Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4   qeri  
  -1   [font9]   +1  
Ruth 3 [NASB:Azerbaycan]   
 
  1. Then Naomi her mother-in-law said to her, "My daughter, shall I not seek security for you, that it may be well with you?
  2. "Now is not Boaz our kinsman, with whose maids you were? Behold, he winnows barley at the threshing floor tonight.
  3. "Wash yourself therefore, and anoint yourself and put on your best clothes, and go down to the threshing floor; but do not make yourself known to the man until he has finished eating and drinking.
  4. "It shall be when he lies down, that you shall notice the place where he lies, and you shall go and uncover his feet and lie down; then he will tell you what you shall do."
  5. She said to her, "All that you say I will do."
  1. Bir gün qayınanası Naomi Ruta dedi: «Qızım, sənin ailə xoşbəxtliyin üçün rahat bir yer axtarmayımmı?
  2. Bax qulluqçu qızları ilə sahəsində işlədiyin Boaz bizim qohumumuzdur. O bu gecə xırmanda arpa sovurur.
  3. Sən də yuyun, ətirlən və ən gözəl paltarını geyinib xırmana en. Amma o yeyib-içməyini qurtarmayınca özünü ona göstərmə.
  4. Elə ki yatmağa getdi, yerini tapıb onun ayaqlarının üstünü açaraq ayaq tərəfində yatarsan. Sonra nə etmək lazımdırsa, o özü sənə deyəcək».
  5. Rut ona «dediklərinin hamısına əməl edərəm» dedi.
 
 
  1. So she went down to the threshing floor and did according to all that her mother-in-law had commanded her.
  2. When Boaz had eaten and drunk and his heart was merry, he went to lie down at the end of the heap of grain; and she came secretly, and uncovered his feet and lay down.
  3. It happened in the middle of the night that the man was startled and bent forward; and behold, a woman was lying at his feet.
  4. He said, "Who are you?" And she answered, "I am Ruth your maid. So spread your covering over your maid, for you are a close relative."
  5. Then he said, "May you be blessed of the LORD, my daughter. You have shown your last kindness to be better than the first by not going after young men, whether poor or rich.
  1. Rut xırmana endi və qayınanasının bütün tapşırıqlarına əməl etdi.
  2. Boaz yeyib-içib kefi kökələndən sonra yatmaq üçün məhsul tayasının kənarına getdi. Rut da sakitcə gəldi və ayaqlarının üstünü açıb ayaq tərəfində uzandı.
  3. Gecə yarısı birdən Boaz səksəndi və çevrilib baxanda gördü ki, ayaqlarının yanında bir qadın uzanıb.
  4. O, qadına dedi: «Sən kimsən?» Qadın cavab verdi: «Mən qarabaşın Rutam. Ətəyinlə bu qarabaşının da üstünü ört, çünki sən qəyyumumsan».
  5. Boaz dedi: «Qoy Rəbb sənə xeyir-dua versin, qızım! Sonuncu xeyirxahlığın əvvəlkindən də yaxşıdır. Çünki nə kasıb, nə də varlı bir cavanın ardınca düşdün.
 
 
  1. "Now, my daughter, do not fear. I will do for you whatever you ask, for all my people in the city know that you are a woman of excellence.
  2. "Now it is true I am a close relative; however, there is a relative closer than I.
  3. "Remain this night, and when morning comes, if he will redeem you, good; let him redeem you But if he does not wish to redeem you, then I will redeem you, as the LORD lives. Lie down until morning."
  4. So she lay at his feet until morning and rose before one could recognize another; and he said, "Let it not be known that the woman came to the threshing floor."
  5. Again he said, "Give me the cloak that is on you and hold it." So she held it, and he measured six measures of barley and laid it on her. Then she went into the city.
  1. Qızım, daha qorxma! Dediyin hər şeyi sənin üçün edəcəyəm. Şəhərimizin bütün əhalisi yaxşı bilir ki, sən xeyirxah qadınsan.
  2. Düzdür, sənin qəyyumun mənəm, amma məndən də yaxın qəyyumun var.
  3. Bu gecəni qal, sabah əgər o adam sənə qəyyum olmaq istəsə, çox yaxşı, qoy olsun. Yox, əgər bundan imtina etsə, var olan Rəbb haqqı, sənin qəyyumun mən özüm olacağam. Hələlik sabaha qədər yat».
  4. Rut onun ayaqlarının yanında sübhədək yatdı və səhərin alaqaranlığında – hələ gözün yaxşı seçmədiyi vaxtda ayağa qalxdı, çünki Boaz demişdi: «Qoy heç kəs bilməsin ki, xırmana bu qadın gəlib».
  5. Sonra Boaz Ruta dedi: «Üst örtüyünü götür, burada tut». Rut örtüyünü götürüb kənarından tutdu. Boaz altı ölçü arpanı örtüyün üstünə töküb ona verdi. Rut şəhərə qayıtdı.
 
 
  1. When she came to her mother-in-law, she said, "How did it go, my daughter?" And she told her all that the man had done for her.
  2. She said, "These six measures of barley he gave to me, for he said, 'Do not go to your mother-in-law empty-handed.'"
  3. Then she said, "Wait, my daughter, until you know how the matter turns out; for the man will not rest until he has settled it today."
  1. O, qayınanasının yanına gələndə qayınanası ona dedi: «Necə oldu, qızım?» Rut Boazla olan hər şeyi Naomiyə danışdı,
  2. sonra dedi: «O mənə altı ölçü arpa verib dedi ki, qayınananın yanına əliboş qayıtma».
  3. Naomi Ruta dedi: «Qızım, gözlə, gör bu işin sonu necə qurtarır, çünki o adam bu işi bu gün axıra çatdırmayınca sakit olmayacaq».
 
   
  irəli  1  2  3  4   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.