Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 21   qeri  
  -1   [font9]   +1  
HAKİMLƏR 7 [Azerbaycan:NIV]   
 
  1. Yerub-Baal, yəni Gideon və onunla bərabər bütün xalq tezdən durub Xarod çeşməsinin başında ordugah qurdu. Midyan ordugahı isə onların şimal tərəfində More təpəsinin yanındakı vadidə idi.
  2. Rəbb Gideona dedi: «Yanında olan xalqın sayı çoxdur, ona görə Midyanlıları onlara təslim etmirəm. Çünki İsraillilər Mənim qarşımda “öz əlimlə özümü qurtardım” deyib öyünəcək.
  3. İndi sən xalqa bunu eşitdirib de: “Kim qorxudan əsirsə, Gilead dağından geri qayıtsın”». Xalqdan iyirmi iki min nəfəri geri qayıtdı, on min nəfəri qaldı.
  4. Rəbb Gideona dedi: «Xalqın sayı yenə də çoxdur, onları su kənarına endir və orada adamları sənin üçün ələkdən keçirəcəyəm. “Bu səninlə gedəcək” dediyim adam səninlə gedəcək və “bu səninlə getməyəcək” dediyim bütün adamlar isə getməyəcək».
  5. Gideon xalqı su kənarına endirəndə Rəbb ona dedi: «Suyu it kimi dili ilə içənlərin hamısını bir tərəfə, su içmək üçün dizüstə oturanların hamısını isə o biri tərəfə ayırıb yığarsan».
  1. Early in the morning, Jerub-Baal (that is, Gideon) and all his men camped at the spring of Harod. The camp of Midian was north of them in the valley near the hill of Moreh.
  2. The LORD said to Gideon, "You have too many men for me to deliver Midian into their hands. In order that Israel may not boast against me that her own strength has saved her,
  3. announce now to the people, 'Anyone who trembles with fear may turn back and leave Mount Gilead.' " So twenty-two thousand men left, while ten thousand remained.
  4. But the LORD said to Gideon, "There are still too many men. Take them down to the water, and I will sift them for you there. If I say, 'This one shall go with you,' he shall go; but if I say, 'This one shall not go with you,' he shall not go."
  5. So Gideon took the men down to the water. There the LORD told him, "Separate those who lap the water with their tongues like a dog from those who kneel down to drink."
 
 
  1. Əllərini ağızlarına aparıb suyu dili ilə içənlərin sayı üç yüz nəfər oldu. Lakin xalqın qalan hissəsi su içmək üçün dizüstə yerə oturdu.
  2. Rəbb Gideona dedi: «Sizi dili ilə su içən bu üç yüz nəfərlə qurtaracağam və Midyanlıları sənə təslim edəcəyəm. Qoy xalqın qalan hissəsi öz yerinə qayıtsın».
  3. Bu üç yüz adam xalqın azuqəsini və şeypurlarını əlindən aldı. Gideon qalan İsraillilərin hamısını bir nəfər kimi öz evlərinə göndərdi və üç yüz nəfəri yanında saxladı. Midyan ordugahı Gideonun olduğu yerin aşağısındakı vadidə idi.
  4. O gecə Rəbb ona dedi: «Qalx, Midyan ordugahına en, çünki onları sənə təslim edirəm.
  5. Əgər ordugaha enməyə qorxursansa, nökərin Pura ilə bərabər en.
  1. Three hundred men lapped with their hands to their mouths. All the rest got down on their knees to drink.
  2. The LORD said to Gideon, "With the three hundred men that lapped I will save you and give the Midianites into your hands. Let all the other men go, each to his own place."
  3. So Gideon sent the rest of the Israelites to their tents but kept the three hundred, who took over the provisions and trumpets of the others. Now the camp of Midian lay below him in the valley.
  4. During that night the LORD said to Gideon, "Get up, go down against the camp, because I am going to give it into your hands.
  5. If you are afraid to attack, go down to the camp with your servant Purah
 
 
  1. Orada sən onların söhbətini eşidəcəksən, onda qüvvət alıb ordugaha enərsən». O zaman Gideon və nökəri Pura ordugahın kənarında olan silahlı adamların yanına endilər.
  2. Vadiyə yığılan Midyanlılar, Amaleqlilər və bütün şərq xalqlarının sayı çəyirtkə qədər çox idi. Dəvələrinin isə dəniz sahilindəki qum qədər sayı-hesabı yox idi.
  3. Gideon gəlib gördü ki, bir nəfər yoldaşına öz yuxusunu danışır və belə deyir: «Bax yuxumda görmüşəm ki, arpa unundan bişirilmiş bir yumru çörək yuvarlanaraq Midyan ordugahına girib çadıra çatdı, çadırı vurub yıxaraq alt-üst etdi və çadır yerə sərildi».
  4. Yoldaşı ona cavab verdi: «Bu İsrailli Yoaş oğlu Gideonun qılıncından başqa bir şey deyil. Allah Midyanı və bütün ordugahını ona təslim edib».
  5. Gideon yuxu danışan adamın hekayəsini və yozumunu eşidəndə Allaha səcdə qıldı və İsrail ordugahına qayıdıb dedi: «Qalxın, çünki Rəbb Midyan ordusunu bizə təslim edib».
  1. and listen to what they are saying. Afterward, you will be encouraged to attack the camp." So he and Purah his servant went down to the outposts of the camp.
  2. The Midianites, the Amalekites and all the other eastern peoples had settled in the valley, thick as locusts. Their camels could no more be counted than the sand on the seashore.
  3. Gideon arrived just as a man was telling a friend his dream. "I had a dream," he was saying. "A round loaf of barley bread came tumbling into the Midianite camp. It struck the tent with such force that the tent overturned and collapsed."
  4. His friend responded, "This can be nothing other than the sword of Gideon son of Joash, the Israelite. God has given the Midianites and the whole camp into his hands."
  5. When Gideon heard the dream and its interpretation, he worshiped God. He returned to the camp of Israel and called out, "Get up! The LORD has given the Midianite camp into your hands."
 
 
  1. Yanında olan üç yüz nəfəri üç dəstəyə ayırdı. Hamısının əlinə şeypurlar, boş dolçalar və dolçanın içində məşəllər verdi.
  2. Onlara tapşırdı ki, «mənə baxın, mən necə edirəmsə, siz də elə edin. Bax mən ordugahın kənarına çatan zaman nə etsəm, siz də elə edin.
  3. Mən və mənimlə bərabər olanların hamısı şeypur çalan kimi siz də ordugahın bütün ətrafında şeypurlarınızı çalın və “Rəbb üçün və Gideon üçün!” deyə bağırın».
  4. Gideonla yanında olan yüz nəfər kişi orta növbəsinin başlanğıcında – növbətçilər təzə dəyişən zaman ordugahın kənarına çatdılar. Onlar şeypurlarını çalıb əllərindəki dolçaları qırdılar.
  5. Üç dəstə də şeypur çalıb dolçaları qırdı, sol əllərində məşəl, sağ əllərində isə çaldıqları şeypuru tutub «Rəbbin və Gideonun qılıncı!» deyə bağırdılar.
  1. Dividing the three hundred men into three companies, he placed trumpets and empty jars in the hands of all of them, with torches inside.
  2. "Watch me," he told them. "Follow my lead. When I get to the edge of the camp, do exactly as I do.
  3. When I and all who are with me blow our trumpets, then from all around the camp blow yours and shout, 'For the LORD and for Gideon.' "
  4. Gideon and the hundred men with him reached the edge of the camp at the beginning of the middle watch, just after they had changed the guard. They blew their trumpets and broke the jars that were in their hands.
  5. The three companies blew the trumpets and smashed the jars. Grasping the torches in their left hands and holding in their right hands the trumpets they were to blow, they shouted, "A sword for the LORD and for Gideon!"
 
 
  1. Ordugahın ətrafında hamı öz yerində dayandı və bütün Midyan ordusuna vurnuxma düşdü. Onlar bağıra-bağıra qaçdılar.
  2. Üç yüz nəfər şeypur çalanda Rəbb düşmən ordugahındakıların qılıncını bir-birinə qarşı qaldırdı. Düşmən ordusu Sereraya doğru – Bet-Şittaya qədər, Tabbatın yanında olan Avel-Mexola sərhədinə qədər qaçdı.
  3. Naftalidən, Aşerdən və bütün Menaşşedən çağırılmış İsraillilər Midyanlıları qovdular.
  4. Gideon bütün Efrayimin dağlıq bölgəsinə qasid göndərib dedi: «Enin, Midyanlılara hücuma keçin. Onların yolunu kəsmək üçün Bet-Baraya qədər İordan çayının sularını tutun». Bütün Efrayimlilər yığılıb Bet-Baraya qədər İordan çayının sularını tutdular.
  5. Sonra iki Midyan başçısı Orevlə Zeevi tutdular. Orevi Orev qayasında, Zeevi isə Zeev üzümsıxanında öldürdülər. Midyanlıları qovdular və İordan çayını keçərək Orevlə Zeevin başlarını Gideona gətirdilər.
  1. While each man held his position around the camp, all the Midianites ran, crying out as they fled.
  2. When the three hundred trumpets sounded, the LORD caused the men throughout the camp to turn on each other with their swords. The army fled to Beth Shittah toward Zererah as far as the border of Abel Meholah near Tabbath.
  3. Israelites from Naphtali, Asher and all Manasseh were called out, and they pursued the Midianites.
  4. Gideon sent messengers throughout the hill country of Ephraim, saying, "Come down against the Midianites and seize the waters of the Jordan ahead of them as far as Beth Barah." So all the men of Ephraim were called out and they took the waters of the Jordan as far as Beth Barah.
  5. They also captured two of the Midianite leaders, Oreb and Zeeb. They killed Oreb at the rock of Oreb, and Zeeb at the winepress of Zeeb. They pursued the Midianites and brought the heads of Oreb and Zeeb to Gideon, who was by the Jordan.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 21   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.