|
- O, ağzını açdı ki, Allaha küfr etsin, Onun adına, həmçinin məskəninə, yəni göydə məskən salanlara küfr söyləsin.
- Ona izin verildi ki, müqəddəslərlə döyüşüb onlara qalib gəlsin. Həmçinin ona bütün tayfalar, xalqlar, dillər və millətlər üzərində səlahiyyət verildi.
- Kəsilmiş Quzunun həyat kitabına dünya yaranandan bəri adı yazılanlardan savayı, yer üzündə yaşayanların hamısı ona səcdə edəcək.
- Kimin qulağı var, qoy eşitsin.
- Kim əsir olmalıdırsa, Əsirliyə gedir, Kim qılıncla öldürülməlidirsə, Qılıncla öldürülür. Gərək müqəddəslərin dözümü və imanı olsun.
|
|