Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 6  7  8  9  10  11  12  13  14  15  16  17  . . . 22   qeri  
  -1   [font9]   +1  
VƏHY 12 [Azerbaycan:NIV]   
 
  1. Göydə böyük bir əlamət zahir oldu: günəşi əyninə geyinmiş, ayaqları altında ay və başında on iki ulduzlu tac olan bir qadın göründü.
  2. O hamilə idi və doğmaq üzrə idi, ağrı və iztirab çəkərək qışqırırdı.
  3. Göydə başqa bir əlamət zahir oldu: yeddi başlı, on buynuzlu, başlarının üstündə də yeddi kiçik tac olan böyük və od rəngində əjdaha göründü.
  4. Onun quyruğu göy ulduzlarının üçdə birini süpürüb yer üzünə atdı. Əjdaha doğmağa hazırlaşan qadının önündə dayandı ki, qadın doğan kimi onun uşağını udsun.
  5. Qadın bir oğlan uşağı doğdu ki, «dəmir əsa ilə bütün millətlərə ağalıq edəcək». Bu uşaq Allahın və Onun taxtının yanına qapılıb götürüldü.
  1. A great and wondrous sign appeared in heaven: a woman clothed with the sun, with the moon under her feet and a crown of twelve stars on her head.
  2. She was pregnant and cried out in pain as she was about to give birth.
  3. Then another sign appeared in heaven: an enormous red dragon with seven heads and ten horns and seven crowns on his heads.
  4. His tail swept a third of the stars out of the sky and flung them to the earth. The dragon stood in front of the woman who was about to give birth, so that he might devour her child the moment it was born.
  5. She gave birth to a son, a male child, who will rule all the nations with an iron scepter. And her child was snatched up to God and to his throne.
 
 
  1. Qadınsa çölə qaçdı. Orada onun min iki yüz altmış gün bəslənməsi üçün Allah tərəfindən hazırlanmış yeri var.
  2. Göydə döyüş oldu. Mikael və onun mələkləri əjdaha ilə döyüşdü. Əjdaha və onun mələkləri də onlarla döyüşdü,
  3. amma gücləri çatmadı. Göydə artıq onlara yer qalmadı.
  4. O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birgə atıldı.
  5. Mən göydə uca bir səsin belə dediyini eşitdim: «İndi Allahımızın xilası, gücü, Padşahlığı və Onun Məsihinin hakimiyyəti həyata keçdi. Çünki bacı-qardaşlarımızı Allahımızın önündə Gecə-gündüz təqsirləndirən ittihamçı kənara atıldı.
  1. The woman fled into the desert to a place prepared for her by God, where she might be taken care of for 1,260 days.
  2. And there was war in heaven. Michael and his angels fought against the dragon, and the dragon and his angels fought back.
  3. But he was not strong enough, and they lost their place in heaven.
  4. The great dragon was hurled down--that ancient serpent called the devil, or Satan, who leads the whole world astray. He was hurled to the earth, and his angels with him.
  5. Then I heard a loud voice in heaven say: "Now have come the salvation and the power and the kingdom of our God, and the authority of his Christ. For the accuser of our brothers, who accuses them before our God day and night, has been hurled down.
 
 
  1. Onlar Quzunun qanı və öz şəhadət sözləri vasitəsilə Ona qalib gəldilər. Hətta ölümlə üzbəüz olanda da Öz canlarını sevmədilər.
  2. Buna görə də, ey göylər və Orada məskən salanlar, bayram edin! Qurunun və dənizinsə vay halına! Çünki iblis böyük hiddətlə yanınıza endi, Bilir ki, onun az vaxtı qalıb».
  3. Əjdaha yer üzünə atıldığını görəndə oğlan uşağı doğan qadının ardınca düşdü.
  4. Amma qadına böyük qartalın iki qanadı verildi ki, çölə – öz yerinə uçsun və orada, ilandan kənarda bir vaxt, vaxtlar və yarım vaxt ərzində bəslənsin.
  5. İlan qadının ardınca ağzından sel kimi su püskürdü ki, sel onu aparsın.
  1. They overcame him by the blood of the Lamb and by the word of their testimony; they did not love their lives so much as to shrink from death.
  2. Therefore rejoice, you heavens and you who dwell in them! But woe to the earth and the sea, because the devil has gone down to you! He is filled with fury, because he knows that his time is short."
  3. When the dragon saw that he had been hurled to the earth, he pursued the woman who had given birth to the male child.
  4. The woman was given the two wings of a great eagle, so that she might fly to the place prepared for her in the desert, where she would be taken care of for a time, times and half a time, out of the serpent's reach.
  5. Then from his mouth the serpent spewed water like a river, to overtake the woman and sweep her away with the torrent.
 
 
  1. Lakin quru qadına kömək etdi: quru ağzını açdı və əjdahanın ağzından püskürdüyü seli içib qurtardı.
  2. Onda əjdaha qadına qəzəbləndi, onun nəslindən Allahın əmrlərinə riayət edən və İsa barədə şəhadət edən başqaları ilə döyüşmək üçün getdi
  3. və dəniz sahilinin qumları üzərində dayandı.
  1. But the earth helped the woman by opening its mouth and swallowing the river that the dragon had spewed out of his mouth.
  2. Then the dragon was enraged at the woman and went off to make war against the rest of her offspring--those who obey God's commandments and hold to the testimony of Jesus.
 
   
  irəli  1  . . . 6  7  8  9  10  11  12  13  14  15  16  17  . . . 22   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.