- Bu təpənin başında Allahın Rəbbə layiq qurbangah düzəlt. Sonra kəsdiyin Aşeranın ağac bütünə od vuraraq götürdüyün ikinci buğanı yandırma qurbanı olaraq təqdim et».
- Gideon qulluqçularından on nəfəri özü ilə götürüb Rəbbin tapşırdığı kimi etdi. Lakin atasının ev xalqından və şəhər sakinlərindən qorxduğu üçün işi gündüz deyil, gecə etdi.
- Şəhər sakinləri səhər tezdən qalxıb gördülər ki, Baal qurbangahı tamamilə dağıdılıb və yanındakı Aşera bütü kəsilib. Qurulan yeni qurbangah üzərində isə ikinci buğa yandırma qurbanı olaraq təqdim olunub.
- Adamlar bunu görüb bir-birlərinə dedilər: «Görəsən bu işi kim görüb?» Onlar bunu araşdırandan sonra bildilər ki, bu işi görən Yoaşın oğlu Gideondur.
- Şəhər sakinləri Yoaşa dedilər: «Oğlunu buraya gətir ki, öldürülsün. Çünki o, Baalın qurbangahını dağıdıb, yanındakı Aşera bütünü isə kəsib».
|
- и поставь жертвенник Господу Богу твоему, на вершине скалы сей, в порядке, и возьми второго тельца и принеси во всесожжение на дровах дерева, которое срубишь.
- Гедеон взял десять человек из рабов своих и сделал, как говорил ему Господь; но как сделать это днем он боялся домашних отца своего и жителей города, то сделал ночью.
- Поутру встали жители города, и вот, жертвенник Ваалов разрушен, и дерево при нем срублено, и второй телец вознесен во всесожжение на новоустроенном жертвеннике.
- И говорили друг другу: кто это сделал? Искали, расспрашивали и сказали: Гедеон, сын Иоасов, сделал это.
- И сказали жители города Иоасу: выведи сына твоего; он должен умереть за то, что разрушил жертвенник Ваала и срубил дерево, которое было при нем.
|