Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 10  11  12  13  14  15  16  17  18  19  20  21   qeri  
  -1   [font9]   +1  
HAKİMLƏR 16 [Azerbaycan:NIV]   
 
  1. Şimşon Qəzzəyə getdi və orada bir fahişə görüb evinə girdi.
  2. Qəzzəlilərə xəbər çatdı ki, Şimşon buraya gəlib. Qəzzəlilər evi mühasirəyə aldılar. «Dan yeri ağarana qədər onu öldürərik» deyərək bütün gecəni şəhərin darvazasında pusquda durub onu gözlədilər.
  3. Şimşon gecəyarısına qədər yatdı, sonra ayağa qalxdı. O gəlib şəhər darvazasının hər iki dirəyindən tutaraq cəftə qarışıq darvazanı çiyninə qoydu və Xevronun qarşısındakı dağın təpəsinə çıxartdı.
  4. Bundan bir qədər sonra Şimşon Soreq vadisində Delila adlı bir qadına vuruldu.
  5. Filiştlilərin ağaları o qadının yanına gəlib dedilər: «Şimşonu dilə tutub öyrən, gör onda bu qədər güc haradandır? Onu özümüzə tabe etmək üçün necə gücdən salıb bağlaya bilərik? Bundan ötrü hər birimiz sənə min yüz şekel gümüş verərik».
  1. One day Samson went to Gaza, where he saw a prostitute. He went in to spend the night with her.
  2. The people of Gaza were told, "Samson is here!" So they surrounded the place and lay in wait for him all night at the city gate. They made no move during the night, saying, "At dawn we'll kill him."
  3. But Samson lay there only until the middle of the night. Then he got up and took hold of the doors of the city gate, together with the two posts, and tore them loose, bar and all. He lifted them to his shoulders and carried them to the top of the hill that faces Hebron.
  4. Some time later, he fell in love with a woman in the Valley of Sorek whose name was Delilah.
  5. The rulers of the Philistines went to her and said, "See if you can lure him into showing you the secret of his great strength and how we can overpower him so we may tie him up and subdue him. Each one of us will give you eleven hundred shekels of silver."
 
 
  1. Delila Şimşona dedi: «Rica edirəm, səndəki bu böyük qüvvənin haradan olduğunu mənə söylə. Səni necə ram etmək və bağlamaq olar?»
  2. Şimşon ona dedi: «Əgər məni yeddi kaman yayı düzəldilən qurumamış, təzə iplə bağlasalar, o zaman gücdən düşüb adi adam kimi oluram».
  3. Filiştlilərin ağaları qadının yanına yeddi qurumamış, təzə ip gətirdilər və Delila bunlarla Şimşonu bağladı.
  4. İç otaqda qadının pusquda duran adamları var idi. Qadın Şimşona dedi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» Şimşon isə qollarındakı ipləri oda toxunub qırılan kətan lifi kimi qırdı və gücünün sirri bilinmədi.
  5. Delila Şimşona dedi: «Bax məni lağa qoyub yalan demişdin. Rica edirəm, indi mənə bildir, səni hansı iplə bağlamaq olar?»
  1. So Delilah said to Samson, "Tell me the secret of your great strength and how you can be tied up and subdued."
  2. Samson answered her, "If anyone ties me with seven fresh thongs that have not been dried, I'll become as weak as any other man."
  3. Then the rulers of the Philistines brought her seven fresh thongs that had not been dried, and she tied him with them.
  4. With men hidden in the room, she called to him, "Samson, the Philistines are upon you!" But he snapped the thongs as easily as a piece of string snaps when it comes close to a flame. So the secret of his strength was not discovered.
  5. Then Delilah said to Samson, "You have made a fool of me; you lied to me. Come now, tell me how you can be tied."
 
 
  1. Şimşon dedi: «Əgər heç işlədilməmiş təzə iplərlə məni yaxşıca bağlasalar, o zaman gücdən düşüb adi adam kimi oluram».
  2. Delila yeni iplər götürüb onlarla Şimşonu bağlayıb dedi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» Pusquda duranlar iç otaqda qalmışdı. O isə qollarındakı iplərin sarığını sap kimi qırdı.
  3. Delila Şimşona dedi: «Bəsdir, indiyə qədər məni lağa qoyub yalan dedin. İndi isə bir başa sal görüm, səni nə ilə bağlamaq olar?» Şimşon dedi: «Saçımın yeddi hörüyünü toxucu dəzgahındakı parça ilə toxusan».
  4. Sonra Delila onun saçının yeddi hörüyünü payaya bərkitdi və onu səslədi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» O yuxudan oyandı və toxucu dəzgahının payasını parça ilə qopardı.
  5. Delila dedi: «Ürəyində mənə etibarın yox ikən necə “səni sevirəm” deyirsən? Bununla üçüncü dəfədir ki, məni lağa qoyursan və bu böyük qüvvənin səndə haradan olduğunu mənə bildirmirsən».
  1. He said, "If anyone ties me securely with new ropes that have never been used, I'll become as weak as any other man."
  2. So Delilah took new ropes and tied him with them. Then, with men hidden in the room, she called to him, "Samson, the Philistines are upon you!" But he snapped the ropes off his arms as if they were threads.
  3. Delilah then said to Samson, "Until now, you have been making a fool of me and lying to me. Tell me how you can be tied." He replied, "If you weave the seven braids of my head into the fabric on the loom and tighten it with the pin, I'll become as weak as any other man." So while he was sleeping, Delilah took the seven braids of his head, wove them into the fabric
  4. and tightened it with the pin. Again she called to him, "Samson, the Philistines are upon you!" He awoke from his sleep and pulled up the pin and the loom, with the fabric.
  5. Then she said to him, "How can you say, 'I love you,' when you won't confide in me? This is the third time you have made a fool of me and haven't told me the secret of your great strength."
 
 
  1. Qadının bu sözlərindən, hər gün ona əziyyət və başağrısı verməsindən Şimşonun canı boğazına yığıldı.
  2. Ona görə də ürəyinin sirrini qadına açdı: «Mənim başıma ülgüc dəyməmişdi, çünki mən ana bətnindən Allahın Nəzirisiyəm. Əgər başım qırxılsa, o zaman bu qüvvə məndən çıxar və gücdən düşüb adi adam kimi olaram».
  3. Delila Şimşonun ürəyinin sirrini ona açdığını görəndə Filiştlilərin ağalarına xəbər göndərib onları çağırdı və dedi: «Bu dəfə də buraya gəlin, çünki o, ürəyindəki sirri mənə açdı». Filiştlilərin ağaları əllərində gümüş gətirərək Delilanın yanına gəldilər.
  4. Delila dizləri üstündə Şimşonu yuxuya verdi. Sonra adam çağırıb onun saçının yeddi hörüyünü qırxdırdı və bununla onu gücdən saldı. Şimşonun gücü get-gedə yox oldu.
  5. Delila yenə dedi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» Şimşon yuxudan oyanıb düşündü: «Başqa vaxtlarda olduğu kimi bu dəfə də onların əlindən sıçrayıb çıxaram». Lakin bilmirdi ki, Rəbb ondan ayrılıb.
  1. With such nagging she prodded him day after day until he was tired to death.
  2. So he told her everything. "No razor has ever been used on my head," he said, "because I have been a Nazirite set apart to God since birth. If my head were shaved, my strength would leave me, and I would become as weak as any other man."
  3. When Delilah saw that he had told her everything, she sent word to the rulers of the Philistines, "Come back once more; he has told me everything." So the rulers of the Philistines returned with the silver in their hands.
  4. Having put him to sleep on her lap, she called a man to shave off the seven braids of his hair, and so began to subdue him. And his strength left him.
  5. Then she called, "Samson, the Philistines are upon you!" He awoke from his sleep and thought, "I'll go out as before and shake myself free." But he did not know that the LORD had left him.
 
 
  1. Filiştlilər onu yaxalayıb gözlərini çıxartdılar. Onu Qəzzəyə endirib tunc zəncirlərlə bağladılar. O, zindanda dəyirman daşı çəkirdi.
  2. Lakin Şimşonun qırxılmış saçı yenidən bitməyə başladı.
  3. Filiştlilərin ağaları öz allahları Daqona böyük qurban kəsmək və şənlik etmək üçün yığılıb dedilər: «Allahımız düşmənimiz Şimşonu bizə təslim etdi».
  4. Xalq Şimşonu görəndə öz allahlarına həmdlər etdi və dedi: «Ölkəmizə ziyan vuran, Bizdən bir çoxunu öldürən Düşmənimizi allahımız bizə təslim etdi».
  5. Onların kefi kökələndə dedilər: «Şimşonu bura gətirin, qoy bizi əyləndirsin». Onlar Şimşonu zindandan çağırtdırdılar və Şimşon onların qarşısında oynadı. Onu dirəklər arasında dayandırdılar.
  1. Then the Philistines seized him, gouged out his eyes and took him down to Gaza. Binding him with bronze shackles, they set him to grinding in the prison.
  2. But the hair on his head began to grow again after it had been shaved.
  3. Now the rulers of the Philistines assembled to offer a great sacrifice to Dagon their god and to celebrate, saying, "Our god has delivered Samson, our enemy, into our hands."
  4. When the people saw him, they praised their god, saying, "Our god has delivered our enemy into our hands, the one who laid waste our land and multiplied our slain."
  5. While they were in high spirits, they shouted, "Bring out Samson to entertain us." So they called Samson out of the prison, and he performed for them. When they stood him among the pillars,
 
 
  1. Şimşon əlindən tutan gəncə dedi: «Nə olar, məni burax, məbədin damını saxlayan dirəklərə toxunum və onlara söykənim».
  2. Məbəd kişi və qadınlarla dolu idi. Filiştlilərin bütün ağaları da orada idi. Şimşonun oynamasına tamaşa edən üç minə qədər kişi və qadın isə damın üstündə idi.
  3. Şimşon Rəbbə fəryad edib dedi: «Ey Xudavənd Rəbb, yalvarıram, məni yada sal. Yalvarıram, ay Allah, mənə ancaq bu dəfəlik qüvvət ver ki, bu Filiştlilərdən iki gözüm üçün bir zərbə ilə qisas alım».
  4. Şimşon əllərini məbədin damını saxlayan iki orta dirəyə uzatdı. Sağ əli ilə bir, sol əli ilə isə o biri dirəkdən yapışdı.
  5. Şimşon «qoy mən də Filiştlilərlə bir ölüm» dedi. Sonra var gücü ilə əyilərək dirəkləri itələyib məbədin damını oradakı bütün ağaların və xalqın üzərinə saldı. Beləliklə, Şimşon öləndə həyatı boyu öldürdüyü adamlardan daha çox adam öldürdü.
  1. Samson said to the servant who held his hand, "Put me where I can feel the pillars that support the temple, so that I may lean against them."
  2. Now the temple was crowded with men and women; all the rulers of the Philistines were there, and on the roof were about three thousand men and women watching Samson perform.
  3. Then Samson prayed to the LORD, "O Sovereign LORD, remember me. O God, please strengthen me just once more, and let me with one blow get revenge on the Philistines for my two eyes."
  4. Then Samson reached toward the two central pillars on which the temple stood. Bracing himself against them, his right hand on the one and his left hand on the other,
  5. Samson said, "Let me die with the Philistines!" Then he pushed with all his might, and down came the temple on the rulers and all the people in it. Thus he killed many more when he died than while he lived.
 
 
  1. Onun qardaşları, atasının bütün külfəti məbədə endilər və Şimşonun meyitini oradan çıxarıb apardılar. Onu Sora ilə Eştaol arasında atası Manoahın məqbərəsində dəfn etdilər. Şimşon İsraildə iyirmi il hakimlik etmişdi.
  1. Then his brothers and his father's whole family went down to get him. They brought him back and buried him between Zorah and Eshtaol in the tomb of Manoah his father. He had led Israel twenty years.
 
   
  irəli  1  . . . 10  11  12  13  14  15  16  17  18  19  20  21   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.