Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 21   qeri  
  -1   [font9]   +1  
HAKİMLƏR 4 [Azerbaycan:NASB]   
 
  1. Ehud öləndən sonra İsrail övladları yenə də Rəbbin gözündə pis olan işlər gördülər.
  2. Buna görə də Rəbb onları Xasorda padşahlıq edən Kənan padşahı Yavinə təslim etdi. Yavinin ordu başçısı Sisra idi. O, Xaroşet-Haqqoyimdə yaşayırdı.
  3. İsrail övladları Rəbbə fəryad etdilər, çünki doqquz yüz dəmir döyüş arabasına malik olan Yavin iyirmi il idi ki, İsrail övladlarına zülm edib əziyyət verirdi.
  4. O vaxtlar Lappidotun arvadı peyğəmbər Devora İsraildə hakimlik edirdi.
  5. Bu qadın Efrayimin dağlıq bölgəsində Rama ilə Bet-El arasında olan Devoranın xurma ağacı altında yaşayırdı. İsrail övladları da hökm çıxarmaq üçün onun yanına qalxırdılar.
  1. Then the sons of Israel again did evil in the sight of the LORD, after Ehud died.
  2. And the LORD sold them into the hand of Jabin king of Canaan, who reigned in Hazor; and the commander of his army was Sisera, who lived in Harosheth-hagoyim.
  3. The sons of Israel cried to the LORD; for he had nine hundred iron chariots, and he oppressed the sons of Israel severely for twenty years.
  4. Now Deborah, a prophetess, the wife of Lappidoth, was judging Israel at that time.
  5. She used to sit under the palm tree of Deborah between Ramah and Bethel in the hill country of Ephraim; and the sons of Israel came up to her for judgment.
 
 
  1. Devora adam göndərib Naftali bölgəsində Qedeş şəhərindən Avinoam oğlu Baraqı çağırıb dedi: «İsrailin Allahı Rəbb sənə əmr etdi ki, yanına Naftali və Zevulun övladlarından on min nəfər kişini alıb Tavor dağına aparasan.
  2. Mən də Yavinin ordu başçısı Sisranı və onun döyüş arabaları ilə əsgərlərini yolundan döndərib Qişon çayına – sənin yanına gətirəcəyəm və sənə təslim edəcəyəm».
  3. Baraq Devoraya dedi: «Əgər sən mənimlə bərabər getsən, mən də gedəcəyəm, yox, əgər mənimlə bir getməsən, mən də getməyəcəyəm».
  4. Devora dedi: «Mən mütləq səninlə bir gedəcəyəm, amma bunu da bil ki, getdiyin yolun şöhrəti sənin olmayacaq, çünki Rəbb Sisranı bir qadına təslim edəcək». Devora ayağa qalxdı və Baraqla birgə Qedeşə getdi.
  5. Baraq Zevulun və Naftali övladlarını Qedeşə topladı və on min nəfər kişi onun ardınca getdi. Devora da Baraqla birgə yola düşdü.
  1. Now she sent and summoned Barak the son of Abinoam from Kedesh-naphtali, and said to him, "Behold, the LORD, the God of Israel, has commanded, 'Go and march to Mount Tabor, and take with you ten thousand men from the sons of Naphtali and from the sons of Zebulun.
  2. 'I will draw out to you Sisera, the commander of Jabin's army, with his chariots and his many troops to the river Kishon, and I will give him into your hand.'"
  3. Then Barak said to her, "If you will go with me, then I will go; but if you will not go with me, I will not go."
  4. She said, "I will surely go with you; nevertheless, the honor shall not be yours on the journey that you are about to take, for the LORD will sell Sisera into the hands of a woman." Then Deborah arose and went with Barak to Kedesh.
  5. Barak called Zebulun and Naphtali together to Kedesh, and ten thousand men went up with him; Deborah also went up with him.
 
 
  1. Qenli Xever, Musanın qaynı Xovavın nəslindən olan o biri Qenlilərdən ayrılmışdı. O, Qedeş yaxınlığında, Saanayimdəki palıd ağacının yanında öz çadırını qurmuşdu.
  2. Sisraya xəbər çatdı ki, Avinoam oğlu Baraq Tavor dağına çıxıb.
  3. Sisra doqquz yüz dəmir arabadan ibarət bütün döyüş arabalarını və yanındakı bütün xalqı Xaroşet-Haqqoyimdən Qişon çayına topladı.
  4. Devora Baraqa dedi: «Qalx, çünki Rəbbin Sisranı təslim etdiyi gün bu gündür. Sənin qarşında gedən Rəbb deyilmi?» Baraq da arxasınca gələn on min nəfər kişi ilə birgə Tavor dağından endi.
  5. Rəbb Sisranı və bütün döyüş arabaları ilə ordusunu Baraqın qarşısında qılıncdan keçirərək məğlub etdi. Sisra isə öz döyüş arabasından düşüb qaçdı.
  1. Now Heber the Kenite had separated himself from the Kenites, from the sons of Hobab the father-in-law of Moses, and had pitched his tent as far away as the oak in Zaanannim, which is near Kedesh.
  2. Then they told Sisera that Barak the son of Abinoam had gone up to Mount Tabor.
  3. Sisera called together all his chariots, nine hundred iron chariots, and all the people who were with him, from Harosheth-hagoyim to the river Kishon.
  4. Deborah said to Barak, "Arise! For this is the day in which the LORD has given Sisera into your hands; behold, the LORD has gone out before you." So Barak went down from Mount Tabor with ten thousand men following him.
  5. The LORD routed Sisera and all his chariots and all his army with the edge of the sword before Barak; and Sisera alighted from his chariot and fled away on foot.
 
 
  1. Baraq Xaroşet-Haqqoyimə qədər onların döyüş arabaları ilə ordusunu qovdu. Sisranın bütün ordusu qılıncdan keçirildi və heç kim sağ qalmadı.
  2. Sisra Qenli Xeverin arvadı Yaelin çadırına qaçdı, çünki Xasor padşahı Yavinlə Qenli Xever arasında sülh var idi.
  3. Yael Sisranı qarşılamaq üçün bayıra çıxıb dedi: «Gəl içəri, ağam, qorxma, bizə gəl». Sisra onun çadırına girdi və qadın onun üstünü kilimlə örtdü.
  4. Sisra qadına dedi: «Susamışam, rica edirəm, mənə bir içim su ver». Qadın süd tuluğunu açıb ona süd içirtdi və üstünü örtdü.
  5. Sisra qadına dedi: «Çadırın qapısında dayan, əgər bir adam gəlib səndən “Burada kimsə varmı?” deyə soruşsa, deyərsən ki, yox».
  1. But Barak pursued the chariots and the army as far as Harosheth-hagoyim, and all the army of Sisera fell by the edge of the sword; not even one was left.
  2. Now Sisera fled away on foot to the tent of Jael the wife of Heber the Kenite, for there was peace between Jabin the king of Hazor and the house of Heber the Kenite.
  3. Jael went out to meet Sisera, and said to him, "Turn aside, my master, turn aside to me! Do not be afraid." And he turned aside to her into the tent, and she covered him with a rug.
  4. He said to her, "Please give me a little water to drink, for I am thirsty." So she opened a bottle of milk and gave him a drink; then she covered him.
  5. He said to her, "Stand in the doorway of the tent, and it shall be if anyone comes and inquires of you, and says, 'Is there anyone here?' that you shall say, 'No.'"
 
 
  1. Lakin Xeverin arvadı Yael əlinə bir çadır payası və bir də toxmaq götürüb yavaş-yavaş ona yaxınlaşdı. Sisra isə çox yorulduğundan dərin yuxuya getmişdi. Yael çadır payasını onun gicgahına zərblə elə vurdu ki, paya onun başından keçib yerə girdi və Sisra belə öldürüldü.
  2. Bu vaxt Baraq Sisranın izinə düşmüşdü. Yael onun qarşısına çıxıb dedi: «Gəl, axtardığın adamı sənə göstərim». O, Yaellə birgə çadıra girəndə gördü ki, Sisra gicgahında paya ölüb yerə sərilmişdir.
  3. Beləcə o gün Allah Kənan padşahı Yavini İsrail övladlarına tabe etdi.
  4. İsrail övladlarının əli Kənan padşahı Yavinə qarşı get-gedə qüvvətləndi və axırda Kənan padşahı Yavini məhv etdi.
  1. But Jael, Heber's wife, took a tent peg and seized a hammer in her hand, and went secretly to him and drove the peg into his temple, and it went through into the ground; for he was sound asleep and exhausted. So he died.
  2. And behold, as Barak pursued Sisera, Jael came out to meet him and said to him, "Come, and I will show you the man whom you are seeking." And he entered with her, and behold Sisera was lying dead with the tent peg in his temple.
  3. So God subdued on that day Jabin the king of Canaan before the sons of Israel.
  4. The hand of the sons of Israel pressed heavier and heavier upon Jabin the king of Canaan, until they had destroyed Jabin the king of Canaan.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 21   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.