- Then I heard what sounded like a voice among the four living creatures, saying, "A quart of wheat for a day's wages, and three quarts of barley for a day's wages, and do not damage the oil and the wine!"
- When the Lamb opened the fourth seal, I heard the voice of the fourth living creature say, "Come!"
- I looked, and there before me was a pale horse! Its rider was named Death, and Hades was following close behind him. They were given power over a fourth of the earth to kill by sword, famine and plague, and by the wild beasts of the earth.
- When he opened the fifth seal, I saw under the altar the souls of those who had been slain because of the word of God and the testimony they had maintained.
- They called out in a loud voice, "How long, Sovereign Lord, holy and true, until you judge the inhabitants of the earth and avenge our blood?"
|
- Dörd canlı məxluqun arasından sanki bir səsin belə dediyini eşitdim: «Bir xiniks buğda bir dinara, üç xiniks arpa da bir dinaradır; amma zeytun yağına və şəraba ziyan vurma».
- Quzu dördüncü möhürü açanda dördüncü canlı məxluqun «gəl» dediyini eşitdim.
- Gördüm ki, bir solğun rəngdə at var. Onun belində oturan atlının adı Ölüm idi. Ölülər diyarı da onun ardınca gedirdi. Onlara yer üzünün dörddə biri üzərində səlahiyyət verildi ki, qılınc, aclıq, azar və yer üzündəki vəhşi heyvanlarla insanları qırsınlar.
- Quzu beşinci möhürü açanda qurbangahın altında Allahın kəlamına və etdikləri şəhadətə görə kəsilən canları gördüm.
- Onlar uca səslə fəryad edirdi: «Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan?»
|