- Mən göydən enən bir mələyi gördüm. Onun əlində dibsiz dərinliyin açarı və böyük bir zəncir var idi.
- O, əjdahanı – iblis və Şeytan deyilən o qədim ilanı tutub min il müddətinə zəncirlədi.
- Onu dibsiz dərinliyə atdı və qapısını bağlayıb möhürlədi ki, min il bitənə qədər millətləri daha aldada bilməsin. Bundan sonra isə o, qısa bir müddətə azad edilməlidir.
- Taxtları və onların üzərində oturanları da gördüm. Onlara hökm etmək ixtiyarı verildi. İsa barədə şəhadət və Allahın kəlamı uğrunda boynu vurulmuş canları da gördüm. Vəhşi heyvana və onun surətinə səcdə etməyib alınlarına və əllərinə damğanı qəbul etməmişdilər. Onlar dirilib Məsihlə birgə min il padşahlıq etdi.
- Bu, birinci dirilmədir. Qalan ölülərsə min il bitməyincə dirilmədi.
|
- And I saw an angel coming down out of heaven, having the key to the Abyss and holding in his hand a great chain.
- He seized the dragon, that ancient serpent, who is the devil, or Satan, and bound him for a thousand years.
- He threw him into the Abyss, and locked and sealed it over him, to keep him from deceiving the nations anymore until the thousand years were ended. After that, he must be set free for a short time.
- I saw thrones on which were seated those who had been given authority to judge. And I saw the souls of those who had been beheaded because of their testimony for Jesus and because of the word of God. They had not worshiped the beast or his image and had not received his mark on their foreheads or their hands. They came to life and reigned with Christ a thousand years.
- (The rest of the dead did not come to life until the thousand years were ended.) This is the first resurrection.
|