|
- Yoaş ona qarşı çıxanların hamısına belə dedi: «Bu Baal bütünün əvəzinə sizmi mübarizə aparacaqsınız? Ya sizmi onu qurtaracaqsınız? Baal üçün mübarizə aparan səhərə qədər öləcək. Əgər o, həqiqətən, allahdırsa, onun qurbangahını dağıdan adamla qoy özü mübarizə aparsın».
- Bundan sonra «qoy Baal onunla özü mübarizə aparsın, çünki o, Baalın qurbangahını dağıdıb» deyərək Gideonun adını Yerub-Baal qoydular.
- Bu vaxt bütün Midyanlılar, Amaleqlilər və şərq xalqları bir yerə yığılaraq İordan çayını keçib İzreel vadisində ordugah qurdular.
- Gideonun üzərinə Rəbbin ruhu endi və o, şeypur çalıb Aviezerliləri öz yanına yığdı.
- O bütün Menaşşeyə qasidlər göndərdi və onları da öz yanına yığdı. Sonra Aşerə, Zevuluna və Naftaliyə qasid göndərdi. Onlar qasidləri qarşılamağa çıxdılar.
|
|