Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 12  13  14  15  16  17  18  19  20  21  22   qeri  
  -1   [font9]   +1  
Revelation 18 [NIV:Azerbaycan]   
 
  1. After this I saw another angel coming down from heaven. He had great authority, and the earth was illuminated by his splendor.
  2. With a mighty voice he shouted: "Fallen! Fallen is Babylon the Great! She has become a home for demons and a haunt for every evil spirit, a haunt for every unclean and detestable bird.
  3. For all the nations have drunk the maddening wine of her adulteries. The kings of the earth committed adultery with her, and the merchants of the earth grew rich from her excessive luxuries."
  4. Then I heard another voice from heaven say: "Come out of her, my people, so that you will not share in her sins, so that you will not receive any of her plagues;
  5. for her sins are piled up to heaven, and God has remembered her crimes.
  1. Bundan sonra göydən enən başqa bir mələyi gördüm. O, böyük səlahiyyətə malik idi. Yer üzü onun ehtişamı ilə işıqlandı.
  2. O, uca səslə nida edib dedi: «Dağıldı! Böyük Babil dağıldı! O, cinlərin məskəni, Hər cür natəmiz ruhun sığınacağı, Hər cür murdar quşun yuvası, Hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu.
  3. Çünki bütün millətlər O qadının coşğun əxlaqsızlıq şərabından içdi. Yer üzünün padşahları Onunla əxlaqsızlıq etdi. Dünyanın tacirləri Onun şəhvətpərəstliyi ilə qazanılan sərvətdən varlandı».
  4. Mən göydən belə deyən başqa bir səs də eşitdim: «Ey Mənim xalqım, oradan çıxın ki, Onun günahlarına şərik olmayasınız, Onun uğrayacağı bəlalara düçar olmayasınız.
  5. Çünki onun günahları qalaqlanıb göyə çatdı, Allah onun haqsız işlərini yada saldı.
 
 
  1. Give back to her as she has given; pay her back double for what she has done. Mix her a double portion from her own cup.
  2. Give her as much torture and grief as the glory and luxury she gave herself. In her heart she boasts, 'I sit as queen; I am not a widow, and I will never mourn.'
  3. Therefore in one day her plagues will overtake her: death, mourning and famine. She will be consumed by fire, for mighty is the Lord God who judges her.
  4. "When the kings of the earth who committed adultery with her and shared her luxury see the smoke of her burning, they will weep and mourn over her.
  5. Terrified at her torment, they will stand far off and cry: " 'Woe! Woe, O great city, O Babylon, city of power! In one hour your doom has come!'
  1. O nə etdisə, Siz də əvəzində ona belə edin. Əməllərinin əvəzini ona ikiqat verin. Tökdüyü kasadakı şərabın İkiqatını töküb ona verin.
  2. Özünü nə qədər izzətləndirib Şəhvətpərəstlik içində yaşadısa, Ona o qədər də işgəncə və yas verin. Çünki ürəyində deyir: “Mən mələkə taxtında oturmuşam, Dul deyiləm, əsla yas tutmayacağam”.
  3. Buna görə də bir günün içində Onun üstünə bəlalar gələcək, Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq. Çünki onu mühakimə edən Rəbb Allah qüdrətlidir».
  4. Onunla əxlaqsızlıq edən və şəhvətpərəstlik içində yaşayan yer üzünün padşahları onun yanğınından çıxan tüstünü görəndə onun üçün ağlayıb ah-nalə edəcəklər.
  5. Onun çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanıb deyəcəklər: «Vay, vay halına, böyük şəhər, Möhkəm şəhər Babil! Çünki bir saat içində cəzan çatdı».
 
 
  1. "The merchants of the earth will weep and mourn over her because no one buys their cargoes any more--
  2. cargoes of gold, silver, precious stones and pearls; fine linen, purple, silk and scarlet cloth; every sort of citron wood, and articles of every kind made of ivory, costly wood, bronze, iron and marble;
  3. cargoes of cinnamon and spice, of incense, myrrh and frankincense, of wine and olive oil, of fine flour and wheat; cattle and sheep; horses and carriages; and bodies and souls of men.
  4. "They will say, 'The fruit you longed for is gone from you. All your riches and splendor have vanished, never to be recovered.'
  5. The merchants who sold these things and gained their wealth from her will stand far off, terrified at her torment. They will weep and mourn
  1. Yer üzünün tacirləri də onun üçün ağlayıb yas tutur, çünki onların malını –
  2. qızıl, gümüş, qiymətli daşlar və mirvariləri; incə kətan, ipək, tünd qırmızı və al rəngli parçaları; hər cür ətirli ağacı; fil sümüyündən, ən qiymətli ağacdan, tuncdan, dəmirdən və mərmərdən olan hər cür əşyanı;
  3. darçın, hil, buxur, ətirli yağ və kündürü; şərab, zeytun yağı, narın un və buğdanı; mal-qara, qoyunlar, atlar və arabaları; insan bədənləri və canlarını da artıq heç kəs almır.
  4. Onlar deyirlər: «Ürəyinin arzuladığı bəhrələr əlindən çıxdı, Bütün cah-calallı malların yox oldu. Heç kəs onları bir daha tapmayacaq».
  5. Orada bu mallarla varlanan tacirlər bu şəhərin çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanacaq və ağlayıb yas tutaraq deyəcəklər:
 
 
  1. and cry out: " 'Woe! Woe, O great city, dressed in fine linen, purple and scarlet, and glittering with gold, precious stones and pearls!
  2. In one hour such great wealth has been brought to ruin!' "Every sea captain, and all who travel by ship, the sailors, and all who earn their living from the sea, will stand far off.
  3. When they see the smoke of her burning, they will exclaim, 'Was there ever a city like this great city?'
  4. They will throw dust on their heads, and with weeping and mourning cry out: " 'Woe! Woe, O great city, where all who had ships on the sea became rich through her wealth! In one hour she has been brought to ruin!
  5. Rejoice over her, O heaven! Rejoice, saints and apostles and prophets! God has judged her for the way she treated you.' "
  1. «Vay, vay halına, İncə kətan, tünd qırmızı, al rəngli Parçalardan paltar geyən, Qızıl, qiymətli daşlar və mirvarilərlə Bəzənən böyük şəhər!
  2. Çünki bu qədər var-dövlət Bir saat içində viran oldu». Bütün gəmi rəisləri, sərnişinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanaraq
  3. onun yanğınından çıxan tüstüyə baxıb nida edirdilər: «Hansı şəhər bu böyük şəhərə tay ola bilər?»
  4. Onlar başlarına toz töküb fəryad edir və ağlayıb yas tutaraq deyirdilər: «Vay, vay halına, Dənizdə gəmisi olanların hamısının Oranın çox qiymətli malları ilə Varlandığı böyük şəhər! Çünki bir saat içində viran oldun».
  5. Ey göylər, Müqəddəslər, həvarilər və peyğəmbərlər, Onun halını bayram edin! Onun sizin üçün çıxartdığı hökmü Allah onun öz başına gətirdi.
 
 
  1. Then a mighty angel picked up a boulder the size of a large millstone and threw it into the sea, and said: "With such violence the great city of Babylon will be thrown down, never to be found again.
  2. The music of harpists and musicians, flute players and trumpeters, will never be heard in you again. No workman of any trade will ever be found in you again. The sound of a millstone will never be heard in you again.
  3. The light of a lamp will never shine in you again. The voice of bridegroom and bride will never be heard in you again. Your merchants were the world's great men. By your magic spell all the nations were led astray.
  4. In her was found the blood of prophets and of the saints, and of all who have been killed on the earth."
  1. Bir güclü mələk dəyirman daşı boyda böyük bir daşı götürərək dənizə atıb dedi: «Böyük şəhər Babil də Belə zorakılıqla yıxılacaq, Bir daha görünməyəcək.
  2. Çəng çalanların, müğənnilərin, Tütək və şeypur çalanların səsi Artıq səndən gəlməyəcək. Hər cür sənətlə məşğul olan sənətkar Artıq səndə olmayacaq. Dəyirman səsi də Artıq səndən gəlməyəcək.
  3. Çıraq işığı Artıq səndə görünməyəcək. Bəy-gəlin sədası Artıq səndən gəlməyəcək. Çünki sənin tacirlərin Yer üzünün böyük adamları idi, Bütün millətlər Sənin sehrbazlığınla aldanmışdı.
  4. Peyğəmbərlərin, müqəddəslərin və Yer üzündə kəsilənlərin hamısının qanı O şəhərdə üzə çıxdı».
 
   
  irəli  1  . . . 12  13  14  15  16  17  18  19  20  21  22   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.