- Bütün İsrail övladları, bütün ordu Bet-Elə çıxıb ağladı. Orada Rəbbin önündə qalıb axşama qədər oruc tutdular. Rəbbin hüzurunda yandırma və ünsiyyət qurbanları təqdim etdilər.
- İsrail övladları Rəbbə müraciət etdilər, çünki Allahın Əhd sandığı o günlər orada idi.
- Harun oğlu Eleazar oğlu Pinxas o dövrdə sandığın önündə dururdu. Onlar Rəbbə dedilər: «Soydaşlarımız olan Binyamin övladlarına qarşı bir daha döyüşə çıxaqmı, yoxsa bu işdən əl çəkək?» Rəbb dedi: «Çıxın, çünki sabah onları sizə təslim edəcəyəm».
- İsraillilər pusquda duranları Giveanın ətrafında yerləşdirdilər.
- Üçüncü gün yenə İsrail övladları Binyamin övladlarına qarşı çıxdılar və əvvəlki kimi Giveaya qarşı düzüldülər.
|
- Then all the children of Israel, and all the people, went up, and came unto the house of God, and wept, and sat there before the LORD, and fasted that day until even, and offered burnt offerings and peace offerings before the LORD.
- And the children of Israel enquired of the LORD, (for the ark of the covenant of God was there in those days,
- And Phinehas, the son of Eleazar, the son of Aaron, stood before it in those days,) saying, Shall I yet again go out to battle against the children of Benjamin my brother, or shall I cease? And the LORD said, Go up; for to morrow I will deliver them into thine hand.
- And Israel set liers in wait round about Gibeah.
- And the children of Israel went up against the children of Benjamin on the third day, and put themselves in array against Gibeah, as at other times.
|