|
- Qadın gedib ərinə belə dedi: «Mənim yanıma bir Allah adamı gəlmişdi. O, Allahın mələyi görkəmində çox zəhmli idi. Buna görə də onun haradan gəldiyini soruşmadım. Mənə adını da bildirmədi.
- Lakin dedi ki, sən hamilə olub bir oğul doğacaqsan. İndidən sən nə şərab, nə də başqa kefləndirici içki iç və dilinə heç bir haram şey dəyməsin, çünki uşaq ana bətnindən ölən gününə qədər Allahın Nəzirisi olacaq».
- Manoah Rəbbə yalvarıb dedi: «Ya Xudavənd, yalvarıram, göndərdiyin Allah adamı qoy yanımıza yenə gəlsin və doğulacaq uşaq barədə nə edəcəyimizi bizə öyrətsin».
- Allah Manoahın səsini eşitdi. Qadın çöldə oturanda Allahın mələyi yenə onun yanına gəldi. Lakin qadının əri Manoah yanında deyildi.
- Qadın cəld qaçıb ərinə xəbər verərək dedi: «Budur, ötən gün yanıma gələn o adam yenə mənə göründü».
|
|