy are You, our Lord and our God, to receive glory and honor and power; for You created all things, and because of Your will they existed, and were created."
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 22   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.