Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 21   qeri  
  -1   [font9]   +1  
HAKİMLƏR 3 [Azerbaycan:NASB]   
 
  1. Rəbb Kənan döyüşlərindən heç birini görməyən İsrailliləri sınamaq istədi.
  2. İsrail övladlarının nəsillərindən əvvəldən döyüşə bilməyənlərin hamısına döyüş təlimi vermək üçün Rəbbin ölkədə saxladığı millətlər bunlar idi:
  3. Beş Filişt ağası, bütün Kənanlılar və Sidonlular, eləcə də Baal-Xermon dağından Xamat keçidinə qədər Livan dağlarında yaşayan Xivlilər.
  4. Onları orada Rəbb ona görə saxladı ki, İsrailliləri sınasın və Musa vasitəsilə atalarına verdiyi əmrlərə necə itaət edib-etməyəcəklərini öyrənsin.
  5. Beləliklə, İsrail övladları Kənanlılar, Xetlilər, Emorlular, Perizlilər, Xivlilər və Yevuslular arasında yaşadı.
  1. Now these are the nations which the LORD left, to test Israel by them (that is, all who had not experienced any of the wars of Canaan;
  2. only in order that the generations of the sons of Israel might be taught war, those who had not experienced it formerly).
  3. These nations are: the five lords of the Philistines and all the Canaanites and the Sidonians and the Hivites who lived in Mount Lebanon, from Mount Baal-hermon as far as Lebo-hamath.
  4. They were for testing Israel, to find out if they would obey the commandments of the LORD, which He had commanded their fathers through Moses.
  5. The sons of Israel lived among the Canaanites, the Hittites, the Amorites, the Perizzites, the Hivites, and the Jebusites;
 
 
  1. İsrail övladları onların qızlarından özlərinə arvad aldı, öz qızlarını da onların oğullarına verdi və onların allahlarına sitayiş etdi.
  2. Beləliklə, İsrail övladları Rəbbin gözündə pis olan işlər gördülər. Onlar özlərinin Allahı Rəbbi unudaraq Baal və Aşera bütlərinə sitayiş etdilər.
  3. Ona görə də Rəbbin qəzəbi İsraillilərə qarşı alovlandı və onları Aram-Naharayim padşahı Kuşan-Rişatayimə təslim etdi. İsrail övladları səkkiz il Kuşan-Rişatayimə tabe oldu.
  4. İsrail övladları Rəbbə fəryad edəndə Rəbb də onlar üçün bir xilaskar yetirdi. Xilaskar Kalevin kiçik qardaşı olan Qenazın oğlu Otniel idi. O, İsrail övladlarını əsarətdən xilas etdi.
  5. Rəbbin Ruhu Otnielin üzərinə endi. O, İsrailin hakimi oldu və döyüşə çıxdı. Rəbb Aram-Naharayim padşahı Kuşan-Rişatayimi Otnielə təslim etdi. O, Kuşan-Rişatayimdən daha güclü oldu.
  1. and they took their daughters for themselves as wives, and gave their own daughters to their sons, and served their gods.
  2. The sons of Israel did what was evil in the sight of the LORD, and forgot the LORD their God and served the Baals and the Asheroth.
  3. Then the anger of the LORD was kindled against Israel, so that He sold them into the hands of Cushan-rishathaim king of Mesopotamia; and the sons of Israel served Cushan-rishathaim eight years.
  4. When the sons of Israel cried to the LORD, the LORD raised up a deliverer for the sons of Israel to deliver them, Othniel the son of Kenaz, Caleb's younger brother.
  5. The Spirit of the LORD came upon him, and he judged Israel. When he went out to war, the LORD gave Cushan-rishathaim king of Mesopotamia into his hand, so that he prevailed over Cushan-rishathaim.
 
 
  1. O dövrdə ölkə qırx il rahat yaşadı. Sonra Qenazın oğlu Otniel öldü.
  2. İsrail övladları yenə də Rəbbin gözündə pis olan işləri gördülər. Rəbb də Moav padşahı Eqlonu İsraillilərə qarşı qaldıraraq qüvvətləndirdi. Çünki onlar Rəbbin gözündə pis olan işləri görmüşdülər.
  3. Moav padşahı Eqlon Ammon və Amaleq övladlarını öz yanına toplayaraq İsrailliləri məğlub edib Xurma şəhərini aldı.
  4. Beləliklə, İsrail övladları Moav padşahı Eqlona on səkkiz il tabe oldu.
  5. Lakin İsrail övladları Rəbbə fəryad edəndə Rəbb Binyaminli Geranın oğlu solaxay Ehudu bir xilaskar kimi onlara yetirdi. İsrail övladları Moav padşahı Eqlona Ehud vasitəsilə xərac göndərdi.
  1. Then the land had rest forty years. And Othniel the son of Kenaz died.
  2. Now the sons of Israel again did evil in the sight of the LORD So the LORD strengthened Eglon the king of Moab against Israel, because they had done evil in the sight of the LORD.
  3. And he gathered to himself the sons of Ammon and Amalek; and he went and defeated Israel, and they possessed the city of the palm trees.
  4. The sons of Israel served Eglon the king of Moab eighteen years.
  5. But when the sons of Israel cried to the LORD, the LORD raised up a deliverer for them, Ehud the son of Gera, the Benjamite, a left-handed man. And the sons of Israel sent tribute by him to Eglon the king of Moab.
 
 
  1. Ehud özünə uzunluğu bir qulac olan ikiağızlı xəncər düzəltdi və onu paltarının altında sağ buduna bağladı.
  2. Ehud xəracı Moav padşahı Eqlona təqdim etdi. Eqlon isə çox tosqun adam idi.
  3. Ehud xərac təqdimini bitirəndən sonra hədiyyə gətirən adamları geri göndərdi.
  4. Amma özü Qilqalın yaxınlığındakı daş bütlərin yanından geriyə qayıdıb padşaha dedi: «Ey padşah, sənə gizli sözüm var». Padşah «sus» dedi. Onda yanında dayanan adamların hamısı eşiyə çıxdılar.
  5. Ehud onun yanına gəldi. Padşah üst mərtəbədəki sərin otağında tənha qalırdı. Ehud ona dedi: «Allahdan sənə bir sözüm var». Padşah kürsüsündən qalxdı.
  1. Ehud made himself a sword which had two edges, a cubit in length, and he bound it on his right thigh under his cloak.
  2. He presented the tribute to Eglon king of Moab. Now Eglon was a very fat man.
  3. It came about when he had finished presenting the tribute, that he sent away the people who had carried the tribute.
  4. But he himself turned back from the idols which were at Gilgal, and said, "I have a secret message for you, O king." And he said, "Keep silence." And all who attended him left him.
  5. Ehud came to him while he was sitting alone in his cool roof chamber. And Ehud said, "I have a message from God for you." And he arose from his seat.
 
 
  1. Ehud isə sol əlini uzadıb sağ buduna bağladığı xəncəri çıxarıb padşahın qarnına soxdu.
  2. Xəncəri elə bərk vurmuşdu ki, tiyənin ardınca qəbzəsi də onun qarnına girmişdi və bağırsaqları yerə tökülmüşdü. Xəncərin tiyəsini isə piy tutmuşdu, çünki Ehud xəncəri padşahın qarnından çıxarmamışdı.
  3. Ehud eyvana çıxıb arxasınca yuxarıdakı otağın qapılarını örtüb qıfılladı.
  4. O çıxanda padşahın qulları gəlib baxdılar. Yuxarı otağın qapısını qıfıllı görəndə dedilər: «Yəqin padşah yuxarı otaqda ayaqyoluna gedir».
  5. Padşahı gözlədilər, lakin otağın qapısını açan olmadığına görə nigaran qaldılar. Sonra açar götürüb qapıları açanda gördülər ki, ağalarının meyiti yerə sərilib.
  1. Ehud stretched out his left hand, took the sword from his right thigh and thrust it into his belly.
  2. The handle also went in after the blade, and the fat closed over the blade, for he did not draw the sword out of his belly; and the refuse came out.
  3. Then Ehud went out into the vestibule and shut the doors of the roof chamber behind him, and locked them.
  4. When he had gone out, his servants came and looked, and behold, the doors of the roof chamber were locked; and they said, "He is only relieving himself in the cool room."
  5. They waited until they became anxious; but behold, he did not open the doors of the roof chamber. Therefore they took the key and opened them, and behold, their master had fallen to the floor dead.
 
 
  1. Onlar padşahı gözləyən zaman Ehud artıq aradan çıxmış və daş bütlərin yanından keçib Seiraya qaçmışdı.
  2. O, İsrailə çatan kimi Efrayimin dağlıq bölgəsində şeypur çaldı və İsrail övladları onunla birgə dağlıq yerdən aşağı düşdülər. Ehud onların qabağında gedirdi.
  3. Ehud İsraillilərə dedi: «Ardımca gəlin, çünki Rəbb düşmənimiz olan Moavlıları sizə təslim etdi». İsrail övladları da Ehudun ardınca enib Moavlılara qarşı bütün İordan çayının keçidlərini bağladılar ki, heç kim keçə bilməsin.
  4. O zamankı döyüşdə Moavlılardan on min nəfərə qədər qırıldı. Onların da hər biri qüvvətli bir igid idi və heç kim canını qurtara bilmədi.
  5. Həmin gün Moav ölkəsi İsraillilərə tabe oldu və İsrail ölkəsi səksən il rahat yaşadı.
  1. Now Ehud escaped while they were delaying, and he passed by the idols and escaped to Seirah.
  2. It came about when he had arrived, that he blew the trumpet in the hill country of Ephraim; and the sons of Israel went down with him from the hill country, and he was in front of them.
  3. He said to them, "Pursue them, for the LORD has given your enemies the Moabites into your hands." So they went down after him and seized the fords of the Jordan opposite Moab, and did not allow anyone to cross.
  4. They struck down at that time about ten thousand Moabites, all robust and valiant men; and no one escaped.
  5. So Moab was subdued that day under the hand of Israel. And the land was undisturbed for eighty years.
 
 
  1. Bundan sonra Anat oğlu Şamqar hakim oldu və o, altı yüz Filiştlini öküz payası ilə qıraraq İsraili xilas etdi.
  1. After him came Shamgar the son of Anath, who struck down six hundred Philistines with an oxgoad; and he also saved Israel.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 21   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.