Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 12  13  14  15  16  17  18  19  20  21   qeri  
  -1   [font9]   +1  
HAKİMLƏR 18 [Azerbaycan:Russian]   
 
  1. O dövrdə İsraildə padşah yox idi. Elə həmin dövrdə Dan qəbiləsi yaşamaq üçün özlərinə irsi torpaq axtarırdı, çünki o günə qədər İsrail qəbilələri arasında onlara irs olaraq torpaq düşməmişdi.
  2. Dan övladları ölkəni axtarıb aramaq üçün Sora və Eştaol şəhərlərindən olan bütün nəsillərindən beş nəfər igid adamı kəşfiyyata göndərdilər və onlara dedilər: «Gedin, ölkəni axtarın». Onlar Efrayimin dağlıq bölgəsinə – Mikeyanın evinə gəldilər və orada gecələdilər.
  3. Hələ Mikeyanın evinin yanında ikən gənc Levilinin səsini tanıdılar və evə tərəf dönüb ondan soruşdular: «Buraya səni kim gətirib? Burada nə edirsən? Sənin burada nə işin var?»
  4. Levili onlara dedi: «Mikeya mənim üçün belə-belə işlər gördü. O məni muzdla tutdu və mən də onun kahini oldum».
  5. Danlılar ona dedilər: «Rica edirik, Allaha müraciət et. Qoy biz getdiyimiz bu yolun necə uğurlu olacağını öyrənək».
  1. В те дни не было царя у Израиля; и в те дни колено Даново искало себе удела, где бы поселиться, потому что дотоле не выпало ему [полного] удела между коленами Израилевыми.
  2. И послали сыны Дановы от племени своего пять человек, мужей сильных, из Цоры и Естаола, чтоб осмотреть землю и узнать ее, и сказали им: пойдите, узнайте землю. Они пришли на гору Ефремову к дому Михи и ночевали там.
  3. Находясь у дома Михи, узнали они голос молодого левита и зашли туда и спрашивали его: кто тебя привел сюда? что ты здесь делаешь и зачем ты здесь?
  4. Он сказал им: то и то сделал для меня Миха, нанял меня, и я у него священником.
  5. Они сказали ему: вопроси Бога, чтобы знать нам, успешен ли будет путь наш, в который мы идем.
 
 
  1. Kahin onlara dedi: «Salamat gedin, getdiyiniz bu yol Rəbbə xoşdur».
  2. Bu beş igid gedib Layişə çatdı və gördü ki, orada yaşayan xalq qayğısızdır. Sidonlular kimi dinc və rahat yaşayırlar. Bu bölgədə onlara hökm edib əziyyət verən heç kim yox idi. Onlar Sidonlulardan uzaqda olub başqa heç kəslə əlaqələri yox idi.
  3. İgidlər Sora və Eştaol şəhərlərinə, öz xalqının yanına qayıdanda xalq onlara dedi: «Nə öyrənə bildiniz?»
  4. İgidlər onlara dedilər: «Qalxın, Sidonlulara hücum edək, çünki onların torpağını gördük, çox yaxşıdır. Niyə boş dayanmısınız? Tərəddüd etməyin, gedib torpağı alın!
  5. Oraya çatanda qayğısız bir xalq görəcəksiniz. Allahın sizə verdiyi bu torpaq çox genişdir. Ora elə torpaqdır ki, heç nəyə ehtiyacları yoxdur».
  1. Священник сказал им: идите с миром; пред Господом путь ваш, в который вы идете.
  2. И пошли те пять мужей, и пришли в Лаис, и увидели народ, который в нем, что он живет покойно, по обычаю Сидонян, тих и беспечен, и что не было в земле той, кто обижал бы в чем, или имел бы власть: от Сидонян они жили далеко, и ни с кем не было у них никакого дела.
  3. И возвратились к братьям своим в Цору и Естаол, и сказали им братья их: с чем вы?
  4. Они сказали: встанем и пойдем на них; мы видели землю, она весьма хороша; а вы задумались: не медлите пойти и взять в наследие ту землю;
  5. когда пойдете вы, придете к народу беспечному, и земля та обширна; Бог предает ее в руки ваши; это такое место, где нет ни в чем недостатка, что [получается] от земли.
 
 
  1. Dan nəslindən altı yüz kişi silahlanaraq Sora və Eştaoldan yola düşdülər.
  2. Yəhudaya qalxıb Qiryat-Yearimdə gecələdilər. Buna görə də o yer bu günə qədər Maxane-Dan adlanır. O yer Qiryat-Yearimin qərbində yerləşir.
  3. Oradan Efrayimin dağlıq bölgəsinə keçdilər və Mikeyanın evinə gəldilər.
  4. Layiş diyarını axtarmaq üçün gedən beş nəfər kişi öz xalqına sual verdi: «Bu evlərdə efod, ev bütləri, həm də oyma və tökmə bütlərin olduğunu bilirsinizmi? Onda görün nə edirsiniz, bu barədə bir qərara gəlin».
  5. Onlar oraya burulub, o gənc Levilinin qaldığı Mikeyanın evinə gələrək onun hal-əhvalını xəbər aldılar.
  1. И отправились оттуда из колена Данова, из Цоры и Естаола, шестьсот мужей, препоясавшись воинским оружием.
  2. Они пошли и стали станом в Кириаф-Иариме, в Иудее. Посему и называют то место станом Дановым до сего дня. Он позади Кириаф--Иарима.
  3. Оттуда отправились они на гору Ефремову и пришли к дому Михи.
  4. И сказали те пять мужей, которые ходили осматривать землю Лаис, братьям своим: знаете ли, что в одном из домов сих есть ефод, терафим, истукан и литый кумир? итак подумайте, что сделать.
  5. И зашли туда, и вошли в дом молодого левита, в дом Михи, и приветствовали его.
 
 
  1. Dan övladlarından döyüş üçün silahlanmış altı yüz nəfər onun darvazasının girişində dayandı.
  2. Ölkəni axtarmağa gedən həmin o beş igid evə girib oyma bütü, efodla ev bütlərini və tökmə bütü götürdülər. Kahin və silahlanmış altı yüz nəfər isə darvazanın girişində dayanmışdı.
  3. Onlar Mikeyanın evinə girib oyma bütü, efodla ev bütlərini və tökmə bütü götürdükləri zaman kahin onlardan soruşdu: «Nə edirsiniz?»
  4. Onda dedilər: «Sus, əlinlə ağzını yum və dur bizimlə gedək, bizə ata və kahin ol. Sənin üçün bir adama kahin olmaq yaxşıdır, yoxsa bir İsrail qəbiləsinə, bir nəslə?»
  5. Kahinin könlü şad oldu, efodla ev bütlərini və oyma bütü götürüb xalq ilə bərabər getdi.
  1. А шестьсот человек из сынов Дановых, перепоясанные воинским оружием, стояли у ворот.
  2. Пять же человек, ходивших осматривать землю, пошли, вошли туда, взяли истукан и ефод и терафим и литый кумир. Священник стоял у ворот с теми шестьюстами человек, препоясанных воинским оружием.
  3. Когда они вошли в дом Михи и взяли истукан, ефод, терафим и литый кумир, священник сказал им: что вы делаете?
  4. Они сказали ему: молчи, положи руку твою на уста твои и иди с нами и будь у нас отцом и священником; лучше ли тебе быть священником в доме одного человека, нежели быть священником в колене или в племени Израилевом?
  5. Священник обрадовался, и взял ефод, терафим и истукан, и пошел с народом.
 
 
  1. Onlar öz külfətlərini, heyvanları və ev əşyalarını qabaqlarına qatıb yola düşdülər.
  2. Mikeyanın evindən uzaqlaşanda Mikeyanın qonşuları toplaşaraq Dan övladlarına çatdılar.
  3. Onlar Dan övladlarını səslədi. Dan övladları üzlərini Mikeyaya tutub dedi: «Sənə nə olub ki, bunları bura yığmısan?»
  4. Mikeya onlara dedi: «Düzəltdiyim allahları və kahini götürüb getdiniz, bəs mənə nə qaldı? Hələ bir soruşursunuz ki, sənə nə olub?»
  5. Dan övladları ona dedilər: «Səsin aramızda eşidilməsin, yoxsa qəzəbindən odlanan adamlarımız sənin üstünə düşər, həm öz həyatını, həm də evindəkilərin həyatını itirərsən».
  1. Они обратились и пошли, и отпустили детей, скот и тяжести вперед.
  2. Когда они удалились от дома Михи, жители домов соседних с домом Михи собрались и погнались за сынами Дана,
  3. и кричали сынам Дана. [Сыны Дановы] оборотились и сказали Михе: что тебе, что ты так кричишь?
  4. (Миха) сказал: вы взяли богов моих, которых я сделал, и священника, и ушли; чего еще более? как же вы говорите: что тебе?
  5. Сыны Дановы сказали ему: [молчи], чтобы мы не слышали голоса твоего; иначе некоторые из нас, рассердившись, нападут на вас, и ты погубишь себя и семейство твое.
 
 
  1. Dan övladları yollarına davam etdilər. Mikeya bu adamların ondan güclü olduğunu görüb evinə qayıtdı.
  2. Dan övladları Mikeyanın düzəltdiyi şeyləri və onun kahinini götürüb Layişə, dinc və rahat bir xalqa hücum etdi. Əhalisini qılıncdan keçirib şəhərə od vurdular.
  3. Onları qurtaran olmadı, çünki Layiş Sidondan uzaqda idi. Bu xalqın başqa heç kəslə əlaqəsi yox idi. Bu şəhər Bet-Rexovun yanında olan bir vadidə yerləşir. Danlılar bu şəhəri bərpa edib orada yaşadılar.
  4. Onlar İsraildən törənən öz ataları Danın xatirinə bu şəhərin adını Dan qoydular. Amma əvvəlcə şəhərin adı Layiş idi.
  5. Dan övladları orada oyma bütü qurdular və əhali əsirliyə düşən günə qədər Musa oğlu Gerşom oğlu Yonatan özü və oğulları Dan qəbiləsinə kahin oldu.
  1. И пошли сыны Дановы путем своим; Миха же, видя, что они сильнее его, пошел назад и возвратился в дом свой.
  2. А [сыны Дановы] взяли то, что сделал Миха, и священника, который был у него, и пошли в Лаис, против народа спокойного и беспечного, и побили его мечом, а город сожгли огнем.
  3. Некому было помочь, потому что он был отдален от Сидона и ни с кем не имел дела. [Город сей] находился в долине, что близ Беф-Рехова. И построили [снова] город и поселились в нем,
  4. и нарекли имя городу: Дан, по имени отца своего Дана, сына Израилева; а прежде имя города тому было: Лаис.
  5. И поставили у себя сыны Дановы истукан; Ионафан же, сын Гирсона, сына Манассии, сам и сыновья его были священниками в колене Дановом до дня переселения [жителей той] земли;
 
 
  1. Allahın evi Şiloda olarkən bütün bu dövrdə Danlılar Mikeyanın düzəltdiyi oyma bütə sitayiş edirdilər.
  1. и имели у себя истукан, сделанный Михою, во все то время, когда дом Божий находился в Силоме.
 
   
  irəli  1  . . . 12  13  14  15  16  17  18  19  20  21   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.