- Devora adam göndərib Naftali bölgəsində Qedeş şəhərindən Avinoam oğlu Baraqı çağırıb dedi: «İsrailin Allahı Rəbb sənə əmr etdi ki, yanına Naftali və Zevulun övladlarından on min nəfər kişini alıb Tavor dağına aparasan.
- Mən də Yavinin ordu başçısı Sisranı və onun döyüş arabaları ilə əsgərlərini yolundan döndərib Qişon çayına – sənin yanına gətirəcəyəm və sənə təslim edəcəyəm».
- Baraq Devoraya dedi: «Əgər sən mənimlə bərabər getsən, mən də gedəcəyəm, yox, əgər mənimlə bir getməsən, mən də getməyəcəyəm».
- Devora dedi: «Mən mütləq səninlə bir gedəcəyəm, amma bunu da bil ki, getdiyin yolun şöhrəti sənin olmayacaq, çünki Rəbb Sisranı bir qadına təslim edəcək». Devora ayağa qalxdı və Baraqla birgə Qedeşə getdi.
- Baraq Zevulun və Naftali övladlarını Qedeşə topladı və on min nəfər kişi onun ardınca getdi. Devora da Baraqla birgə yola düşdü.
|
- [Девора] послала и призвала Варака, сына Авиноамова, из Кедеса Неффалимова, и сказала ему: повелевает [тебе] Господь Бог Израилев: пойди, взойди на гору Фавор и возьми с собою десять тысяч человек из сынов Неффалимовых и сынов Завулоновых;
- а Я приведу к тебе, к потоку Киссону, Сисару, военачальника Иавинова, и колесницы его и многолюдное [войско] его, и предам его в руки твои.
- Варак сказал ей: если ты пойдешь со мною, пойду; а если не пойдешь со мною, не пойду.
- Она сказала [ему]: пойти пойду с тобою; только не тебе уже будет слава на сем пути, в который ты идешь; но в руки женщины предаст Господь Сисару. И встала Девора и пошла с Вараком в Кедес.
- Варак созвал Завулонян и Неффалимлян в Кедес, и пошли вслед за ним десять тысяч человек, и Девора пошла с ним.
|