Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 7  8  9  10  11  12  13  14  15  16  17  18  . . . 21   qeri  
  -1   [font9]   +1  
HAKİMLƏR 13 [Azerbaycan:NASB]   
 
  1. İsrail övladları yenə də Rəbbin gözündə pis işlər etdilər. Rəbb onları qırx il Filiştlilərə təslim etdi.
  2. Dan qəbiləsindən Manoah adlı Soralı bir adam var idi. Onun arvadı doğmurdu, sonsuz idi.
  3. Rəbbin mələyi bu qadına görünüb dedi: «Bax indi sən sonsuzsan, doğmursan, amma hamilə olub bir oğlan doğacaqsan.
  4. İndidən diqqətli ol: sən nə şərab, nə də başqa kefləndirici içki içmə və dilinə heç bir haram şey dəyməsin.
  5. Ona görə ki sən hamilə olub bir oğul doğacaqsan və qoy onun başına ülgüc dəyməsin. Çünki uşaq ana bətnindən Allaha həsr olunmuş Nəziri olacaq. O, İsraili Filiştlilərin əlindən qurtarmağa başlayacaq».
  1. Now the sons of Israel again did evil in the sight of the LORD, so that the LORD gave them into the hands of the Philistines forty years.
  2. There was a certain man of Zorah, of the family of the Danites, whose name was Manoah; and his wife was barren and had borne no children.
  3. Then the angel of the LORD appeared to the woman and said to her, "Behold now, you are barren and have borne no children, but you shall conceive and give birth to a son.
  4. "Now therefore, be careful not to drink wine or strong drink, nor eat any unclean thing.
  5. "For behold, you shall conceive and give birth to a son, and no razor shall come upon his head, for the boy shall be a Nazirite to God from the womb; and he shall begin to deliver Israel from the hands of the Philistines."
 
 
  1. Qadın gedib ərinə belə dedi: «Mənim yanıma bir Allah adamı gəlmişdi. O, Allahın mələyi görkəmində çox zəhmli idi. Buna görə də onun haradan gəldiyini soruşmadım. Mənə adını da bildirmədi.
  2. Lakin dedi ki, sən hamilə olub bir oğul doğacaqsan. İndidən sən nə şərab, nə də başqa kefləndirici içki iç və dilinə heç bir haram şey dəyməsin, çünki uşaq ana bətnindən ölən gününə qədər Allahın Nəzirisi olacaq».
  3. Manoah Rəbbə yalvarıb dedi: «Ya Xudavənd, yalvarıram, göndərdiyin Allah adamı qoy yanımıza yenə gəlsin və doğulacaq uşaq barədə nə edəcəyimizi bizə öyrətsin».
  4. Allah Manoahın səsini eşitdi. Qadın çöldə oturanda Allahın mələyi yenə onun yanına gəldi. Lakin qadının əri Manoah yanında deyildi.
  5. Qadın cəld qaçıb ərinə xəbər verərək dedi: «Budur, ötən gün yanıma gələn o adam yenə mənə göründü».
  1. Then the woman came and told her husband, saying, "A man of God came to me and his appearance was like the appearance of the angel of God, very awesome. And I did not ask him where he came from, nor did he tell me his name.
  2. "But he said to me, 'Behold, you shall conceive and give birth to a son, and now you shall not drink wine or strong drink nor eat any unclean thing, for the boy shall be a Nazirite to God from the womb to the day of his death.'"
  3. Then Manoah entreated the LORD and said, "O Lord, please let the man of God whom You have sent come to us again that he may teach us what to do for the boy who is to be born."
  4. God listened to the voice of Manoah; and the angel of God came again to the woman as she was sitting in the field, but Manoah her husband was not with her.
  5. So the woman ran quickly and told her husband, "Behold, the man who came the other day has appeared to me."
 
 
  1. Manoah durub arvadının arxasınca getdi və o adamın yanına gəlib soruşdu: «Arvadımla söhbət edən adam sənsənmi?» O «mənəm» dedi.
  2. Manoah dedi: «Sənin sözlərin yerinə yetəndə uşağın həyat tərzi və işi nə olacaq?»
  3. Rəbbin mələyi Manoaha dedi: «Arvadın ona tapşırdığım şeylərdən özünü qorusun.
  4. Tənəkdən emal olunan şeylərdən heç nə yeməsin. Nə şərab, nə də başqa kefləndirici içki içsin və dilinə heç bir haram şey dəyməsin. Qoy ona əmr etdiyim hər şeydən özünü qorusun».
  5. Manoah Rəbbin mələyinə dedi: «Rica edirəm, bir ayaq saxla, sənin üçün bir oğlaq kəsib yemək hazırlayaq».
  1. Then Manoah arose and followed his wife, and when he came to the man he said to him, "Are you the man who spoke to the woman?" And he said, "I am."
  2. Manoah said, "Now when your words come to pass, what shall be the boy's mode of life and his vocation?"
  3. So the angel of the LORD said to Manoah, "Let the woman pay attention to all that I said.
  4. "She should not eat anything that comes from the vine nor drink wine or strong drink, nor eat any unclean thing; let her observe all that I commanded."
  5. Then Manoah said to the angel of the LORD, "Please let us detain you so that we may prepare a young goat for you."
 
 
  1. Rəbbin mələyi Manoaha dedi: «Məni burada saxlasan belə, sənin çörəyindən yemərəm. Əgər yandırma qurbanı vermək istəyirsənsə, onu Rəbbə təqdim et». Amma Manoah bilmirdi ki, bu, Rəbbin mələyidir.
  2. O, Rəbbin mələyinə dedi: «Sənin adın nədir ki, sözlərin yerinə yetəndə səni şərəfləndirək?»
  3. Rəbbin mələyi ona dedi: «Niyə adımı soruşursan? Ecazkar adım var».
  4. Manoah oğlağı və taxıl təqdimini götürüb qaya üzərində Rəbbə təqdim etdi. Mələk də Manoah ilə arvadının gözü önündə qeyri-adi bir şey etdi.
  5. Qurbangahın üstündən alov göyə qalxanda Rəbbin mələyi də qurbangahın alovu ilə bərabər göyə qalxdı. Manoahla arvadı bunu görəndə ikisi də üzüstə yerə döşəndi.
  1. The angel of the LORD said to Manoah, "Though you detain me, I will not eat your food, but if you prepare a burnt offering, then offer it to the LORD." For Manoah did not know that he was the angel of the LORD.
  2. Manoah said to the angel of the LORD, "What is your name, so that when your words come to pass, we may honor you?"
  3. But the angel of the LORD said to him, "Why do you ask my name, seeing it is wonderful?"
  4. So Manoah took the young goat with the grain offering and offered it on the rock to the LORD, and He performed wonders while Manoah and his wife looked on.
  5. For it came about when the flame went up from the altar toward heaven, that the angel of the LORD ascended in the flame of the altar. When Manoah and his wife saw this, they fell on their faces to the ground.
 
 
  1. Rəbbin mələyi bundan sonra Manoahla arvadına bir daha görünmədi. Manoah o zaman bildi ki, bu, Rəbbin mələyidir.
  2. Manoah arvadına dedi: «Biz mütləq öləcəyik, çünki Allahı gördük».
  3. Arvadı ona dedi: «Əgər Rəbb bizi öldürmək istəsəydi, bizdən yandırma qurbanı və taxıl təqdimi qəbul etməzdi. Bu şeyləri bizə göstərməz və indi eşitdiklərimizi deməzdi».
  4. Beləliklə, qadın bir oğul doğdu və adını Şimşon qoydu. Uşaq böyüdükcə Rəbb ona xeyir-dua verdi.
  5. Sora ilə Eştaol arasında, Maxane-Danda Rəbbin Ruhu onu idarə etməyə başladı.
  1. Now the angel of the LORD did not appear to Manoah or his wife again. Then Manoah knew that he was the angel of the LORD.
  2. So Manoah said to his wife, "We will surely die, for we have seen God."
  3. But his wife said to him, "If the LORD had desired to kill us, He would not have accepted a burnt offering and a grain offering from our hands, nor would He have shown us all these things, nor would He have let us hear things like this at this time."
  4. Then the woman gave birth to a son and named him Samson; and the child grew up and the LORD blessed him.
  5. And the Spirit of the LORD began to stir him in Mahaneh-dan, between Zorah and Eshtaol.
 
   
  irəli  1  . . . 7  8  9  10  11  12  13  14  15  16  17  18  . . . 21   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.