- Yerub-Baal, yəni Gideon və onunla bərabər bütün xalq tezdən durub Xarod çeşməsinin başında ordugah qurdu. Midyan ordugahı isə onların şimal tərəfində More təpəsinin yanındakı vadidə idi.
- Rəbb Gideona dedi: «Yanında olan xalqın sayı çoxdur, ona görə Midyanlıları onlara təslim etmirəm. Çünki İsraillilər Mənim qarşımda “öz əlimlə özümü qurtardım” deyib öyünəcək.
- İndi sən xalqa bunu eşitdirib de: “Kim qorxudan əsirsə, Gilead dağından geri qayıtsın”». Xalqdan iyirmi iki min nəfəri geri qayıtdı, on min nəfəri qaldı.
- Rəbb Gideona dedi: «Xalqın sayı yenə də çoxdur, onları su kənarına endir və orada adamları sənin üçün ələkdən keçirəcəyəm. “Bu səninlə gedəcək” dediyim adam səninlə gedəcək və “bu səninlə getməyəcək” dediyim bütün adamlar isə getməyəcək».
- Gideon xalqı su kənarına endirəndə Rəbb ona dedi: «Suyu it kimi dili ilə içənlərin hamısını bir tərəfə, su içmək üçün dizüstə oturanların hamısını isə o biri tərəfə ayırıb yığarsan».
|
- Then Jerubbaal (that is, Gideon) and all the people who were with him, rose early and camped beside the spring of Harod; and the camp of Midian was on the north side of them by the hill of Moreh in the valley.
- The LORD said to Gideon, "The people who are with you are too many for Me to give Midian into their hands, for Israel would become boastful, saying, 'My own power has delivered me.'
- "Now therefore come, proclaim in the hearing of the people, saying, 'Whoever is afraid and trembling, let him return and depart from Mount Gilead.'" So 22,000 people returned, but 10,000 remained.
- Then the LORD said to Gideon, "The people are still too many; bring them down to the water and I will test them for you there. Therefore it shall be that he of whom I say to you, 'This one shall go with you,' he shall go with you; but everyone of whom I say to you, 'This one shall not go with you,' he shall not go."
- So he brought the people down to the water. And the LORD said to Gideon, "You shall separate everyone who laps the water with his tongue as a dog laps, as well as everyone who kneels to drink."
|