|
- Avner Davuda dedi: «Qoy gedim, bütün İsraili ağam padşaha tərəfdar edim ki, onlar da səninlə əhd bağlasın. Sən də ürəyin istəyən kimi bütün ölkəyə padşahlıq et». Davud Avneri buraxdı, o da sağ-salamat çıxıb getdi.
- Bu vaxt Davudun adamları ilə Yoav bir basqından qayıtmışdı. Özləri ilə çoxlu talan malı gətirmişdilər. Avner isə Xevronda Davudun yanında deyildi, çünki Davud onu buraxmışdı, o da sağ-salamat çıxıb getmişdi.
- Yoavla birlikdə bütün ordu gəldi və Yoava bunu xəbər verib dedilər: «Ner oğlu Avner padşahın yanına gəlmişdi və padşah onu buraxdı, o da sağ-salamat çıxıb getdi».
- Yoav padşahın yanına gəlib dedi: «Sən nə etmisən? Bax Avner sənin yanına gəlmişdi, bəs nə üçün onu buraxdın? O getdi.
- Sən Ner oğlu Avneri tanıyırsan, bilirsən ki, o səni aldatmaq, hara gedib-gəldiyini öyrənmək və etdiyin hər şeyi bilmək üçün gəlmişdi».
|
|