|
- Bu işinizin əvəzini indi Rəbb sizə qoy xeyirxahlıq və sədaqətlə versin! Bu işinizin və bu yaxşılığınızın əvəzini mən də sizə ödəyəcəyəm.
- Ağanız Şaul öldüyü üçün qoy indi qollarınız qüvvətdən düşməsin və cəsur olun, çünki Yəhuda nəsli məni öz üzərində padşah olaraq məsh edib».
- Şaulun ordu başçısı Ner oğlu Avner Şaulun oğlu İş-Boşeti götürüb Maxanayimə aparmışdı.
- Orada Avner onu Gilead, Aşuri, İzreel, Efrayim, Binyamin və bütün İsrailin üzərində padşah etdi.
- Şaul oğlu İş-Boşet İsrailin padşahı olan zaman qırx yaşında idi. O, cəmi iki il padşahlıq etdi. Yəhuda nəsli isə Davudun tərəfində idi.
|
|