- Şimşon Qəzzəyə getdi və orada bir fahişə görüb evinə girdi.
- Qəzzəlilərə xəbər çatdı ki, Şimşon buraya gəlib. Qəzzəlilər evi mühasirəyə aldılar. «Dan yeri ağarana qədər onu öldürərik» deyərək bütün gecəni şəhərin darvazasında pusquda durub onu gözlədilər.
- Şimşon gecəyarısına qədər yatdı, sonra ayağa qalxdı. O gəlib şəhər darvazasının hər iki dirəyindən tutaraq cəftə qarışıq darvazanı çiyninə qoydu və Xevronun qarşısındakı dağın təpəsinə çıxartdı.
- Bundan bir qədər sonra Şimşon Soreq vadisində Delila adlı bir qadına vuruldu.
- Filiştlilərin ağaları o qadının yanına gəlib dedilər: «Şimşonu dilə tutub öyrən, gör onda bu qədər güc haradandır? Onu özümüzə tabe etmək üçün necə gücdən salıb bağlaya bilərik? Bundan ötrü hər birimiz sənə min yüz şekel gümüş verərik».
|
- Then went Samson to Gaza, and saw there an harlot, and went in unto her.
- And it was told the Gazites, saying, Samson is come hither. And they compassed him in, and laid wait for him all night in the gate of the city, and were quiet all the night, saying, In the morning, when it is day, we shall kill him.
- And Samson lay till midnight, and arose at midnight, and took the doors of the gate of the city, and the two posts, and went away with them, bar and all, and put them upon his shoulders, and carried them up to the top of an hill that is before Hebron.
- And it came to pass afterward, that he loved a woman in the valley of Sorek, whose name was Delilah.
- And the lords of the Philistines came up unto her, and said unto her, Entice him, and see wherein his great strength lieth, and by what means we may prevail against him, that we may bind him to afflict him; and we will give thee every one of us eleven hundred pieces of silver.
|