Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 11  12  13  14  15  16  17  18  19  20  21  22   qeri  
  -1   [font9]   +1  
VƏHY 17 [Azerbaycan:NIV]   
 
  1. Yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışdı və dedi: «Gəl, çoxlu suların üzərində oturmuş bədnam fahişə barədə çıxacaq hökmü sənə göstərim.
  2. Yer üzünün padşahları onunla əxlaqsızlıq etdilər və yer üzündə yaşayanlar onun əxlaqsızlıq şərabından sərxoş oldular».
  3. O məni Ruhda çölə apardı. Orada mən gördüm ki, bir qadın yeddi başlı, on buynuzlu və üstündə başdan-başa küfr adları yazılan al rəngli bir vəhşi heyvanın belində oturub.
  4. Qadın tünd qırmızı və al rəngli paltar geyinmiş, qızıl, qiymətli daş və mirvari ilə bəzənmişdi. Onun əlində iyrənc şeylər və öz əxlaqsızlığının çirkabı ilə dolu qızıl kasa var idi.
  5. Alnında isə bu sirli ad yazılmışdı: «Yer üzünün fahişələrinin və iyrəncliklərinin anası olan böyük Babil».
  1. One of the seven angels who had the seven bowls came and said to me, "Come, I will show you the punishment of the great prostitute, who sits on many waters.
  2. With her the kings of the earth committed adultery and the inhabitants of the earth were intoxicated with the wine of her adulteries."
  3. Then the angel carried me away in the Spirit into a desert. There I saw a woman sitting on a scarlet beast that was covered with blasphemous names and had seven heads and ten horns.
  4. The woman was dressed in purple and scarlet, and was glittering with gold, precious stones and pearls. She held a golden cup in her hand, filled with abominable things and the filth of her adulteries.
  5. This title was written on her forehead: MYSTERY BABYLON THE GREAT THE MOTHER OF PROSTITUTES AND OF THE ABOMINATIONS OF THE EARTH.
 
 
  1. Mən gördüm ki, qadın müqəddəslərin qanından və İsaya şəhadət edənlərin qanından sərxoş olub. Bunu görüb hədsiz heyrətləndim.
  2. Onda mələk mənə dedi: «Nə üçün heyrətə düşdün? Mən sənə qadının və onu daşıyan yeddi başlı, on buynuzlu vəhşi heyvanın sirrini açacağam.
  3. Gördüyün vəhşi heyvan var olmuş, indi yox olan və dibsiz dərinliklərdən çıxmaq üzrə olaraq həlaka gedir. Yer üzündə yaşayan və dünya yaranandan bəri adı həyat kitabına yazılmamış adamlar vəhşi heyvanı görəndə heyrətə düşəcək, çünki o var olmuş, yox olan, amma yenə gəlməli olandır.
  4. Bu işdə müdrik ağıl lazımdır. Yeddi baş qadının oturduğu yeddi təpədir. Bunlar həm də yeddi padşahdır.
  5. Onlardan beşi ölüb, biri qalıb, digəri isə hələ gəlməyib və gələndə də qısa müddət qalmalıdır.
  1. I saw that the woman was drunk with the blood of the saints, the blood of those who bore testimony to Jesus. When I saw her, I was greatly astonished.
  2. Then the angel said to me: "Why are you astonished? I will explain to you the mystery of the woman and of the beast she rides, which has the seven heads and ten horns.
  3. The beast, which you saw, once was, now is not, and will come up out of the Abyss and go to his destruction. The inhabitants of the earth whose names have not been written in the book of life from the creation of the world will be astonished when they see the beast, because he once was, now is not, and yet will come.
  4. "This calls for a mind with wisdom. The seven heads are seven hills on which the woman sits.
  5. They are also seven kings. Five have fallen, one is, the other has not yet come; but when he does come, he must remain for a little while.
 
 
  1. Bir zaman var olmuş, indi isə yox olan vəhşi heyvan da səkkizinci padşahdır. O, yeddi padşahdan biridir və həlaka gedir.
  2. Gördüyün on buynuz hələ padşahlıq etməyən on padşahdır. Onlar vəhşi heyvanla birgə səlahiyyəti ələ alıb bir saat padşahlıq edəcəklər.
  3. Onların vahid bir niyyəti var, öz qüdrət və səlahiyyətlərini vəhşi heyvana təhvil verəcəklər.
  4. Onlar Quzu ilə döyüşəcəklər, lakin Quzu onlara qalib gələcək. Çünki O, ağaların Ağası, padşahların Padşahıdır və Onunla birgə olanlar da çağırılmış, seçilmiş və sadiq şəxslərdir».
  5. Mələk mənə dedi: «Fahişənin üzərində oturduğunu gördüyün sular – xalqlar, kütlələr, millətlər və dillərdir.
  1. The beast who once was, and now is not, is an eighth king. He belongs to the seven and is going to his destruction.
  2. "The ten horns you saw are ten kings who have not yet received a kingdom, but who for one hour will receive authority as kings along with the beast.
  3. They have one purpose and will give their power and authority to the beast.
  4. They will make war against the Lamb, but the Lamb will overcome them because he is Lord of lords and King of kings--and with him will be his called, chosen and faithful followers."
  5. Then the angel said to me, "The waters you saw, where the prostitute sits, are peoples, multitudes, nations and languages.
 
 
  1. Gördüyün vəhşi heyvan və on buynuz isə fahişəyə nifrət edərək onu soyub çılpaq qoyacaq, ətini yeyəcək və onu odda yandıracaq.
  2. Çünki Allah bunu onların ürəyinə qoydu ki, Allahın niyyətini yerinə yetirsinlər, həmfikir olub Onun sözləri tamamlanana qədər padşahlıqlarını vəhşi heyvana təhvil versinlər.
  3. Gördüyün qadın da yer üzünün padşahları üzərində padşahlıq edən böyük şəhərdir».
  1. The beast and the ten horns you saw will hate the prostitute. They will bring her to ruin and leave her naked; they will eat her flesh and burn her with fire.
  2. For God has put it into their hearts to accomplish his purpose by agreeing to give the beast their power to rule, until God's words are fulfilled.
  3. The woman you saw is the great city that rules over the kings of the earth."
 
   
  irəli  1  . . . 11  12  13  14  15  16  17  18  19  20  21  22   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.